Almaniya millisinin yarımmüdafiəçisi Məsut Özil Madridin “Real” komandasındakı faəliyyəti haqda açıqlama verib. Qol.Az-ın məlumatına görə, Almaniya mətbuatına müsahibəsində o qeyd edib ki, “Kral klubu”na keçdikdən sonra xeyli dərəcədə inkişaf edib.
“Real”da oynadığım üç ildə mən fiziki cəhətdən daha güclü olmuşam və daha sabit çıxış edirəm. Bundan başqa, çox təcrübə toplamışam və əvvəlki illərə baxanda daha güclüyəm. Futboldan həzz almaqda davam edirəm. Düzdür, elə boşluqlar var ki, bunun aradan qaldırılması üzərində işləməliyəm. Məsələn, komanda yoldaşlarıma qol imkanları yaratsam da, özüm də rəqib qapılarına daha çox qol vurmaq istəyirəm” – deyə Özil bildirib.
Türk əsilli futbolçu Çempionlar Liqasının 1/4 finalda rəqibləri olan “Qalatasaray” haqda da danışıb: “Qalatasaray”ı mütləq məğlub edib yarımfinala çıxmalıyıq. Əlbəttə, İstanbula gedəcəyim üçün çox həyacanlıyam. Orada qohumlarım və dostlarım var. Türkiyədə futbol oynamaq mənim üçün hər zaman özəl bir şey olub”.
M.Özil Türkiyədə hansı komandaya azarkeşlik etməsi haqda suala isə cavab verməyib.
"Real"dan gedəcək?
Messidən sərt tələb
“Komandanın hazırkı vəziyyəti məni qane edir” - Rui Jorje
Qrizmann ilin ən yaxşı futbolçusu seçildi
34 yaşında karyerasını bitirdi
Azərbaycan millisi İraqla qarşılaşdı
Yığmamız Farer adalarına qalib gəldi
Yüksək maaşı İngiltərəyə dönüşünə mane olur
Yalnız ÇL-də çıxış edəcək kluba keçməyə hazırlaşır
"Xankəndi"nin evdəki ilk oyununa maraq necədir?
Azərbaycanın U-21 millisi Omana qalib gəldi
Vinisius baş məşqçidən narazı qaldı
“Mançester Yunayted” onu hədəfə aldı
“Araz-Naxçıvan”ın zədəli futbolçusundan xəbər var
Qazaxıstan millisinin baş məşqçisi ilə müqavilə uzadılmadı
Braziliya Sinqapura 7 qol vurdu
Nurmaqomedovlar həbsdən azad edildilər
Azərbaycan millisi seçmə mərhələdə ilk xalını qazandı
1-ci liqada oyunların saatı açıqlandı
Orsatonun gəlişindən sonra qayda pozuntularının sayı azalıb
Azərbaycanı dünya çempionatında təmsil edəcək şahmatçılar
Dünya çempionu vəfat etdi