“Qarabağ” klubunun yarımmüdafiəçisi Əfran İsmayılovun Qol.Az saytına müsahibəsi
- Əvvəlcə Topaz Premyer Liqanın 23-cü turunda səfərdə “Simurq”a məğlub olduğunuz oyunu şərh etməni istərdim.
- “Altılıq”da asan rəqib və asan oyun olmur. Üstəlik də Zaqatalada oynayırdıq. “Simurq” öz meydanında çox az məğlub olur. Əslində yüksəliş dövründəydik. Ancaq yorğunluğumuz var idi. Əsas səbəb də budur. Belə şeylər futbolda olur. Həmişə qalib gələ bilməzsən. “Simurq” yaxşı oynadı. Layiqli qələbəyə görə onları təbrik edirəm.
- “Simurq”la görüşdə ”Qarabağ”da irəlidə oynayan hücumçuya ehtiyac olması aydın şəkildə göründü.
- Mən həmişə deyirəm ki, “Qarabağ”da yeni hücumçuya ehtiyac var. Bu, güz qabağındadır və danılmazdır. Amma yenə buna baş məşqçi qərar verir. Hücumçular almışıq. Ancaq Subaşıç zədəlidir. Opara isə yeni gəlib, komandaya uyğunlaşmalıdr. İnanırıq ki, Subaşiç zədəsini sağaldıb komandamızın hücum xəttini dirçəldəcək. Bu heyətlə bu yerə gəlib çıxmışıqsa, böyük işdir. Yəni yarımmüdafiəçilərimiz hücumçu funksiyasını yetirir.
- Oyundan əvvəl zədəli olduğun bildirilmişdi. Ancaq ikinci hissədə meydana daxil oldun. Zədən ciddiydi?
- Bir az ağrılar vardı. Qurban müəllim demişdi ki, əgər nəticə pis istədiyimiz kimi olsa, ümumiyyətlə, oynamayacaqsan. Amma hesabda geridə olduğumuz üçün ikinci hissədə meydana daxil oldum. Bunun da xeyri olmadı. “Simurq” futbolçuları yaxşı müdafiə olundular.
- Oyunun heç cürə alınmadı. Bu zədəyə görəydi?
- Zədəm məni o qədər də incitmirdi. Sadəcə yorğunçuluq vardı. Həm də süni meydançada oynamaq dizimə çox ziyandır. Ağrıları artırır. Nəinki “Simurq”la oyunda, digər matçlarda da əvvəlki oyunumu göstərə bilmirəm. Hələ ki, o formamı yığmamışam. Əlimdən gələni edirəm ki, əvvəlki formama qayıdım. Bu gün komandama çox kömək lazımdır. Çempionluğa oynayan komandanın hər bir futbolçusu yaxşı formada olmalıdır.
- Çempionatda növbəti oyununuz “Qəbələ” ilə olacaq. Bu komanda son vaxtlar uğursuz çıxış edir. Buna görə də sizinlə oyunda bütün gücünü ortaya qoyacaq. Həm də “Qəbələ”yə qarşı oyununuz alınmır.
- Bu komandaya qarşı oyunumuz həmişə çətin olub. “Qəbələ” də son oyunlarda məğlub olub. Ancaq bu məğlubiyyət heç də onların zəifliyindən xəbər vermir. Düzdür, çox vaxt bu komanda ilə heç-heçə etmişik. Ancaq həmişə maraqlı oyun alınıb. Onların da bizim kimi hədəfləri məlumdur. Ona görə də çətin və maraqlı oyun gözlənilir.
- Millimizin qarşıdan gələn oyunları haqda nə deyə bilərsən?
- Oyunlara çox ciddi rejimlə - gündə iki dəfə hazırlaşırıq. Keçən il qrupda yeddi xal toplamışdıq. Bu il bunu artırmaq istəyirik. Birinci oyunumuz Lüksemburqladır. Çoxlarına asan görünsə də, çətin rəqibdir. Baş məşqçi də bunu bizə bildirib. Əsas fikrimizi Lüksemburqla oyuna yönəlmişik. Bu oyundan sonra Portuqaliya ilə matçı da fikirləşməyə vaxtımız olacaq.
- AFFA-nın İcraiyyə Komitəsinin Premyer Liqada “altılıq” sisteminin ləğv olunması qərarını necə qarşıladın?
- Məncə, yaxşı qərardır. Mən də “altılıq” sistemini dəstəkləmirdim. Çünki bu sistemlə komandaların yarısı oynayır, yarısı baxır. Ancaq indi çempionat bütün komandalar üçün axıra qədər əhəmiyyətli olacaq. Ona görə də çox doğru qərardır. Ancaq çempionatı tərk edən komandaların yerinə yeni komandaların gəlməməyi yaxşı hal deyil. Çünki birinci dövrədə komandalar çox çalışır ki, Premyer Liqada oynasınlar.
Ramiq AĞAMƏMMƏDOV
La Liqada ayın futbolçusu kim oldu?
Burkina-Faso millisinin futbolçusu Azərbaycan klubuna keçdi
İsmail Kartal “Fənərbaxça”da qaldı - Rəsmi
Mahirin komandasından Polşa çempionatında ilk qələbə
Ayxan Abbasov Polşaya getdi
Akrobatik zərbə, möhtəşəm qol - Video
Vernidub: “Belə oynamağa haqqımız yoxdur”
“Çelsi” onunla müqaviləsini uzatdı
"Neftçi" "İmişli"yə qalib gəldi
Kuadradonun yeni klubu açıqlandı
"Barselona"dan Həmzə ilə yeni müqavilə
Yakiroviç Premyer Liqada bütün məşqçiləri qabaqladı
Əfsanəvi futbolçu Dambrauskasdan müsahibə aldı - Video
"İmişli" - "Neftçi": Heyətlər
İngiltərə millisinin üzvü ilə davam
AFFA-da klublar üçün seminar keçirildi
Xames Rodrigesin transferi açıqlandı
Hamidu Keyta bu kluba keçdi
Arda Turan PSV ilə oyundan danışdı
“Akademiyamızda çox istedadlı uşaqlar var” - Nadir Nəbiyev
Patrik Dorqu: “Sabah”ın ustalığı görünür”
Çempionlar Liqasında həftənin oyunçusu adına 4 namizəd
Pokatilov ÇL-də ən çox qurtarış edən qapıçılar arasında
"Bazel" Lixtştayneri istefaya göndərdi
“Mən onun böyüyüyəm, “davam edəcəksən” dedimsə, bitdi!”
“Bavariya”dan Çempionlar Liqasında inanılmaz seriya