Aykut Kocaman: "Rəqibləri görmək istəmirəm"

Aykut Kocaman: "Rəqibləri görmək istəmirəm"
GÜNDƏM 15 Mart 2013 / 02:56 3094
-  A +

UEFA Avropa Liqasının 1/8 final mərhələsində “Viktoriya” ilə qarşılaşan və 1:1 hesablı nəticə ilə (İlk oyun 1:0) 1/4 finala çıxan “Fənərbaxça”nın baş məşqçisi Aykut Kocaman oyundan sonra açıqlama verib.

Qol.Az-ın məlumatına görə, baş məşqçi komandasının oyunundan razı qalıb: “Matçın belə keçəcəyini gözləyirdik. İkinci qolu vurmağa çalışırdıq. Bunun üçün çox fürsət oldu. Amma istifadə edə bilmədik. Hesab 1:1 olduqdan sonra ən pis ssenari başladı. Rəqib hücumlar etməyə başladı. Ancaq komandam çox yaxşı oynadı və hesabı qorudu”.

Hansı rəqiblə qarşılaşmaq istəyirsiniz sualına Kocaman belə cavab verib: “Rəqibləri görmək istəmirəm. 1/4 finala çıxdıq, bunun dadını çıxarmaq istəyirik”.

Daha çox


Son xəbərlər