İdman Araşdırmalar Mərkəzi (İAM) Topaz Premyer Liqası, I divizion və Azərbaycan Kuboku üçün yeni format hazırlayıb. Lent.az-ın məlumatına görə, yeni format “APAHolding”in ofisində keçirilən mətbuat konfransında təqdim olunub.
Qurumun sədri Elşən Məmmədov bildirib ki, tədbir üçün 12 mart saat 12:00-ın seçilməsi heç də Premyer Liqada 12 komandadan ibarət hazırkı sistemə dəstəkdən vermələrini göstərmir. Əksinə, İAM hazırkı “6-lıq” sisteminin ləğvini təklif edir. Əvəzində I diviziondan gələn komandalar hesabına say 14-ə çatdırılır və qalib 2 dövrəlik sistemlə mübarizə nəticəsində müəyyənləşir.
Ən böyük diqqət isə Azərbaycan Kubokuna yönəldilir. Çünki UEFA prezidenti Mişel Platini də milli federasiyaların ölkə kubokuna ciddi önəm vermələrinin gərəkliyini qabardıb və hətta milli kubokun qalibinin Çempionlar Liqasına vəsiqə qazanmasının mümkünlüyünə dair fikir səsləndirib. Azərbaycan Kubokunun yeni formatına əsasən, mübarizə təsnifat mərhələsi, qrup mərhələsi və “pley-off”lardan ibarət olur. I divizionda isə yeni komanda gəlməsə, 11 komandalı sistemlə mübarizə gedir:
1. Topaz Premyer Liqasındakı komandaların sayı 14-ə çatdırılsın, “6-lıq” sistemi ləğv olunsun. Komandalar 2 dövrəlik mübarizə əsasında 26 tur mübarizə aparsın.
2. Premyer Liqanı 1+1 yox (sonuncu klub birbaşa, sondan əvvəlki I divizionda 2-ci yeri tutanla “pley-off” oynamaqla), 2+1 (son 2 klub birbaşa, sondan 3-cü isə I divizionda 3-cü yeri tutanla “pley-off” oynamaqla) klub tərk etsin
3. Üzvlük haqqı, cərimələr və ya legionerlər üçün ödəmələrin ən azı biri azaldılsın
4. I divizionda 13 yox, 11 klub 2 dövrəlik sistemlə mübarizə aparsın (I diviziona yeni yaradılan klublar gəlməsə)
5. Azərbaycan Kubokunda qrup mərhələsi tətbiq olunsun. Hər qrupda 4 komanda olsun. 7 klub (6+1) qrup mərhələsinə birbaşa vəsiqə qazansın, qalan 9 klub təsnifat mərhələsindən ev və səfər prinsipi ilə oyunlar nəticəsində gəlsin (9 cütun qalibləri)
6. Premyer Liqa və I divizion komandalarının sayı üst-üstə 26 olarsa, qrup mərhələsinə birbaşa 6 klub (ilk “6-lığ”a düşənlər) vəsiqə qazansın, qalan 20 klub təsnifat mərhələsində daha 10 vəsiqənin taleyinə ev və səfər prinsipi ilə aydınlıq gətirsin. Komandaların sayı daha çox olarsa, təsnifat mərhələsi öncəsi ilkin oyun və ya oyunlar da keçirilsin.
7. Azərbaycan Kubokunda mükafat fondu artırılsın. Pul mükafatı yalnız kubokun qalibinə verilməsin, qrup mərhələsinə düşənlər və “pley-off”a vəsiqə qazananlar arasında adlayacaqları mərhələlərə uyğun olaraq bölüşdürülsün
8. Azərbaycan Kubokunun qrup mərhələsində yerini birbaşa təmin edən komandalardan 4-ü qrup lideri, 3-ü isə qrup 2-cisi kimi bölünsün. Təsnifat mərhələsindən vəsiqə qazanacaq 9 klub qalan yerlərə bölüşdürülsün. Bölgü püşkatma yolu ilə aparılsın
9. Növbəti mövsümlərdə qrup mərhələsinə birbaşa vəsiqələr Premyer Liqada ilk 6 və ya 7 pilləni tutanlara verilsin.
Təklifin üstünlükləri:
1. Bu halda Topaz Premyer Liqası klubu ən azı 26 (iki dövrəyə üst-üstə) + 2 (təsnifat mərhələsində ev və səfər oyunları) = 28, ən çoxu 26 (iki dövrəyə üst-üstə) +2 (təsnifat mərhələsində ev və səfər oyunları) + 6 (qrup mərhələsində 3 rəqiblə ev və səfər oyunları) + 2 (1/4 finalda ev və səfər oyunları) + 2 (yarımfinalda ev və səfər oyunları) + 1 (final) = 39 oyun keçirir. I divizion klubu isə ən azı 20 (iki dövrəyə üst-üstə) + 2 (təsnifat mərhələsində ev və səfər oyunları) = 22, ən çoxu 20 (iki dövrəyə üst-üstə ) + 2 (təsnifat mərhələsində ev və səfər oyunları) + 6 (qrup mərhələsində 3 rəqiblə ev və səfər oyunları) + 2 (1/4 finalda ev və səfər oyunları) + 2 (yarımfinalda ev və səfər oyunları) + 1 (final) = 33 matça çıxır.
2. Bu mövsüm final mərhələsində ikinci “6-lıq”da stimul artır, çünki burada 1-ci yeri tutmaqla gələn mövsüm Azərbaycan Kubokunun qrup mərhələsinə birbaşa vəsiqə qazanılır.
3. Hazırkı formatda demək olar ki, əhəmiyyətsiz görünən ikinci “6-lıq” aradan qalxır.
4. I diviziondan Azərbaycan Kubokunun qrup mərhələsində ən azı 2 komanda oynayır. Bura Premyer Liqada say artımı nəticəsində I diviziondan gələn daha 2 komandanı da əlavə etsək, bu say 4 olur.
