Emeka Opara rəsmən "Qarabağ"da

Emeka Opara rəsmən "Qarabağ"da
GÜNDƏM 28 Fevral 2013 / 17:55 3608
-  A +

"Qarabağ" daha bir transferi reallaşdırıb.

Qol.Azın klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, qış fasiləsində Kristian Torres, Elvin Musazadə, Branimir Subaşiç, Reynaldonun ardından komanda daha bir keçidi həll edib. "Xəzər Lənkəran"da çıxış edərkən oynadığı futbolla adından söz etdirən Emeka Opara rəsmən "Qarabağ"dadır. 28 yaşlı forvard dünən axşam Bakıya gəlib və bugün "Qarabağ"la rəsmi müqaviləyə imza atıb. Nigeriyalı yeni komandasıyla 1,5 illik müqavilə imzalayıb.

Qeyd edk ki, Opara daha öncə "Sahel", "Kayzerslautern", "Xəzər-Lənkəran" və "Əl Naser"də forma geyib. 


Daha çox


Son xəbərlər