“Oyuna ciddi hazırlaşırıq. Qarşımıza qələbə qazanmaq məqsədi qoymuşuq. Bunun üçün bizim yaxşı heyətimiz var. Ciddi rejimlə məşq edirik. Artıq qələbə qazanmağın vaxtıdır. Qalib gəlmək bizə çox lazımdır. Çünki bu oyundan dörd gün sonra Portuqaliya kimi güclü rəqiblə qarçılaşacağıq. Səfərdən yaxşı nəticə ilə dönməliyik ki, ikinci oyunumuza yaxşı əhval-ruhiyyə ilə çıxaq. İnanıram ki, Lüksemburqdan qələbə ilə dönəcəyik”.
Qol.Az saytına açıqlamasında bu sözləri milli komandamızın üzvü Vurğun Hüseynov DÇ-2014-ün seçmə mərhələsində millimizin martın 22-də Lüksemburq, martın 26-da isə Portuqaliya milli komandası ilə keçiriləcək oyun haqqında danışarkən deyb.
“Qəbələ” klubunun müdafiəçisi son vaxtlar komandasının inamsız çıxışlarına da toxunub: “Axır vaxtlar qapımızdan adi qollar buraxırıq. Düzdür müdafiədə kobud səhvlərə yol verdik. Ancaq burda təkcə müdafiəçilərin səhvi yoxdur. Müdafiə hücumdan başlayır. Ümumi komandamızın oyunu alınmır. Ötən oyunlardan nəticə çıxarmışıq. İnanıram ki, qarşıdakı oyunlarda əvvəlki oyunumuzu bərpa edəcəyik”.
AFFA-nın qərarına görə Premyer Liqada “altılıq” sisteminin ləğv olunmasına da münasibət bildirən V. Hüseynov qeyd edib: “Bizim işimiz futbol oynamaqdır. Nə qərar verilsə, ona uyğun oynamalıyıq. Oyunların dörd dövrədən ibarət olması çox yaxşı haldır. Nə qədər çox futbol oynasaq, bir o qədər bizə faydası var. Komandaların sayının 10-a endirilməsi isə bəzi klublar üçün təhlükəlidir. Bu qərara görə, “Kəpəz”in çempionatı tərk etmək ehtimalı böyükdür. Heç bir futbolçu istəməz ki, “Kəpəz” Premyer Liqanı tərk etsin. Çünki Gəncə futbolumuzun beşiyidir”.
La Liqada ayın futbolçusu kim oldu?
Burkina-Faso millisinin futbolçusu Azərbaycan klubuna keçdi
İsmail Kartal “Fənərbaxça”da qaldı - Rəsmi
Mahirin komandasından Polşa çempionatında ilk qələbə
Ayxan Abbasov Polşaya getdi
Akrobatik zərbə, möhtəşəm qol - Video
Vernidub: “Belə oynamağa haqqımız yoxdur”
“Çelsi” onunla müqaviləsini uzatdı
"Neftçi" "İmişli"yə qalib gəldi
Kuadradonun yeni klubu açıqlandı
"Barselona"dan Həmzə ilə yeni müqavilə
Yakiroviç Premyer Liqada bütün məşqçiləri qabaqladı
Əfsanəvi futbolçu Dambrauskasdan müsahibə aldı - Video
"İmişli" - "Neftçi": Heyətlər
İngiltərə millisinin üzvü ilə davam
AFFA-da klublar üçün seminar keçirildi
Xames Rodrigesin transferi açıqlandı
Hamidu Keyta bu kluba keçdi
Arda Turan PSV ilə oyundan danışdı
“Akademiyamızda çox istedadlı uşaqlar var” - Nadir Nəbiyev
Patrik Dorqu: “Sabah”ın ustalığı görünür”
Çempionlar Liqasında həftənin oyunçusu adına 4 namizəd
Pokatilov ÇL-də ən çox qurtarış edən qapıçılar arasında
"Bazel" Lixtştayneri istefaya göndərdi
“Mən onun böyüyüyəm, “davam edəcəksən” dedimsə, bitdi!”
“Bavariya”dan Çempionlar Liqasında inanılmaz seriya
"Mançester Yunayted" - "Sabah" matçının - Videoicmalı