SƏDAT BALKANLI (1965-2009 ) KİM İDİ
12 il amansız bir şəkildə mübrizə etdiyi ALS (Amiyotforik Lateral Skleroz) xəstəliyinə qalib gələ bilmədi. «Fənərbaxça», «Qalatasaray», «Bursaspor», Əskişəhirspor, Konyaspor və Türkiyə milli komandasının formalarını geymişdi. 1994-1995 sezonunda «Qalatasaray»da 8 qol vurmuşdu. Bu topların hamısını başıyla qapıya atmışdı. 12 il əvvəl sağlıq problemleri yaşamağa başlayan Balkanlının ABŞ-da aparılan müayinələr nəticəsində milyonda bir görünən ALS xəstəliyinə yaxalandığı ortaya çıxdı. Əvvəlcə danışığı, sonra yeriməsi, ardından da gözlərindən başqa bütün orqanları öz hərəkətini itirdi. Xüsusi nəfəs vermə cihazına bağlı yaşayan Sədat Balkanlı, həyat yoldaşı Şükran xanım ilə kağız üzərində əlifba yardımı ilə danışdı. Bir neçə müddət öncə uzun sürən acı bir xəstəliyə məğlub olub gözlərini yumdu.
Allah rəhmət eləsin!
***
Şükran Balkanlı - öncə ALS xəstəliyinə, sonra da xərcəngə düçar olan, keçmişdə həm «Fənərbaxça»da, son illərində «Qaltasaray»da oynamış rəhmətlik futbolçu Sedatın həyat yoldaşı. Mən onunla görüşəndə artıq 11-ci gün idi ki, bu əfsanəvi futbolçunu və əfsanəvi bir xəstəliyə tutulan insanı itirmişdi. Şükran Hanım 12 il!, düz 12 il! boyunca ərinə bir körpəyə necə baxırlarsa, eləcə də baxdı. Bu vaxt ərzində bir dəfə də olsun uf demədi, bütün acıları, bütün əlacsızlıqları içinə atdı, ümidsizliyə qapılmadı, dimdik durdu ayaqda, illər öncəsi onun içinə dolan eşqinə sahib çıxdı son ana qədər.
Belə bir vəfa, belə bir qadın hardan, ilahi,- deyə bir ağrı keçir insanın içindən. Hardan? Hardan? İstanbul kimi kosmopolit bir şəhərdə. Hardan? Şükran xanım yalnız öz həyat yoldaşı üçün deyil, əri kimi çətin xəstəliyə düçar olan əlacsızların da köməyinə qaçan bir İNSAN olaraq keçdi İNSANLIQ TARİXİNƏ. Biz onu belə tanıdıq.
Şükran xanım ərini itirəndən sonra onunla görüşəndə nələr çəkdiyini, bu itkinin on-on beş günündə nələr yaşadığını onun yorğun, son dərəcə üzücü sir-sifətindən, içinin sızıltısından hiss etmək olurdu. Bütün ümidini itirdikdən sonra, yenidən ümid ardınca qaçan bir qadın dayanmışdı qarşımda. Acıları verən Allahın onu sevdirmə gücünə bir daha heyran oldum. Şükran xanımın işıq saçan üzündə "DƏRDİM DƏRMANIMDIR" sözlərini oxuyurdum.
***
Sədat Balkanlının başının üstündə Ayetel Kuboku asılıb. Çat kapı gələn Başbakandan hədiyə.
***
QOY BİR AYAĞA QALXIM, BOŞAYACAM SƏNİ
Dörd saata yaxın qaldım evlərində... Şükran Balkanlı məni yola salarkən içimdən kədər qarışıq bir şərqi sözlər keçdi:
“Mən belə ürək görmədim, belə sevgi...
İndi uşaqlar da böyüyəcək günbəgün...
Bütün hüzünləri oxşayıb birər-birər,
gizli bir ümidə sarılaraq, bir az küskün...”
Çox sevdiyim Sezen Aksunun bu mahnısı hələ də içimdə qımıldamaqda. O evdə gördüklərimi ifadə etdiyi üçün bəlkə də... Kiçik bir çocuk kimi sevgiləriylə bürünmüş Sədatın ətrafında pərvanə olan ailə qadınları, nəşəylə anladırlar: "Bəzən ən kiçik körpəm, bəzən paşam, bəzən sevgilim olub,"- deyirdi Şükran Xanım, ərinin tərpənməz dodaqlarına əylib öpərək. Yataq otağını darmadağın edib reaminasiya otağına çevirəli düz 11 il oldu... 11 il! 11 il!
