FİFA “Real”ın baş məşqçisi Joze Mourinyonun 2012-ci ilin ən yaxşı baş məşqçisinin müəyyənləşdirilməsi ilə bağlı keçirilən sorğunun nəticəsinin saxtalaşdırıldığına dair ittihamlarına cavab verib.
Qeyd edək ki, Mourinyo Makedoniya millisinin kapitanı, “Napoli”nin hücumçusu Qoran Pandevi öz səsini İspaniya millisinin çalışdırıcısı Visente del Boskeyə deyil, ona verdiyini iddia edib.
Qol.Az-ın məlumatına görə, FİFA-dan isə bildirilib ki, Pandev həqiqətən də birinciliyə del Boskeni layiq görüb. “Ümumilikdə, baş məşqçilərin sorğusunda Pandevin seçimi bu ardıcıllıqla olub: Visente del Boske, Roberto Mançini, Yurgen Klopp”.
Dünyanın ən ali futbol qurumundan qeyd olunub ki, əgər bu məsələylə bağlı mübahisə davam etsə və sorğunun nəticəsi şübhə altına alınsa, bu halda FİFA Makedoniya Futbol Federasiyası prezidentinin səsverməylə bağlı təminat məktubunu dərc etmək məcburiyyətində qalacaq.
"Bayer"ə qayıtdı
“Kəpəz”dən yeni transfer
"Qalatasaray"ın yetirməsi doğma klubuna qayıtmağa hazırlaşır
“Bizim vəzifəmiz meydanda döyüşməkdir” - Qurban Qurbanov
"Qarabağ"ın qələbəsindən - Video
"Qarabağ" "Sumqayıt"a, "Sabah" "Araz-Naxçıvan"a qalib gəldi
"Hakimləri qorumaq üçün VAR sistemini tətbiq etməliyik"
“Qızıl top” qalibləri nə vaxt açıqlanacaq?
"Neftçi" xorvatiyalı futbolçu transfer etdi
"Çelsi"dən ayrıla bilər
“Müdafiədə yenə kobud səhv etdik” - Zaur İsmayılov
Benzema "ƏI-Hilal"dan getdi
"Sabah" "Araz-Naxçıvanı"ı belə məğlub etdi - Video
Messi millidəki karyerasını başa vurdu - Şəkil
Kenan Yıldız əməliyyat olundu