Azərbaycanın əməkdaş məşqçisi Ağasəlim Mircavadov növbəti mövsümdən Topaz Premyer Liqanın formatının dəyişdirilməsi və “altılıq” sistemin ləğv olunması ilə AFFA İcraiyyə Komitəsinin qərarını şərh edib.
Qol.Az saytının müxbiri ilə söhbətində o, əvvəlcə “altılıq” sisteminin yaradılmasına toxunub: “Futbolçu ildə 50-55 oyuna çıxmalıdır. Bizdə klubların sayı az olduğundan biraz fərqli idi. Ona görə “altılıq” sistemi tətbiq edildi ki, oyunların sayı artırılsın. Əlbəttə birinci “altılıq”da gərginlik var və olacaq. Ancaq ikinci “altılıq”da bir məqsəd olmadığından burda oyunlar sönük keçir”.
A.Mircavadov növbəti mövsümdən on komandanın iştirakı ilə dörd dövrəlik sistemdən də danışıb: “Həm oyunların sayı artacaq, həm də Premyer Liqada iştirak edən hər komandanın meydançası, bazası olacaq. Məcbur edəcəklər ki, tikməlisən. Dörd dövrəlik sistemdə təqvim hazırlananda yığmanın baş məşqçinin bütün planları nəzərə alınmalıdır ki, 14-15 gün fasilə olmasın. Çempionat gedən vaxtı birdən-birə fasilənin olması futbolçunun formadan düşməsinə səbəb olur. Elə etmək lazımdır ki, növbəti mövsümdə çempionatda uzunmüddətli fasilə yaranmasın”.
Əməkdar məşqçi klubların sayının 12-dən 10-a endirilməsi ilə bağlı qərarı müsbət qarşılayıb. O qeyd edib ki, Premyer Liqada iştirak edən komandalar maliyyə durumu yaxşı olmalıdır: “Hazırda bir çox klubun maliyyə vəziyyətləri yaxşı deyil. “Turan” və “Kəpəz”in maddi durumu yaxşı olsaydı öz stadionlarına təmir edər, məşq üçün Bakıya gəlməzdilər. Gəncə futbolu həmişə öndə olub. Bir vaxtlar “Neftçi”yə nə qədər güclü futbolçular veriblər. İndi isə onların maddi durumu ürəkaçan səviyyədə deyil”.
La Liqada ayın futbolçusu kim oldu?
Burkina-Faso millisinin futbolçusu Azərbaycan klubuna keçdi
İsmail Kartal “Fənərbaxça”da qaldı - Rəsmi
Mahirin komandasından Polşa çempionatında ilk qələbə
Ayxan Abbasov Polşaya getdi
Akrobatik zərbə, möhtəşəm qol - Video
Vernidub: “Belə oynamağa haqqımız yoxdur”
“Çelsi” onunla müqaviləsini uzatdı
"Neftçi" "İmişli"yə qalib gəldi
Kuadradonun yeni klubu açıqlandı
"Barselona"dan Həmzə ilə yeni müqavilə
Yakiroviç Premyer Liqada bütün məşqçiləri qabaqladı
Əfsanəvi futbolçu Dambrauskasdan müsahibə aldı - Video
"İmişli" - "Neftçi": Heyətlər
İngiltərə millisinin üzvü ilə davam
AFFA-da klublar üçün seminar keçirildi
Xames Rodrigesin transferi açıqlandı
Hamidu Keyta bu kluba keçdi
Arda Turan PSV ilə oyundan danışdı
“Akademiyamızda çox istedadlı uşaqlar var” - Nadir Nəbiyev
Patrik Dorqu: “Sabah”ın ustalığı görünür”
Çempionlar Liqasında həftənin oyunçusu adına 4 namizəd
Pokatilov ÇL-də ən çox qurtarış edən qapıçılar arasında
"Bazel" Lixtştayneri istefaya göndərdi
“Mən onun böyüyüyəm, “davam edəcəksən” dedimsə, bitdi!”
“Bavariya”dan Çempionlar Liqasında inanılmaz seriya
"Mançester Yunayted" - "Sabah" matçının - Videoicmalı