Pepe: "Barselona" əsl simasını göstərdi"

Pepe: "Barselona" əsl simasını göstərdi"
GÜNDƏM 3 Mart 2013 / 11:50 4207
-  A +

Madrid "Real"ının futbolçusu Pepe İspaniya La Liqasının 26-cı turunda "Barselona"yla oyundan (2:1) sonra mətbuata açıqlama verib.

Qol.Az-ın məlumatına görə, bir həftə ərzində iki "El-Klassiko"nu  qazandıqlarına görə çox sevindiyni deyən Pepe "Barselona" futbolçularının matçın sonunda hakimi ittiham etməsinə və davranışlarına təəccübləndiyini bildirib: "Bu "Barselona"dan heç görmədiyimiz hərəkətlər idi. Matç bitər-bitməz hakimin çevrəsinə sarıldılar və etiraza başladılar. Bizə məğlub olduqlara üçün çox əsəbiydilər. "Barselona" daha əvvəl göstərmədiyini əsl simasını hər kəsə göstərmiş oldu"

Qeyd edək ki, oyunun son dəqiqələrində "Barselona"lı futbolçular hakimin "Real"ın qapısına penalti təyin etməməsinə kəskin etiraz edib. Daha sərt etiraz edən qapıçısı Viktor Valdes isə qırmızı vərəqə ilə cəzalandırılıb.

Daha çox


Son xəbərlər