Hər axşam ərinin qarşısındakı raskladuşkanı açıb, onun yanında yuxuya gedir. Səhər açılana qədər birlikdə xəyallar qurular: "Sədat iş adamı olmağı istərdi, əlinə qəlyanını alacaq, yatırımlar yatıracaq. Bir gün «Belçikada lahmacun restoranları açaq» - deyir. Araşdırma eləməyə başlayırıq. Belçikaya gedilir, insanlara xəbər verilir, amma pulumuz çatmır. Bir ay sonra «Tekstil işinə girişək bəlkə», -deyir. Araşdırmağa başlayırıq. Keçənlərdə gönlümüzdən bir qatar almaq keçdi və çıxdıq “ova”. Baxdıq ki, rahat nəfəs almaq üçün çiyərlərinə qoyduğumuz aparatın batereyası, pili bitmək üzərədir. Amma batereya almağa pulumuz yoxdu. İndi də karvan istəyir, o da ağıl kəsən deyil". Çünkü Sədat Balkanlı, gündə iki kərə dəyişən nəfəs alma aparatına bağlı yaşayır. Bədəni hərəkət etmir, amma qurduğu xəyallara kimisə çata bilməz. Bütün varlığında hərəkətli olan düşüncələri, baxışları və ehtirası... Locked-İn Sendrom, etirasa, kişilik xüsusiyyətlərinə zərər vermir.
Şükran Balkanlı, əri üçün "O istəyir, amma mən gözyaşlarıma üstün gələ bilmirəm, dəhşətdi "- deyərək vəziyyəti başa salır.
Otağına girdim, gülümsədi, tarixi maçlarda başı ilə atdığı müthiş qolları izlətdi televizyonda.
«Əlifbanın üç sıra halında yazılı olduğu kartondan bir-birimizi başa düşməyə çalışdıq. İlk söylədiyi "Yaşamaq istəyirəm,"- oldu.
Şükran Balkanlı, həyat yoldaşıyla o kartonlar olmadan danışa bilmir. Sədatın hər göz qırpımıyla yazdırdığı hərfləri səbrlə yan-yana düzür. Karton bəhanədi, ikisinin də bir-birini başa düşəcək xüsusi bir dil var. İnsan bir kərə də olsun ah çəkməzmi və nələr çəkdiyini dilə gətirməzmi. “Həyatı günü gününə, bir nəbz kimi vuraraq yaşayır» -deyir Şükran Xanım. Sədatın anası, bacısı, uşaqları, baldızı, ailədən biri kimi olmuş köməkçiləri Tanya, eyni küçədə Sədat üçün bir arada yaşayan bütün əqrabalar, onunla bu xüsusi dili danışır.
Onun günlük yaşamı üçün mübarizə edirlər. Sədat istədiyi üçün hər çərşəbə evdə balıq bişirilir. Sədata da pürə hazırlanır. Həftə sonu alabaşlara minib, Boğaza balıq tutmağa gedilir. Və hər gün Sədat üçün gizli bir ümidə doğru çıxıb, günə çox böyük bir sevgiylə başlanır.
SƏDAT BALKANLI :
- Yeməklərin dadı, yaddaşımdadı. Unuda bilmirəm.Ailə üzvləri də daxil kimsə yanımda yemək yemir. Oğlanlarımdan xahiş eləyirəm ki, basdırmadan hazırlanmış dürməc yesinlər. Onlar yeyərkən çox xöşbəxt oluram.
***
Yaxşılaşdığım zaman sahildə isti çörəklə pendir, yanında da dəmli bir çay istəyirəm. Sonra da maşınımda gəzməyi sevirəm.
***
«Qalatasaray» üçün də oynadım, amma mən həmişə «Fənərbaxça»lı olaraq qaldım.
YAŞAMAQ İSTƏYİRƏM
ŞÜKRAN BALKANLI :
- Bir dəfə Sədat dedi ki, mənə 30 YTL verərsənmi? Xöşbəxt oldum. Milli lotereya üçün. O qədər çox arzuları var ki...Hər ayın 9, 19 və 29-unu əldən verməz. Bir gün nəsə udacağına inanır.
Xəyalların sürəti nə sürət...Bir gecədə milyarder oluruq. Bir gecədə əldən gedir hamısı. Sədat gəlib bizi qurtarır. Kumpir, lahmacun, ABŞ-da nə bilim nə, Belçikada dönər...ohooo daha nələr...nələr...
Əli yox, ayağı yox. Düşüncələriylə dua eləyir. Allah üzümüzə güləcək, bir az daha səbr etməyəmiz lazımdır. Bir gün «Günaydın gözəlim» - deyib, mənə sarılacağına inanırdım.
İkimiz də bu yerlərə başqa yerlərdən gəlmişik. Bu üzdən “Əlvida Rumeli” serialı bizim üçün bir başqa məna kəsb eləyir. Sədat həyatı çox sevərdi. Bizə «Qarşımda oynayın»,- deyirdi çox vaxt. Musiqi çaldırıb, oynamağa başlardıq. Təbii ki, səs-küy olurdu. Bu zaman qonum-qonşu da rahatsız olurdu, «bu nə ailədi belə» söz-söhbəti çatırdı qulağımıza. Biz bilirdik, amma əlac nəydi. Sədatı həyatda tutan şeylər bunlar, necə başa salaydıq onları.
***
BAŞ-BAŞA YAŞANAN GÜNLƏR
- Baş-başa qaldığınız zaman sizə nə anladırdı Sədat?
