“Milli komandamızdan ancaq qələbə gözləyirəm. Üç xal qazanmağa borcluyuq. Çünki Lüksemburq Rusiya və ya Portuqaliya deyil. Amma rəqibi kiçiltmək də istəmirəm. Unutmayaq ki, fevralda Ermənistan yığması ilə 1:1 hesablı heç-heçə ediblər”. Qol.Az saytına açıqlamasında bu sözləri əməkdar baş məşçi Ağasəlim Mircavadov milli komandamızın DÇ – 2014-ün seçmə mərhələsində martın 22-də Lüksemburqla qarşılaşacağı oyun haqda danışarkən deyib.
Martın 26-da Portuqaliya ilə oyundan da danışan mütəxəssis qeyd edib: “Ümumiyyətlə, həmişə birinci oyunlar önəmli olur. Çünki yaxşı nəticə əldə edəndə ikinci oyuna daha rahat köklənirsən. İnam, psixoloji durum çox yaxşı vəziyyətdə olur. Ona görə mən düşünürəm ki, Lüksemburqla oyun vacibdir. Bunu Berti Foqtsun özü də, məşqçi korpusu da yaxşı bilir. 1999-cu ildə Azərbaycan - Portuqaliya matçı 1:1 hesabı ilə yekunlaşmışdı. O vaxt da Portuqaliyanın güclü heyəti var idi. Psixolji durumumuz yaxşı olsa, hər nəticəni əldə etmək olar. Öz oyunumuzu oynamalıyıq. Çalışmalıyıq ki, top bizdə qalsın. Biz də hücum edək. Çünki ancaq müdafiə olunsaq, bizim üçün ağır olacaq”.
Millimizin sabiq baş məşqçisi heyətlə bağlı da danışıb: “Araz Abdullayev və başqa bir-iki oyunçu var ki, Berti Foqts onları heyətə çağırmayıb. Düzü, bunun səbəbini bilmirəm. Ancaq belə bir qayda var ki, hansı oyunçular güclüdürsə, onları dəvət etmək lazımdır. Hər oyunu analiz etmək lazımdır. Belə olanda hansı səhvələrin olduğunu bilirsən və o çatışmazlıqların üzərində işləyirsən. Analiz olsa, artım olacaq, əks halda nə var, elə qalacaq”.
Azərbaycan təmsilçilərinin ilk rəqibləri məlum oldu
Toral Bayramov oynadı, komandası “Şaxtyor”la heç-heçə etdi
Dzeko qalır
Messi komanda yoldaşlarına xüsusi hədiyyə verib
"Sumqayıt" "Kəpəz"lə heç-heçə etdi
"Şamaxı" Qətər klubuna böyük hesabla qalib gəldi
"Real" onunla razılaşdı
"Napoli" yetirməsi ilə yeni müqavilə bağladı
“Sabah” Finlandiyadadır
Türkiyə millisi Millətlər Liqasının qalibi oldu
"Qəbələ"dən ayrılan futbolçu Cənubi Koreya klubunda
Pirlo ilə bağlı araşdırma tələb olundu
PSJ-nin ulduzu yeni müqavilədən imtina etdi
Ərəblər onun üçün 132 milyon avro ödəməyə hazırdır
De Brüyne bu yay “Napoli”ni tərk edə bilər
Osimhen "Qalatasaray" rəhbərliyini sərt tənqid etdi
“Sabah”a KuPS-dan mesaj - Hələ hər şey bitməyib
Ferran Torresin hansı şərtlə satılacağı açıqlandı
Nəriman ehtiyatda qaldı
Messi “MLS ulduzlar matçı”nın heyətindən çıxarıldı
"Bayer"dən yeni transfer
"Bəzi yeni oyunçuların yolunu gözləyirik" - Kaxaber Sxadadze
"KuPS" "Sabah"la oyundan əvvəl qələbə qazandı
Mourinyo Vinisiusun gedişinə qarşı çıxdı
"Neftçi"nin qadınlardan ibarət komandası PAOK-a uduzdu
"Kəpəz"də zambiyalı futbolçu - Rəsmi
"Qəbələ" "Şəfa" ilə heç-heçə etdi
Azərbaycan klubu kamerunlu yarımmüdafiəçi aldı
"Əl-Hilal"dan 64 milyon avroluq transfer
Lukaş Fabianski karyerasını başa vurdu
Kamilo Duran "Milan"a da qol vurdu
Tanınmış hücumçu bu kluba keçdi
"Real"ın 100 milyonluq təklifi rədd edildi
Rəqibi təpiklədi, 5 illik cəza aldı
"Mançester Siti" Xusanovla müqaviləni uzatdı
Rodri "Real"la razılaşdı
"Everton" Qeyeni yola saldı
PSJ-dən "Atletiko"ya
Bakıdakı oyun avrokuboklarda TOP-5-ə düşdü
DÇ-2026-nın qəhrəmanının yeni klubu müəyyənləşdi
Urfan Abbasov "Kəpəz"də
“Qarabağ” azarkeşləri üçün biletlər satışa çıxarılır
Donnarumma uşaqlıq sevgilisi ilə evləndi - Şəkillər