Əfqan Talıbov: "Rəqibin bu cür güclü təzyiqini gözləmirdik"

Əfqan Talıbov: "Rəqibin bu cür güclü təzyiqini gözləmirdik"
GÜNDƏM 11 Mart 2013 / 19:19 1923
-  A +

“Oyuna çox sakit başladıq. İlk dəqiqələrdən rəqibin bu cür güclü təzyiqini gözləmirdik. Nəticədə qısa zamanda iki qol buraxdıq. Bundan sonra da özümüzü toparlaya bilmədik, qapımızdan daha iki qol buraxdıq".
 
Qol.Az-ın məlumatına görə, bu sözləri "Turan"ın baş məşqçisi Əfqan Talıbov "Sumqayıt"la Premyer Liqanın final mərhələsinin ilk oyunundan (0:4) sonra keçirilən mətbuat konfransında deyib. 

O, komandasının çıxışından narazı qaldığını bildirib:"İkinci hissədə oyunçulardan nisbətən razı qalsam da, ümumilikdə komanda yaxşı çıxış etmədi. Oyunçular özlərini yaxşı tərəfdən göstərmək üçün altılıq oyunlarına daha ciddi yanaşmalıdırlar”.

Daha çox


Qarabağ FK
Son xəbərlər
topaz banner