Ruslan Abışov: "Biz oyuna daha yaxşı hazırlaşmışıq"

Ruslan Abışov: "Biz oyuna daha yaxşı hazırlaşmışıq"
GÜNDƏM 21 Mart 2013 / 17:22 2624
-  A +

“Lüksemburq yığması əsasən evdə daha yaxşı təsir bağışlayır. Aqressiv oynayırlar. Hər halda, biz oyuna daha yaxşı haızrlaşmışıq".
 
Qol.Az-ın AFFA-nın rəsmi saytına istinadən yaydığı xəbərə görə, bu sözləri milli komandamızın müdafiəçisi Ruslan Abışov DÇ-2014-ün seçmə mərhələsində Lüksemburqla oyun öncəsi keçirilən mətbuat konfransında deyib.

Millimizin üzvi nikbin danışıb: "Heyətimiz yaxşıdır. Yaxşı bilirik ki, bayramda hamı bizdən qələbə gözləyir. Rəqibi kiçiltmək istəmirik. Psixoloji gərginlik var, bunu hiss edirik. Ancaq komanda kimi mübarizə aparsaq, hər şey bizim üçün yaxşı qurtaracaq. Qələbə Portuqaliya millisi ilə oyun öncəsi bizim üçün yaxşı stimul ola bilər”.

Daha çox


Son xəbərlər