Messi ÇL-in bombardirlər siyahısında irəlilədi

Messi ÇL-in bombardirlər siyahısında irəlilədi
GÜNDƏM 13 Mart 2013 / 01:10 3719
-  A +

“Barselona”nın hücumçusu Lionel Messi “Milan”a qarşı hazırda keçirilən 1/8 final mərhələsinin təkrar oyununda dubl etməklə Çempionlar Liqasında bu günə qədər vurduğu qolların sayını 58-ə çatdırıb.

Qol.Az-ın məlumatına görə, bununla da o, ehtiyatında 56 qol olan hollandiyalı Ruud van Nistelroyu geridə buraxaraq ÇL-in ümumi tarixi ərzində bombardirlər siyahısında ikinci pilləyə yüksəlib.

Qeyd edək ki, ÇL-in təsnifat mərhələsində vurulan qollar bu siyahıda nəzərə alınmayıb.

Bombardirlər cədvəlində birinci yeri əvvəlkitək Raul Qonzales tutur. İspan futbolçunun ehtiyatında 71 qol vurub.

Daha çox


Son xəbərlər