Ş.B: Uşaqlarımızı doyunca böyüdə bilmədik, Sədatın xəstəlik vaxtlarına düşdü. İndi uşaqlarımız üçün bir şeylər xəyal edirik.Sədat gec yatıb,gec durur.Çünki axşam ev daha basırıq olur.Hamımız Sədatın otağında toplaşırıq, o günü anladırıq.Kiçik oğlumuz məktəbdən gələr-gəlməz Sədatın qucağına atılır o saat.
- Qarşısında televiziya hər zaman açıqdır. Kitab, qəzet də oxuyursunuzmu Sədata ?
Ş.B: Televiziya bütün gün açıq olmalıdır, elə istəyir. Axşamları heyvanlar aləmini seyretməyi çox sevir. Xəbərləri heç gözdən qaçırmaz.Bir də evləndirmə məsələlərinə həsr olunmuş proqramları seyr edir. «Ayağa dur, səni evləndirəcəm” - deyib sataşıram ona.
- Xəyal qurmağı çox sevir deyirsiniz?
Ş.B: Xəyalları hamısı iş qurmaqla. Bacısı bəzən deyir ki, qardaşım, necə ayağa durmaq olar,sən onun haqqında xəyal qur.
- Günlər necə keçir?
Ş.B: Səhər erkən qalxıram,uşaqlar məktəbə gedir. Sədat 12-dən 1-dən tez qalxmaz. Gözlərini açan kimi gülümsədiyi gün bizim ən gözəl günümüz olur.
- Bugün necə qalxıb?
Ş.B: Çox keyfli qalxdı Tuluhxan, siz də gələcəksiniz deyə. Sədat xöşbəxtsə, biz də xöşbəxtik.Toy varsa, toya gedirik. Olmasa, əylənməyə gedirik. Qayıdandan sonra olanları Sədata anladırıq. Belə istəyir onun özü.
- Bəs sizin bütün günü yanında olmağınızı istəmirmi?
Ş.B: Təbii ki, evdən uzun müddətə uzaqlaşmaq bizim üçün zor. Çox nadir olur belə hallar. Anam bura yaxın olur, Sədatın ailəsi qonşu blokda yaşayır. Doğulub böyüdüyü məhəllədə yaşayırıq. Sədatın tək qalmaq imkanı qətiyyən yox.B ura bizim qonaq otağımız. Sədatın yanında oturub, birlikdə televiziyaya baxırıq, müzakirələr eləyirik.
Türkcədən uyğulayanı:
Tofiq ABDİN
Birlikdə 100 qol vurdular
Alvares La Liqadan gedəcək?
"Atletiko" - "Arsenal" matçının start heyətləri açıqlandı
Muradov başladı, Cəfərli bitirdi
FİFA DÇ-2026-nın mükafat fondunu artırdı
"Şahdağ Qusar" və "Zaqatala"dan qələbə, "Şəfa" xal itirdi
Rəqibə yumruq atan futbolçu sərt cəzalandırıldı
"Qolların hamısını dəf etmək çətin idi"
4 illik diskvalifikasiya olundu
Zidanın oğlu sıradan çıxdı
Hakimi yarımfinal matçını buraxa bilər
Qapını 70 yaşlı qapıçıya həvalə edəcəklər
Türkiyə Kubokunda finalın vaxtı və yeri dəyişdi
"Neftçi" - "Qarabağ" oyununun hakimləri açıqlandı
“Qarabağ” portuqaliyalı futbolçu ilə maraqlanır
Fransa klubunda baş məşqçi ayrılığı
"Bayer"lə yeni müqavilə bağladı - Rəsmi
AFFA İntizam Komitəsinin qərarları
Noyer ÇL antirekordunu təkrarladı
AFFA-nın vitse-prezidenti "Nou Kamp"dakı oyuna təyinat aldı
FİFA futbola məcburi 1 yerli gənc oyunçu limiti gətirir
Azərbaycan millisi UEFA İnkişaf Turnirində iştirak edəcək
Kompani PSJ ilə oyun və şansları haqda
Keyn Cerrardın rekordunu qırdı
Azərbaycanı "Böyük Dəbilqə"də kimlər təmsil edəcək?
"Atletiko" - "Arsenal" oyununu yayımlayacaq kanallar
Hacı Əliyevin ad günündə kimlər var idi? - Video
"Bavariya" son dəfə 31 il əvvəl 5 qol buraxıb
Enrike ilə Kompani arasında maraqlı dialoq - Video
Parisdə “qol yağışı” - Video
Luis Enrike: “Bu, məşqçi karyeramdakı ən yaxşı oyun idi”
Çempionlar Liqasında belə hesab olmayıb
PSJ - “Bavariya” matçında 9 qol
Kvaratsxeliya PSJ-nin tarixinə düşdü
Premyer Liqa matçlarının tarixləri dəyişdirildi
Şəmkirdə vurulan 7 qol - Video
PSJ - "Bavariya" matçının heyətləri açıqlandı
Kurtua "El-Klassiko"ya hazırlaşır
FİFA-nı sülh mükafatını ləğv etməyə çağırdı
"Qalatasaray"ın hücumçusunu polisə şikayət etdilər
“Xankəndi” - “Qaradağ Lökbatan” matçından - Video
"Barselona" yenidən "Kamp Nou"nu tərk etməli olacaq