“Mən həmişə “altılıq” sisteminin əleyhinə olmuşam. Bu sistem bir vaxtlar rəqabət üçün lazım ola bilərdi. Ancaq indi bunun mənfi cəhətləri müsbət cəhtlərdən çoxdur. Birdən-birə altı komandanın oyunlara həvəsinin azalması yaxşı hal deyil. İkinci “altılıq”da yarışan komandalarda bu baş verir. Çünki onların oyunları maraqsız və əhəmiyyətsizdir”.
Qol.Az saytına açıqlamasında bu sözləri milli komandamızın sabiq baş məşçisi Şahin Diniyev AFFA-nın İcraiyyə Komitəsinin bugünkü iclasında Premyer Liqada “altılıq” sisteminin ləğv edilməsi haqda qərar verməsinə münasibət bildirərkən deyib.
O, yeni qərara görə çempionatın dörd dövrədən ibarət olacağını müsbət qarşılayıb: “Komandaların dörd dövrədə mübarizə aparmasının lazım olduğunu əvvəldən demişdim. Bu, çempionatı daha maraqlı edəcək. Futbolçular daha çox oyun keçirəcək. Bizim oyunçulara indiki vaxtda çox oynamaq lazımdır. Avropa ölkələri də bu sistemlə oynayır və onların inkişafı göz qabağındadır. Ancaq hər hansı bir sistem stabil olmalıdır. Tez-tez bunu dəyişmək futbolumuza pis təsir edə bilər. Komandaların planlarını poza bilər. Arzu edirəm ki, bu sistem uzunömürlü olsun. Komandaların sayı artıb, dövrələrin sayı azalsa da, pis olmazdı. Ancaq on komanda ilə dörddövrəli sistem də yaxşıdır. Bundan sonra komandalar çempionatın sonuna qədər ümidlə mübarizə aparacaq”.
Ş. Diniyev komandaların sayının 10-na endirilməsinin əleyhinə olduğunu bildirib: “Bu qərar yaxşı vaxtda verilmədi. Bunun üçün iki-üç il əvvəldən tədbir görmək lazım idi. Bu gün turnir cədvəlinin sonuncu pilləsində “Turan” və “Kəpəz” yerləşib. Birdən-birə bu komandaları çempionatdan uzaqlaşdırmaq düzgün deyil. Ona görə də yenə deyirəm, stabil sistem olmalıdır ki, komandalar işini bilsin. Klub rəhbərliyi əvvəldən bilməlidir ki, nəyə hazırlaşmalıdır. “Kəpəz” və “Turan” çempionatı tərk etsə, bu ürəkağrıdıcı olar. Ancaq bəlkə də bu, “Kəpəz”in dərs alması üçün yaxşıdır. Bu regionlarda futbol həmişə olub. Gəncə, Tovuz, Sumqayıt kimi şəhərlər futbolçu istehsal edən “fabrik”dir. Bu regionlarda futbolun olmaması bizim ziyanımıza olacaq”.
Təcrübəli baş məşqçi Azərbaycan Superkubokunun bərpa olunmasına da münasibət bildirib: “Hər bir futbol ölkəsində güclü rəqabət var. Superkubokun yenidən bərpa edilməsi də futbolumuzda rəqabəti artıracaq. Çempionata rəngarənglik qatacaq”.
La Liqada ayın futbolçusu kim oldu?
Burkina-Faso millisinin futbolçusu Azərbaycan klubuna keçdi
İsmail Kartal “Fənərbaxça”da qaldı - Rəsmi
Mahirin komandasından Polşa çempionatında ilk qələbə
Ayxan Abbasov Polşaya getdi
Akrobatik zərbə, möhtəşəm qol - Video
Vernidub: “Belə oynamağa haqqımız yoxdur”
“Çelsi” onunla müqaviləsini uzatdı
"Neftçi" "İmişli"yə qalib gəldi
Kuadradonun yeni klubu açıqlandı
"Barselona"dan Həmzə ilə yeni müqavilə
Yakiroviç Premyer Liqada bütün məşqçiləri qabaqladı
Əfsanəvi futbolçu Dambrauskasdan müsahibə aldı - Video
"İmişli" - "Neftçi": Heyətlər
İngiltərə millisinin üzvü ilə davam
AFFA-da klublar üçün seminar keçirildi
Xames Rodrigesin transferi açıqlandı
Hamidu Keyta bu kluba keçdi
Arda Turan PSV ilə oyundan danışdı
“Akademiyamızda çox istedadlı uşaqlar var” - Nadir Nəbiyev
Patrik Dorqu: “Sabah”ın ustalığı görünür”
Çempionlar Liqasında həftənin oyunçusu adına 4 namizəd
Pokatilov ÇL-də ən çox qurtarış edən qapıçılar arasında
"Bazel" Lixtştayneri istefaya göndərdi
“Mən onun böyüyüyəm, “davam edəcəksən” dedimsə, bitdi!”
“Bavariya”dan Çempionlar Liqasında inanılmaz seriya