Mourinyo: "Özümü yox, "Real"ı düşünürəm"

Mourinyo: "Özümü yox, "Real"ı düşünürəm"
GÜNDƏM 14 Mart 2013 / 14:20 2642
-  A +

Madrid “Real”ının baş məşqçisi Joze Mourinyo müvsümün sonunda komandasını tərk edəcəyi haqda yayılan xəbərləri təkzib edib.

Qol.Az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, Portuqliyalı baş məşqçinin bu mövsüm “Real”la ÇL-nı qazanıb, sonra komandadan ayrılacağı xəbərləri yayılmışdı.  Ancaq “The Sun” qəzetinə açıqlamasında Maurinyo bu xəbərlərin doğru olmadığını bildirib: “Getməyim haqqında verəcəyim qərar qətiyyən ÇL-i qazanıb-qazanmayacağımdan asılı deyil. Hər gün komandamla ən yaxşı səviyyədə çalışıram. Özümü yox, klubumu fikirləşirəm".

Qeyd edək ki, əlli yaşlı baş məqşçinin “Mançester Siti”yə və ya keçmiş klubu “Çelsi”yə gedəcəyi deyilirdi.

Daha çox


Son xəbərlər