"Xəzər Lənkəran" klubunun yeni transferi Gökhan Güləçin Qol.Az-ın Antalyaya ezam olunmuş müxbirinə müsahibəsi
- İlk öncə təlim-məşq toplanışı haqda məlumat verərdin. Hazırlıq mərhələsi necə keçir?
- Komandaya yeni gəlmişəm. Təlim-məşq toplanışı yaxşı keçir. Artıq komanda yoldaşlarıma isinmişəm. Əsas məqsədimiz ilk "altılığ"a düşməkdir. Bundan sonra isə avrokuboklara vəsiqə qazanmağa çalışacağıq".
- Nəyə görə məhz "Xəzər Lənkəran"ı seçdin?
- Ölkə xaricində futbol oynamağı düşünürdüm. Məndən öncə çox futbolçu Azərbaycanda oynamışdı. Doğrudur, Azərbaycan Premyer Liqasında oynayan futbolçunun sonradan Türkiyə Superliqasına qayıtması çox çətindir. Bununla belə, mən Azərbaycana gəlməyi üstün tutdum.
- Superliqaya qayıtmaq çətinləşir deyəndə bu, Azərbaycan Premyer Liqasının səviyyəsi ilə bağlıdır, yoxsa?
- Yox, səviyyə ilə əlaqəsi yoxdur. Belə deyim var, "gözdən kənar qalan könüldən də uzaq olur". Bu məsələ uyğun olaraq Azərbaycandan qayıdan sonra işimiz bir qədər çətinləşir. Üstəlik qarşıda əsgərlik problemim var. Bunu həll etmək üçün ən azı 3 il ölkə xaricində qalmalıyam. Bunları nəzərə alaraq Lənkəran təmsilçisinin təklifi mənə daha cəlbedici gəldi və sonda qərarımı verdim.
- Artıq qış fasiləsi başa çatır. İlk "altılıq" yolunda sizi 4 çətin oyun gözləyir. Rəqiblər haqda hansısa məlumatın varmı?
- Dörd oyundan 3-nü evdə keçirəcəyik. Üstəlik mənə "Xəzər Lənkəran" fanatlarının Azərbaycanda ən çılğın azarkeş olduğunu deyiblər. Bu da bizim üçün əlavə üstünlük olacaq. Əgər dörd oyundan üçündə qələbə qazansaq, ilk "altılığ"a vəsiqəni təmin edəcəyik.
- Ancaq səndən də çox şey asılı olacaq. Bunun üçün komandanın sənin vuracağın qollara ehtiyacı olacaq...
- İnşallah. Təbii ki, "Xəzər Lənkəran"a qollar vurmaq üçün gəlmişəm. Qol vurmaq üçün əlimdən gələni edəcəyəm. İnanıram ki, hər şey istədiyimiz kimi olacaq.
- Komandaya uyğunlaşmaq problem yaşamırsan ki?
- Yox, qətiyyən. Onsuz da, azəri qardaşlarımla yaxşı anlaşıram. Özüm istiqanlı biriyəm. Dərhal komandaya uyğunlaşıram. Heç bir problem yoxdur. Sağ olsunlar, komanda yoldaşlarım da mənə dəstək olurlar. Doğrudur, bəzən nəyisə anlamadığım zaman mənə gülürlər. Lakin olsun. Təki, problemimiz bu olsun.
Futbolda yeni cəza: "Qara kart" göstəriləcək
“İnkişaf edirik və daha yaxşı oynayacağıq” - Filipe Kandido
“Səfərdə oynamaq daha çətindir” - Azər Bağırov
Ozan Canın komandası heç-heçə etdi
Baş məşqçi futbolçularını niyə çətin vəziyyətə salır?
"Sumqayıt" - "Şamaxı" matçında heç-heçə, "Kəpəz"dən qələbə
Nuriyevin komandası 9 qollu qələbə qazandı
"Kəpəz" "Qəbələ"ni belə məğlub etdi - Video
Meydanda qəfil yerə yıxıldı, xərəkdə aparıldı
“Mançester Yunayted”dən azarkeşlərə qarşı sərt addım
"Sumqayıt" - "Şamaxı": Heyətlər
İnfantino qərarından dönmədi
Həm ilk qollarını vurdu, həm də Messinin rekordunu yenilədi
"Bir-birimizi tamamlayırıq"
Millinin heyətinə kimlər çağrıldı?
"Kəpəz" - "Qəbələ": Heyətlər
La Liqanın ən yaxşısı seçildi
İnfantino FIFA prezidentliyinə yenidən namizəd olacaq
“Sabah”ın rəqibi futbolçusunu icarəyə verdi
Çempionlar Liqasında həftənin rəmzi komandası
"Arsenal" gürcüstanlı futbolçu transfer etdi
Mbappe Messi və Ronaldodan danışdı
“Hall Siti”nin futbolçusu qəzaya düşdü, avtomobili aşdı
Atası nigeriyalı, anası azərbaycanlı olan futbolçu - Video
Caka "Çelsi"yə niyə "yox" deyib?
Milli karyerasını başa vurdu
Mahirin paltardəyişmə otağında çılğın qələbə sevinci - Video
VAR 26 turda 113 qərar dəyişdirib
Millinin rəhbərliyi Emreli ilə nələrdən danışdı? - Şəkil
Fransa İnfantinoya qarşı namizəd hazırlayır
“Fiorentina” sonuncu pillədən qurtuldu
“Şalke” mövsümdə ilk qələbəsini qazandı
MOİK - “Şimal” matçında heç-heçə - Video
Nəriman ehtiyatda qaldı, komandası “Beşiktaş”a uduzdu
Azərbaycan klublarının yay transferləri - Yenilənir
La Liqada ayın futbolçusu kim oldu?