Fergüsson: "Oyundan əvvəl də Çakırdan şübhələnirdim"

Fergüsson: "Oyundan əvvəl də Çakırdan şübhələnirdim"
GÜNDƏM 8 Mart 2013 / 18:46 4856
-  A +

“Mançester Yunayted”in baş məşqçisi Ser Alex Fergüsson türkiyəli hakim Cüneyt Çakır haqqında maraqlı açıqlama verib.

Qol.Az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə,  Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab qarşılaşmasının “Mançester  Yunayted” – “Real” oyununda meydan sahiblərinin  oyunçusu Naninin  Cüneyt Çakır tərəfindən  meydandan qovulmasına münasibət bildirən Fergüsson bunları deyiib: “Hakimin bu qərarından sonra futbola olan inamımız azalıb. Çakırdan matçın əvvəlindən şübhələnirdim. Bunu texniki heyətə də demişdim. Lakin olan olub. Artıq heç nə etmək olmaz. Bundan sonra önümüzə baxmalıyıq”.

Xatırladaq ki, oyunun 56-cı dəqiqəsində “Real”ın futbolçusuna qarşı kobud oynayan Nani Cüneyt Çakır tərəfindən meydandan qovulub. Bu isə "MY"nin üzvləri ilə yanaşı İngiltərə mediasında da etiraza səbəb olub.

Daha çox


Son xəbərlər