Ukraynanın “Şaxtyor” klubunun baş məşqçisi Mirça Luçesku əvvəllər baş məşqçisi olduğu “Qalatasaray”ın Çempionlar Liqasındakı uğurlu çıxışını şərh edib.
Qol.Az-ın Türkiyə mətbuatına istinadənyaydığı məlumata görə, rumıniyalı mütəxəssis “Cim-Bom”un qələbəlrindən məmnun olduğunu söyləyib.
“Mən “Qalatasaray”la 2001-ci ildə çox məhdud büdcə ilə ÇL-ın 1/4 finalına qədər gəlmişdim. O dövrdə bu, çox böyük uğur idi. “Qalatasaray” bir Avropa komandasıdır. Məğlub etdiyi “Şalke” bizi ÇL-dan kənarlaşdıran “Borussiya”nı darmadağın edib”.
Luçesku “Qalatasaray”ın ÇL-dəkı şanslarından da danışıb: “Droqba və Sneyder hər baş məşqçinin heyətində görmək istədiyi futbolçulardır. On iki il əvvəl mən də bu heyətə sahib olsam, uğur qazanardım. Hörmətli həmkarım Fatih Terimi təbrik edirəm. “Şalke”ni məğlub edən komanda “Borussiya”nı da, “Bavariya”nı da məğlub edər. Əgər 1/4 finalda “Qalatasaray”ın rəqibi “Barselona” olmasa, İstanbul klubu finala qədər gedəcək. Ümid edirəm ki, “Uembli”də kuboku qaldıracaqlar”.
"Bayer"ə qayıtdı
“Kəpəz”dən yeni transfer
"Qalatasaray"ın yetirməsi doğma klubuna qayıtmağa hazırlaşır
“Bizim vəzifəmiz meydanda döyüşməkdir” - Qurban Qurbanov
"Qarabağ"ın qələbəsindən - Video
"Qarabağ" "Sumqayıt"a, "Sabah" "Araz-Naxçıvan"a qalib gəldi
"Hakimləri qorumaq üçün VAR sistemini tətbiq etməliyik"
“Qızıl top” qalibləri nə vaxt açıqlanacaq?
"Neftçi" xorvatiyalı futbolçu transfer etdi
"Çelsi"dən ayrıla bilər
“Müdafiədə yenə kobud səhv etdik” - Zaur İsmayılov
Benzema "ƏI-Hilal"dan getdi
"Sabah" "Araz-Naxçıvanı"ı belə məğlub etdi - Video
Messi millidəki karyerasını başa vurdu - Şəkil