Bu gün UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab qarşılaşmalarına start verilib. Qol.Az-ın məlumatına görə, ilk oyun günündə iki qarşılaşma baş tutub ki, onlardan da birini erkən final adlandırmaq olardı. Söhbət İngiltərədə “Mançester Yunayted”lə “Real” arasında keçirilən oyundan gedir.
Bu komandaların Madriddəki ilk oyunu 1:1 hesabı ilə yekunlaşmışdı. Cavab qarşılaşmasında meydan sahiblərini 0:0 hesablı heç-heçə də qane edirdi. “Real” isə növbəti mərhələyə adlamaq üçün ya qələbə qazanmalı, ya da birdən artıq qollu istənilən heç-heçəyə nail olmalı idi. Oyunu gedişatında hesabda geri düşməsinə baxmayaraq, Madrid təmsilçisi iki qol vuraraq qələbə qazanıb. Yeri gəlmişkən, "Real" hər iki qolu "MY" on nəfərlə qaldıqdan sonra vurub.
Beləliklə, səfərdə çətin qələbə qazanan "Real" 1/4 finala vəsiqə əldə edib.
Bu mərhələnin digər iştirakçısı isə Dortmundda "Şaxtyor"u 3:0 hesabı ilə mığlub edın “Borussiya” olub.
Çempionlar Liqası: 1/8 final, təkrar oyunlar
5 mart
23.45. “Borussiya” (Dortmund, Almaniya) – “Şaxtyor” (Ukrayna)- 3:0
İlk oyun - 2:2
Qollar: Santana, 31 (1:0), Götze, 37 (2:0), Blaşikovski, 59 (3:0)
23.45. “Mançester Yuneyted” (İngiltərə) – “Real” (İspaniya) -1:2
İlk oyun – 1:1
Qollar: Ramos-avtoqol, 48(1:0),Modric, 65 (1:1), Ronaldo,68 (1:2)
Qırmızı vərəqə: Nani ("Mançester Yunayted"), 56
6 mart
PSJ (Fransa) - “Valensiya” (İspaniya)
İlk oyun – 2:1
“Yuventus” (İtaliya) – “Seltik” (Şotlandiya)
İlk oyun – 3:0
12 mart
“Şalke” (Almaniya) – “Qalatasaray” (Türkiyə)
İlk oyun – 1:1
“Barselona” (İspaniya) – “Milan” (İtaliya)
İlk oyun – 0:2
13 mart
“Bavariya” (Almaniya) – “Arsenal” (İngiltərə)
İlk oyun – 3:1
“Malaqa” (İspaniya) – “Portu” (Portuqaliya)
İlk oyun – 0:1
La Liqada ayın futbolçusu kim oldu?
Burkina-Faso millisinin futbolçusu Azərbaycan klubuna keçdi
İsmail Kartal “Fənərbaxça”da qaldı - Rəsmi
Mahirin komandasından Polşa çempionatında ilk qələbə
Ayxan Abbasov Polşaya getdi
Akrobatik zərbə, möhtəşəm qol - Video
Vernidub: “Belə oynamağa haqqımız yoxdur”
“Çelsi” onunla müqaviləsini uzatdı
"Neftçi" "İmişli"yə qalib gəldi
Kuadradonun yeni klubu açıqlandı
"Barselona"dan Həmzə ilə yeni müqavilə