"Tikiləcək yeni Olimpiya stadionunu digərləri ilə müqayisə etmək olmaz. Olimpiya stadionuna sərf olunacaq 640 milyon manat o qədər də böyük məbləğ deyil” .
Qol.Az-ın qafqazinfo.az saytına istinadən yaydığı xəbərə görə, bu sözləri AFFA-nın baş katibi Elxan Məmmədov son günlər ölkə mediasında və sosial şəbəkələrdə ən çox müzakirə mövzusu olan 640 milyonluq stadionla bağlı məsələni şərh edərkən deyib. Baş katib 2015-ci ildə istifadəyə veriləcək olan Olimpiya stadionu haqqında öz fikirlərini bildirib. Onun sözlərinə görə, sözügedən stadion sırf futbol oynamaq üçün nəzərdə tutulmayıb: “Adından da bəlli olduğu kimi Olimpiya stadionu çox funksiyalı olmalıdır. Biz bu stadionda I Avropa Olimpiya Oyunlarını, müxtəlif beynəlxalq futbol turnirlərini keçirməyi planlaşdırırıq”
E.Məmmədov yeni stadionun bütün standartlara cavab verəcəyini UEFA və FİFA kriteryalarına tam uyğun gələcəyini bildirib: “Bilirsiz, ümumilikdə götürsək, 10-15 il bundan qabaqkı standartlarla indiki standartlar arasında çox böyük fərqlər var. 15 il bundan qabaq UEFA standartına cavab verə biləcək orta hesabla 50.000 azarkeş tutan stadionu 150-200 milyon avroya başa gətirmək olardı. Ancaq indi çox şey dəyişib və yeni standartlar meydana gəlib. Hazırda stadionda ekoloji mühiti tam uyğun formaya gətirmək üçün çalışmalar gedir. Bundan əlavə, bildiyiniz kimi stadionun 80 faizi qapalı olacaq. Yağışlı, qarlı havalarda belə azarkeşlər rahatlıqla izlədikləri oyunlardan zövq alacaqlar.
Baş katib həmçinin Olimpiya stadionunu yaxın illərdə istifadəyə verilən stadionlarla da müqayisə edib: “2011-ci ildə İstanbulda “Türk Telekom Arena” stadionu istifadəyə verildi. Doğrudur, həmin stadion ümumilikdə 160 milyon avroya başa gəlib. Ancaq həmin Arena yalnız futbol oyunu üçün nəzərdə tutulub orada heç bir Olimpiya oyunları keçirilməyəcək. Daha sonra “Nou Kamp” stadionunu misal göstərə bilərəm ki, həmin stadion 1950- ci illərdə istifadəyə verilib və bir neçə dəfə azarkeş tutumu çoxaldılıb, konstruktiv dəyişikliklər olub. Bizim stadionumuz isə istifadəyə veriləndən sonra ən azı 15-20 il müddətində heç bir dəyişiklik olmayacaq. Bundan əlavə bir sıra stadionların özünə xas simvolik xüsusiyyətləri olur. Mən misal üçün İngiltərənin “Uembli” stadionunu göstərə bilərm. Stadionun üzərində olan arka onun tanınmasına səbəb olur. Bizim Olimpiya stadionumuzda da milli ornamentlerimizi özündə əks etdirən xüsusiyyətləri olacaq”.
Azərbaycan təmsilçilərinin ilk rəqibləri məlum oldu
Toral Bayramov oynadı, komandası “Şaxtyor”la heç-heçə etdi
Dzeko qalır
Messi komanda yoldaşlarına xüsusi hədiyyə verib
"Sumqayıt" "Kəpəz"lə heç-heçə etdi
"Şamaxı" Qətər klubuna böyük hesabla qalib gəldi
"Real" onunla razılaşdı
"Napoli" yetirməsi ilə yeni müqavilə bağladı
“Sabah” Finlandiyadadır
Türkiyə millisi Millətlər Liqasının qalibi oldu
"Qəbələ"dən ayrılan futbolçu Cənubi Koreya klubunda
Pirlo ilə bağlı araşdırma tələb olundu
PSJ-nin ulduzu yeni müqavilədən imtina etdi
Ərəblər onun üçün 132 milyon avro ödəməyə hazırdır
De Brüyne bu yay “Napoli”ni tərk edə bilər
Osimhen "Qalatasaray" rəhbərliyini sərt tənqid etdi
“Sabah”a KuPS-dan mesaj - Hələ hər şey bitməyib
Ferran Torresin hansı şərtlə satılacağı açıqlandı
Nəriman ehtiyatda qaldı
Messi “MLS ulduzlar matçı”nın heyətindən çıxarıldı
"Bayer"dən yeni transfer
"Bəzi yeni oyunçuların yolunu gözləyirik" - Kaxaber Sxadadze
"KuPS" "Sabah"la oyundan əvvəl qələbə qazandı
Mourinyo Vinisiusun gedişinə qarşı çıxdı
"Neftçi"nin qadınlardan ibarət komandası PAOK-a uduzdu
"Kəpəz"də zambiyalı futbolçu - Rəsmi
"Qəbələ" "Şəfa" ilə heç-heçə etdi
Azərbaycan klubu kamerunlu yarımmüdafiəçi aldı
"Əl-Hilal"dan 64 milyon avroluq transfer
Lukaş Fabianski karyerasını başa vurdu
Kamilo Duran "Milan"a da qol vurdu
Tanınmış hücumçu bu kluba keçdi
"Real"ın 100 milyonluq təklifi rədd edildi
Rəqibi təpiklədi, 5 illik cəza aldı
"Mançester Siti" Xusanovla müqaviləni uzatdı
Rodri "Real"la razılaşdı
"Everton" Qeyeni yola saldı
PSJ-dən "Atletiko"ya
Bakıdakı oyun avrokuboklarda TOP-5-ə düşdü
DÇ-2026-nın qəhrəmanının yeni klubu müəyyənləşdi
Urfan Abbasov "Kəpəz"də
“Qarabağ” azarkeşləri üçün biletlər satışa çıxarılır
Donnarumma uşaqlıq sevgilisi ilə evləndi - Şəkillər
Azərbaycanı dünya çempionatında təmsil edəcək hakimlər
Messinin Braziliya kökləri üzə çıxdı