Rail Məlikov: "Daha hakimlə mübahisə etməyəcəm"

Rail Məlikov: "Daha hakimlə mübahisə etməyəcəm"
GÜNDƏM 14 Mart 2013 / 22:03 2282
-  A +

Türkiyənin birinci liqasında çıxış edən “Dənizlispor” klubunda karyerasını davam etdirən  futbolçumuz Rail Məlikov son zamanlar matçlarda forma geyə bilməməsindən təəssüfləndiyini bildirib.

Qol.Az-ın məlumatına görə, Liqanın 20-ci turunda “Adana Dəmirspor”la oynanılan matçda qırmızı vərəqə aldığına görə  üç matç cəza alan, cəzası bitdikdən sonra xəstəliyinə görə forma geyə bilməyən və nəhayət “Çaykur Rizə” ilə oyunda ehtiyat heyətdə yer alan futbolçu, bir daha  hakimə etiraz etməyəcəyini deyib: “Hakimlə olan lazımsız dialoqa görə  beş həftədir forma geyə bilmirəm.Daha nə hakimlə, nə də rəqib oyunçuyla bir kəlmə də danışmayacam”

R.Məlikov matçlarda yenidən forma geymək üçün əvvəlkindən də çox çalışacağını bildirib: “Komanda yoldaşlarımla sağlam rəqabət aparıram.Yenidən komanda da oynamaq üçün əlimdən gələni edəcəm".

Qeyd edək ki,27 yaşlı futbolçu 2012-ci ildə “Denizlispor”a transfer edilib.

Daha çox


Son xəbərlər