Şəhriyar Əliyevin qolu dünyada üçüncü sırada (VİDEO)

Şəhriyar Əliyevin qolu dünyada üçüncü sırada (VİDEO)
GÜNDƏM 10 Mart 2013 / 22:33 3745
-  A +

Azərbaycanlı futbolçu dünyada həftənin ən gözəl qolunun müəllifi ola bilər. "Bakı" futbol klubunun gənc müdafiəçisi Şəhriyar Əliyevin Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab oyununun 68-ci dəqiqəsində "inter"in qapısına vurduğu qol dünyada həftənin ən gözəl qolları sorğusunda yer alır.

Qol.Az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, Portuqaliyanın nüfuzlu TVGOLO portalında keçirilən sorğunun nəticələrinə əsasən, 18,3% (3045 səs) toplayan Şəhriyar üçüncü pillədə yer alır. Sorğunun lideri "PAOK"un hücumçusu Kostas Katsuranisi qolu 32.02% (5,329 səs) toplayıb. İkinci pillədə 21.62%-lə (3,598 səs) Realın (Madrid) forvardı Luka Modriç yer alır. Şəhriyar (16:00, 10 mart 2013) 3045 səslə 3-cüdür.

Birinci yerlə fərq cəmi 2.284 səs təşkil edir. Bu fərq getdikcə azalmaqdadır. Sorğunun sonuna 1 gün qalır. TVGOLO.com saytına girib, səsvermə menyusunda Şəhriyar Əliyevə (siyahıda 6-cı) səs verə bilərsiniz.

Daha çox


Son xəbərlər