Madridin “Real” klubunun baş məşqçisi Joze Mourinyo martın 5-də İngiltərədə “Mançester Yuneyted”ə qarşı baş tutacaq Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyunu ilə əlaqədar mətbuat konfransı təşkil edib.
Qol.Az-ın məlumatına görə, o deyib ki, hər iki komanda görüş ərəfəsində yaxşı əhval-ruhiyyədədir: “Son oyunlarda qələbə qazanmışıq. Amma heç kim bilmir ki, sabah (bu gün – red.) kim qalib gələcək. “MY” artır mart ayında İngiltərə çempionluğunu udub. Amma biz də güclüyük. Məhz bu səbəbdən sabah nə olacağını kimsə təxmin etmir. Bizim oyun zamanı dünya donacaq. Həqiqətən də bu oyun final statusu daşımağa layiqdir”.
Joze Mourinyo qeyd edib ki, bu günə qədər avrokuboklarda yüzdən artıq oyun keçirib: “Ona görə də əgər hətta uduzsaq belə, ağlamayacağam. Amma əgər udsaq, 2004-cü ildə olduğu kimi, bütün yüz metrlik meydança boyu qaçası deyiləm. Əgər uduzsaq, qayıdanda təyyarədə sakit yatacağıq, udsaq, sadəcə, sevinəcəyik”.
Portuqaliyalı mütəxəssis bu günə qədər “MY”nin baş məşqçisi Fergüssona qarşı çox oyun keçirdiyini söyləyib: “Həm qələbə, həm heç-heçə, həm də məğlubiyyət olub. Amma mən statistikaya çox önəm vermirəm. “Mançester Yuneyted”lə növbəti oyunda hər şey meydanda həll olunacaq”.
Joze Mourinyo Aleks Fergüssonla münasibətlərinin yaxşı olduğunu, şotlandiyalı mütəxəssisə böyük hörmət etdiyini bildirib.
“Soruşursunuz ki, “Mançester Yunayted”dən nə gözləyirəm? Hesab edirəm ki, top bizdə olanda onlar çox diqqətlə müdafiə futbolu oynayacaq, topa yiyələndikdən sonra isə çox təhlükəli olacaqlar”.
“Marsel”dən darmadağın
Qadın güləşçilərimizdən 2 medal
Ezri Konza rəsmən "Arsenal"da
Azərbaycan millisi Avropa çempionatına qələbə ilə başladı
Avropa çempionatı: Azərbaycan boksçusu gümüş medal qazandı
Azərbaycan millisi Andorra ilə qarşılaşacaq
"Barselona" De Yonqa qiymət qoydu
FİFA-dan Argentina millisinə və Paredesə sərt cəza
"Qarabağ" və "Sabah"dan qələbə
"Tottenhem"in sabiq futboolçusu vəfat etdi
Misli Premyer Liqasında 2-ci turun hakimləri açıqlandı
Amit Quluzadə yenidən bu klubun baş məşqçisi oldu
Van-Bissaka "Vest Hem"ə keçdi
"Sabah" - "Hapoel" matçına nə qədər bilet satılıb?
"Yuventus" Artur Melo ilə müqaviləyə xitam verdi
Azərbaycan bu mövsüm Avropada qələbə sayına görə liderdir
99 milyona "Mançester Siti"dən "Tottenhem"ə keçir
Milli komandada yeni baş məşqçi
Azərbaycan boksçusu Avropa çempionatının finalında
Azərbaycan klublarından UEFA reytinqində rekord
Belarus millisi ev oyunlarını niyə Azərbaycanda keçirmədi?
Kadidən Konfrans Liqası rekordu
"Zirə"nin futbolçusu Kamboca klubuna keçdi - Rəsmi
Qurban Qurbanov bunu edə bilərdi və etdi də! - Bizim şərh…
"Qarabağ" "Tvente"yə belə qalib gəldi - Video
"Malmö" Salifu Sumanı icarəyə göndərdi
Azərbaycan cüdoçusu dünya çempionu oldu
Rusiyanın ən bahalı ikinci futbolçusu
Konfrans Liqası: Pley-offun ilk oyunlarına yekun vuruldu
“Qarabağ”a məğlubiyyətin səbəbini izah edə bilmədi
Avropa Liqası: Gecənin nəticələri
Mahir Emreli Konfrans Liqasında yenə qol vurdu - Yenilənib
Qurban Qurbanovdan qələbə şərhi
Azərbaycan klublarının yay transferləri - Yenilənir
"Qarabağ" Niderlanddan qələbə ilə qayıdır
Avropa Liqası: "Beşiktaş"dan qələbə, "Trabzonspor" büdrədi
"Ayaks" azarkeşlərindən etiraz
Şeydayev oynadı, komandası qalib gəldi
"Məni ən çox nankorluq narahat edir"