“Bakı”nın prezidenti Hafiz Məmmədov rəhbərlik etdiyi klubun komandasının Topaz Premyer Liqadakı çıxışından tam razı deyil.
Qol.Az-ın məlumatına görə, jurnalistlərlə söhbətində o deyib ki, “Bakı” ideal oyu sərgiləməsə də, Avroliqaya getmək şansı var. O, bunun üçün kuboku qazanmağın daha rahat yol olduğunu söyləyib. “Əgər “Bakı” Avroliqaya düşə bilməsə, heyətdə köklü dəyişiklik olacaq. Heyət tamamilə dəyişəcək. Çünki bizə bir mövsümlük yox, nəticə verən sabit kollektiv lazımdır”.
AFFA İcraiyyə Komitəsinin Topaz Premyer Liqanın formatını dəyişməsi ilə bağlı suala cavabında H.Məmmədov qeyd edib ki, bu, doğru qərardır: “Əsas odur ki, bu, lazımi effekti versin”.
H.Məmmədov onu da qeyd edib ki, Madridin “Atletiko” klubunun Azərbaycana gəlişi ilə bağlı işlər davam etdirilir. Klub prezidentinin sözlərinə görə, “Atletiko” Bakıya ya aprelin 16-sı, ya mayın 2-i, ya da mayın 25-də gələcək: “Hazırda bu tarixlərdən biri üzərində seçim prosesi gedir”.
"Bayer"ə qayıtdı
“Kəpəz”dən yeni transfer
"Qalatasaray"ın yetirməsi doğma klubuna qayıtmağa hazırlaşır
“Bizim vəzifəmiz meydanda döyüşməkdir” - Qurban Qurbanov
"Qarabağ"ın qələbəsindən - Video
"Qarabağ" "Sumqayıt"a, "Sabah" "Araz-Naxçıvan"a qalib gəldi
"Hakimləri qorumaq üçün VAR sistemini tətbiq etməliyik"
“Qızıl top” qalibləri nə vaxt açıqlanacaq?
"Neftçi" xorvatiyalı futbolçu transfer etdi
"Çelsi"dən ayrıla bilər
“Müdafiədə yenə kobud səhv etdik” - Zaur İsmayılov
Benzema "ƏI-Hilal"dan getdi
"Sabah" "Araz-Naxçıvanı"ı belə məğlub etdi - Video
Messi millidəki karyerasını başa vurdu - Şəkil