5. I divizion klubu Premyer Liqa komandaları ilə daha çox üz-üzə gələrək, təcrübə toplayır ki, gələcəkdə Premyer Liqada oynadığı vaxt da rəqabətə hazır olsun.
6. I divizion klubu Azərbaycan Kubokunda çıxış etdiyi qrupda hətta 2-ci yer uğrunda mübarizə imkanı əldə edir. Nəticədə son illər Azərbaycan Kuboku tarixində ilk dəfə ¼ finaladək irəliləməyi bacarır.
7. Bu formatın tətbiqi nəticəsində Premyer Liqadakı hazırkı sistemdən başqasına keçid zamanı da əlavə problem ortaya çıxmır.
8. Azərbaycan Kubokuna maraq artır. Qrup mərhələsinin oyunları çox olduğu üçün Azərbaycan Kubokuna da titul sponsorunun tapılması sarıdan problemlər azalır.
9. Premyer Liqada ilk 6 və ya 7 pilləni tutanlar Azərbaycan Kubokunun qrup mərhələsinə avtomatik vəsiqə qazanmaqla, müəyyən məbləğdə bonusa sahib olurlar.
10. Daha çox ehtiyacı olan I divizion klubu qrup mərhələsinə vəsiqə qazanmaqla, ən azı yol xərclərini qarantiləyir.
11. Üzvlük haqqı, cərimələr və ya legionerlər üçün ödəmələr azaldılmaqla Premyer Liqa və I divizion komandalarının zəifləmə və ya dağılma təhlükəsi minimuma enir.
12. I divizionda klubların say azlığı mövcud reallıqda imkansızların xərclərinin azalmasına səbəb olur.
13. Azərbaycan Kubokunda qrup mərhələsinin tətbiqi UEFA tərəfindən başladılan milli federasiyalarda ölkə kubokuna diqqət artımı kampaniyasına bir dəstək olur.
14. Premyer Liqada mübarizə təkcə mükafatlar və Avropa kuboklarına vəsiqə verən 3-4 pillə uğrunda deyil, Azərbaycan Kubokunun qrup mərhələsinə birbaşa vəsiqə imkanı verən 6-7 pillə uğrunda gedir.
15. 14 komandalı çempionatda son pillələri tutma təhlükəsi ilə daha çox klub üzləşir. Nəticədə belə bir təhlükədən qurtulmaq üçün klublar arasında daha ciddi rəqabət gedir.
16. 14 klubdan 7-si Azərbaycan Kubokunun qrup mərhələsinə düşmək, 3-ü Premyer Liqada qalmaq üçün yarışırsa, qalan 4 klub ən yaxşı “7-liy”ə düşmək və ya ən zəif “3-lüy”ə düşməmək üçün mübarizə aparır.
E.Məmmədovun sözlərinə görə, təkliflər artıq baxılması üçün Peşəkar Futbol Liqasına rəsmən təqdim olunub: “Ümid edirik ki, martın 15-də keçiriləcək AFFA-nın növbəti Konfransında təkliflərimizə baxılacaq”.
"Real" hakimlik islahatlarından imtina etdi
"Hər oyun bizim üçün final kimidir" - Yuri Vernidub
Torres dubl etdi, "Barselona" qələbə qazandı
"Avrokubok üçün mübarizə davam edir" - Vadar Nuriyev
"İnter"ə keçə bilər
"Sabah" - "Zirə" matçında vurulan 4 qol - Video
"Neftçi"dən qələbə, "Qarabağ" və "Sabah" xal itirdi
Yamal yenə rəqiblərini geridə qoydu
"1 xal üçün çox sevinirik" - Rəşad Sadıqov
Premyer Liqada rekorda imza atdı
"Yuventus"u çətin sınaq gözləyir
"Şamaxı" - "Qarabağ" matçından - Video
"Bəlkə də ilk dəfədir çalışdığım klubdan rahat gedirəm"
"Neftçi" - "Araz-Naxçıvan": Heyətlər
Milliyə kimlər çağırıldı?
"Təkliflər futbolçulara təsir etdi" - Qurban Qurbanov
2 avtoqol, 1 qırmızı vərəqə, məhsuldar heç-heçə
"Arsenal"dan ardıcıl 3-cü məğlubiyyət
Zerbi: "Tottenhem" aşağı liqaya düşsə..."
Mahirin komandası qələbə qazandı
"Sabah" - "Zirə" : Heyətlər
Azərbaycan millisi Gürcüstana yenə uduzdu
"Qalatasaray"ın sabiq futbolçusu karyerasını başa vurdu
Stadionda yanğın oldu, oyun təxirə salındı
"Şamaxı" - "Qarabağ": Heyətlər
Yamal "Barselona"nın məşqini tərk etdi
PFL-in Tovuz şəhər stadionu ilə bağlı qərarı müəyyənləşdi
Arteta gələcəyindən danışdı
AFFA-dan qərar: Oyunlar təxirə salındı
CV-si ilə şəkil çəkdirmək istədi, rədd cavabı aldı - Video
"Barselona"ya rədd cavabı verdi
Arbeloadan 21-ci əsrin antirekordu
U-15 millilərinin turnirində yaş qalmaqalı
Zubir “Qarabağ”dan ayrılır – Yeni klubu bəllidir
Malenin het-triki “Roma”ya 3 xal qazandırdı
“Real”dan gözlənilməz xal itkisi
Kökçünün komandası səfərdə uduzdu
“Beşiktaş”dan 4 qollu qələbə
PSJ Enrike ilə müqaviləni uzadır