Alleqri: "Dünyanın ən güclü komandasına məğlub olduq"

Alleqri: "Dünyanın ən güclü komandasına məğlub olduq"
GÜNDƏM 13 Mart 2013 / 19:00 3299
-  A +

“Milan”ın baş məqçisi Massimilino Alleqri ÇL-ın 1/8 final mərhələsinin cavab oyununda “Barselona”ya 0:4 hesablı məğlubiyyətdən sonra mətbuata açıqlama verib.

Qol.Az-ın məlumatına görə, italiyalı baş məşqçi 1/4 finalın bir addımlığında olsalar da, bunu bacara bilmədiklərini söyləyib: “1/4 finala santımetr qədər yaxın idik. Nianqın topu dirəyə dəydikdən sonra “Barselona” ikinci qolu vurdu. Bu oyunun taleyini həll etdi. İlk matçda Boatenqin qol vurmasından sonra şans bizim tərəfdə idi. Bu oyunda Nianqın fərqlənə bilməməsilə şans bizi tərk etdi.

Eyni zamanda rəqibi yüksək qiymətləndirən baş məşqçi qeyd edib: “Barselona” dünyanın ən yaxşı komandasıdır. Belə bir komandaya məğlub olduq.  Messi və İnyesta topu sərbəst şəkildə özündə saxladı. Xavi də mükəmməl oynadı. Oyunçularımız sona qədər mübarizə apardı. Bu məğlubiyyət bizə əhəmiyyətli bir dərs oldu”.

Daha çox


Son xəbərlər