Məsut Özil: "İstanbuldakı oyun çətin olacaq"

Məsut Özil: "İstanbuldakı oyun  çətin olacaq"
GÜNDƏM 16 Mart 2013 / 01:37 3466
-  A +

Madrid “Real”ının türk əsilli futbolçusu Məsut Özil Çempionlar Liqasının 1/4 finalında qarşılaşacaqları “Qalatasaray” haqqında danışıb.

Qol.Az-ın məlumatına görə, "Hürriyət" qəzetinə açıqlama verən futbolçu, “Qaltasaray”ın çətin rəqib olduğunu bildirib: “Mənim üçün həyəcanverici iki matç olacaq. “Qalatasaray”ın çox yaxşı baş məşqçisi və istedadlı futbolçuları var. Çox çətin bir rəqiblə üzləşəcəyik. İstanbuldakı oyun heç asan olmayacaq. İlk oyunda yaxşı nəticə qazanaraq İstanbula getməliyik.

Rəqibin güclü futbolçularının olduğunu söyləyən Məsut, qeyd edib:  “Droqba, Sneyder, Həmit, Burak və Səlcuk kimi qiymətli və təcrübəli futbolçuları var. Bu mərhələni küçmək üçün bütün üstün keyfiyyətlərini ortaya qoyacaqlar. Amma biz bu il kuboku qaldırmaq istəyirik.

Almaniya millisinin üzvü hər iki komandanın baş məşqçilərini müqayisə edib: “Hər iki baş məşqçi çox qiymətlidir. Mourinyo mənim üçün ata kimidir. Ona böyük hörmətim var. Baş məşqçi kimi işinə söz ola bilməz. Çünki o, dünyada özünü sübut edib. Fatih Terim də bu sözlərə layiqdir. Türk futbolu və “Qalatasaray” üçün etdikləri göz qabağındadır”. 

Daha çox


Son xəbərlər