“Qəbələ” klubunun vitse-prezidenti Fariz Nəcəfovun Qol.Az-ın Antalyaya ezam olunmuş müxbirinə müsahibəsi
- Təlim-məşq toplanışını çərçivəsində “Qəbələ”nin əsas komandasının “Volın”la və əvəzedicilərin “Dinamo” ilə oyunlarını canlı izlədiniz. Bu iki komandanız necə təsir bağışladı?
- Komandanın Mingəçevirdəki toplanışını da izləmişdim. Orada daha çox fiziki məşqlər keçirilirdi. “Volın”la oyuna baxsam da, bir oyunla komanda haqda qəti söz demək olmaz. Burada əsas məqsəd baxışda olan futbolçuları yoxlamaq idi. Ümumilikdə, futbolçular pis təsir bağışlamadılar. Əvəzedicilər də yaxşı çıxış etdi. Oyunları xoşuma gəldi.
- Baxışda olan futbolçulardan qeyri-adi oyunu ilə yadda qalan oldumu?
- Bu baxımdan Kristian Pulhakın adını çəkə bilərəm. Bildiyiniz kimi, o artıq bizim futbolçudur. Onunla İstanbuldan qayıtdıqdan sonra müqavilə bağlanılacaq. Lakin Emeqara da pis təsir bağışlamadı.
- Qeyd etdiz ki, Mingəçevirdəki toplanışı da izləmisiz. Orada sloveniyalı Luka Jinko da komanda ilə birgə idi. Bu oyunçu haqda nə deyərdiniz?
- Açığı, Emeqara ağıllı futbol oynayır, artıq hərəkətlərə yol vermir. Ancaq Ramiz müəllimlə danışanda, mənə daha çox mübariz futbolçu istədiyini bildirmişdi. Yəqin ki, baş məşqçimizlə danışarkən bu gün, ya da sabaha baxışda olanlar haqda bir qərar veriləcək. Komandanı çalışdırıcı formalaşdırır. Əgər o, hücum futbolu oynatmaq istəyirsə, yaradıcı, müdafiə futbolu oynatmaq istəyirsə, dağıdıcı futbolçu almalıdır. Jinko isə dağıdıcı futbolçudur. İndi Ramiz müəllimin bu futbolçu ilə bağlı fikrini öyrənmək qalır.
- Fevralda qış fasiləsi başa çatır. Çempionatın həlledici mərhələsinə qədər komandanı 4 çətin oyun gözləyir...
- Nə məqsəd qoyulubsa, onun arxasınca da gedirik. Bu 4 turda biz qarşılaşacağımız rəqiblərdən heyətimizə görə geri qalmırıq.
- Təqvimə nəzər saldıqda işiniz daha çətin görünür. Məsələn, “Bakı”nın rəqibləri sizdən daha asandır. “Qəbələ” isə 4 tur ərzində daha çox ilk “altılığ”a namizədlərlə qarşılaşacaq...
- Xal fərqinə baxdıqda, “Bakı” bizdən 8 xal geridədir. Yəni, 4 oyunda qalib gəlsələr belə, inanmıram ki, bizə çatsınlar. Çünki biz də yerimizdə saymayacağıq. Yenə qeyd etdiyim kimi qarşılaşacağımız ilk “altılıq” komandalarından heç nədə geri qalmırıq. Üstəlik, “Qarabağ”ı öz meydanımızda udmuşuq. AZAL ilə bərabərə qalmışıq. Yəni, şanslarımız yüksəkdir. İnşallah, yaxşı olar.
- İlk “altılığ”a vəsiqə qazansanız, komandanın hədəfi nə olacaq?
- Sözsüz ki, məqsəd avrokuboklara vəsiqə qazanmaqdır. Ancaq çempion olmağın nəyi pisdir ki? Möhür kimi Ramiz müəllimin üzərinə çempionluq qoyulub. Ancaq çempion ola bilməyib, ilk “üçlüy”ə düşə bilsək də, yolumuza davam edəcəyik.
- Ancaq avrokuboklara düşsəniz, komandanın Qəbələdə oynaya biləcəyi stadionu yoxdur...
- Bu, bizdən asılı olmayan səbəbdir. Bu istiqamətdə Qəbələdə dayanmadan iş gedir. Çünki stadionsuz klub ciddi qəbul olunmur. Uzağı, 2015-ci ilə kimi əsas stadionumuz hazır olacaq. Sözsüz ki, digər klublarda olduğu kimi, hazırda lisenziyalaşdırma zamanı Tofiq Bəhramov adına stadion ev arenamız kimi göstərilib. Yəni avrokuboklara düşsək, rəsmi olaraq bu stationda oynaya biləcəyimiz həllini tapıb.
