“Xəzər Lənkəran”ın yeni baş məşqçisi Con Benjamin Toşak Türkiyəninn “NTV Spor” kanalına müsahibə verib. Qol.Az-ın məlumatına görə, müsahibədə C.Toşak Türkiyə klublarının avrokuboklardakı uğurlu çıxışlarına münasibət açıqlayıb.
Bir vaxtlar “Beşiktaş” və “Real”ı çalışdıran uelsli mütəxəssis bildirib ki, Fatih Terim öz komandasını Çempionlar Liqasında 1/4 finala çıxarmaqla böyük iş görüb: “Real” və “Barselona” bu yarışın favoritidir. “Qalatasaray” və “Malaqa” isə ÇL-in sürpriz komandalarından oldular. “Qalatasaray” üçün qarşıdakı oyunların uğurlu olmasını istərdim. Amma bu, çox çətindir. “Real”da Ronaldo, Xabi Alonso, Kasilyas, Ramos kimi önəmli futbolçular var”.
C.Toşak onu da qeyd edib ki, İstanbulda “Qalatasaray”la oynamaq asan deyil: “Amma məncə, Mourinyo püşkün nəticəsindən məmnundur. Çünki “Barselona” və “Bavariya” kimi komandalarla qarşılaşmadı. Amma Mourinyo onu da bilir ki, “Qalatasaray”a uduzsa, karyerasına çox ciddi zərbə vuracaq”.
C.Toşak Türkiyənin Avroliqadakı təmsilçisi “Fənərbaxça” barədə də danışıb: “İlginc bir təsadüfdür ki, “Fənərbaxça” Avrpoliqada son ev oyununu azarkeşsiz keçirdiyi kimi, “Latsio” ilə səfər matçında da boş tribunalar önündə meydana çıxacaq. Bu gedişlə “Fənərbaxça”nın Avropadakı oyununa canlı baxa bilməyəcəyik. “Fənərbaxça”nın 1/4 finalı adlamaq şansının az olmadığını düşünürəm. İki komandasının Avropada yarımfinala çıxması, Türkiyə futbolçu üçün əla bir göstərici olar”.
"Bayer"ə qayıtdı
“Kəpəz”dən yeni transfer
"Qalatasaray"ın yetirməsi doğma klubuna qayıtmağa hazırlaşır
“Bizim vəzifəmiz meydanda döyüşməkdir” - Qurban Qurbanov
"Qarabağ"ın qələbəsindən - Video
"Qarabağ" "Sumqayıt"a, "Sabah" "Araz-Naxçıvan"a qalib gəldi
"Hakimləri qorumaq üçün VAR sistemini tətbiq etməliyik"
“Qızıl top” qalibləri nə vaxt açıqlanacaq?
"Neftçi" xorvatiyalı futbolçu transfer etdi
"Çelsi"dən ayrıla bilər
“Müdafiədə yenə kobud səhv etdik” - Zaur İsmayılov
Benzema "ƏI-Hilal"dan getdi
"Sabah" "Araz-Naxçıvanı"ı belə məğlub etdi - Video
Messi millidəki karyerasını başa vurdu - Şəkil