"Onsuz da böyük klubun baş məşqçisiyəm"

"Onsuz da böyük klubun baş məşqçisiyəm"
GÜNDƏM 9 Mart 2013 / 20:31 4878
-  A +

“Yuventus”un baş məşqçisi Antonio Konte mövsümün sonunda klubdan ayrılacağı ilə bağlı xəbərlərə münasibət bildirib.

Qol.Az-ın İtaliya mətbuatına istinadən verdiyi məlumata görə,baş məşqçi bu xəbərləri təkzib edib və yeni mövsümdə də “Yuventus”da  qalacağını deyib: “Avropanın ən güclü klublarının mənimlə maraqlanması qürürvericidir.Ancaq bu, təkcə mənim uğurum deyil. Futbolçular və texniki heyətin bu səviyyəyə çatmağımızda böyük əməyi var” deyə o bildirib.

İtaliyalı mütəxəssis daha yaxşı klublara getmək istəyib-istəməməsi ilə bağlı sualı  belə cavablandırıb:” Zirvədə olan bir kluba getməkmi? Onsuz da hazırda böyük klubun  baş məşqçisiyəm”.

Qeyd edək ki, Konte  İtaliya  A seriyasının 2011-2012-ci il mövsümündə  “Yuventus”a çempionluq yaşadıb.

Daha çox


Son xəbərlər