- “Qəbələ” avrokuboklara düşsə, yayda sizdən “transfer bomba”sı gözləmək olarmı?
- Yox. Belə bir niyyətimiz yoxdur. Sözsüz ki, “bomba” yaxşı şeydir. Ancaq hansısa güclü futbolçunu alıb komandada balansı pozmaq olmaz. Futbolçular maliyyə dəyərinə, aldığı pula görə bir-birindən çox fərqlənməməlidirlər. Əks halda, düşərgədə narazılıqlar olur. Məsələn, Mendi, Kamanan və Dodo kimi futbolçulara uyğun komandada balans yaratmaq üçün bizdə müdafiəçi, dayaq yarımmüdafiəçisi də olmalıdır. Tərəfdarıyam ki, belə səviyyəli futbolçular gəlsin. Belə olmasa, futbolumuzun səviyyəsi qalxmaz. Bu il “Neftçi” avrokuboklara düşdü. Bunun davamını gətirməliyik. Pulu düşünüb bura gələn “transfer bomba”ları bizə lazım deyil.
- Neçə ildən sonra Akademiyadan olan futbolçularınızdan “ulduz”lar çıxa bilər?
- 15-16 yaşlı futbolçularımızın 80 faizinə “ulduz” gözü ilə baxıram. Onların səviyyəsi Azərbaycan futbolu səviyyəsindən üstündür. 3-4 ilə həmin oyunçuları görəcəksiz.
Uğursuz mövsüm "Nyukasl"a baha başa gələ bilər
Bu stadion Mirça Luçeskunun adını daşıyacaq
İspaniya çempionatı matçlarının yeri dəyişdirilir?
Millinin yeni baş məşqçisi bəlli oldu
DÇ-2026 matçlarını rekord sayda hakim idarə edəcək
Salah "Qalatasaray"a keçir?
“Bu matçın xeyrini gələcəkdə görəcəyik”
"Qızıl top" namizədləri: Keyn, Mbappe...
Azərbaycan millisi Gürcüstana uduzdu
ÇL-də həftənin rəmzi komandasında kimlər var?
Lider "Şəfanın" qələbəsindən - Video
"Yuventus" Spalletti ilə bağlı qərar verdi
ÇL-də həftənin ən yaxşı oyunçusu bilindi
Azərbaycan millisinin məşqçisi Norveç klubunun düşərgəsində
"Çelsi" baş məşqçini göndərə bilər
"Barselona" Avropada liderdir
1-ci liqada 2 turun oyun cədvəli açıqlandı
"Milan" Qoretzkaya müqavilə təklif etdi
Tahir Gözel "Azərsun Holdinq"in yeni rəhbəri oldu
Tərlan Quliyev mükafatlandırıldı
İki komandaya texniki məğlubiyyət verildi
“Karvan-Yevlax” - “Kəpəz” oyununun hakimləri açıqlandı
Andrey Demçenko cəzalandırıldı
AFFA-dan klublara cəza və cərimələr
1 açıqlama, 15 min manat cərimə - Video
Luis Enrike: "PSJ-ni "Enfild"də əzab-əziyyət gözləyir"
Arne Slotdan etiraf
Avrokubokların oyunları bu kanallarda
Arda Turandan "AZ Alkmaar" oyunu öncəsi - Açıqlama
20 il sonra “Kamp Nou”da
Rəşad Abdullayev: “Türkiyə futbolundan çox şey öyrənməliyik”
ÇL-də həftənin ən yaxşısı adına namizədlər
Oyun bitən kimi paltardəyişmə otağına qaçdı - Video
Konfrans Liqasında 1/4 final başlayır
"Qalatasaray"ın qələbəsi - Video
Avroliqada 1/4 finalın ilk oyunlarına yekun vurulur
UEFA yarışlarında Luçeskunun xatirəsinə ehtiram - Şəkillər
PSJ "Liverpul"a, "Atletiko" "Barselona"ya qalib gəldi
Avropa Liqasında 1/4 finala start verildi
Dünyanın ən yaxşı "tək klublu" futbolçuları kimlərdir?
“Barselona” bir matça görə 10 milyon qazana bilər
Klub futbolçusuna görə yığmanı FİFA-ya şikayət etdi
Çempionşip klubunun apellyasiya şikayəti rədd edildi
"Yuventus" "Liverpul"un qapıçısına göz dikdi
“Cəbrayıl”ın 3 qollu qələbəsindən - Video