Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev Qol.Az saytının Antalyaya ezam olunmuş xüsusi müxbirinə müsahibə verib
-Artıq dördüncü ildir ki, Azərbaycan hakimləri Antalyada təlim məşq toplanışında iştirak edir. Bu toplanış çərçivəsində özümüz də müşahidə etdik ki, hazırlıq zamanı onlar onların çempionatda buraxdığı səhvlər də müzakirə olunur. Ondan başlayaq ki, bu toplanış çərçivəsində hakimlərin ciddi səhvləri üzə çıxıbmı?
- Siz sualı doğru ünvana göndərmədiniz. Amma cavab verə bilərəm.
- Hər halda siz Hakimlər Komitəsinin sədri ilə daim müzakirə aparırsınız.
- Sözsüz. Bilirsiniz ki, ölkəmizdə son zamanlar futbola və ümumiyyətlə idmana böyük diqqət var. AFFA rəhbərliyi Azərbaycan futbolunun inkişafı üçün əlindən gələni edir. Hakimliyin inkişafı üçün çempionatda yaranan fasilələlər zamanı AFFA hakimləri ölkədən kənara göndərr. Hazırlıq zamanı çempionat vaxtı hakimlərin etdiyi səhvlər də müzakirə olunur. Elə səhvlər olur ki, hakimlər qərarların doğru olduğunu deyir. Amma onlara videoyazı göstərilir, dəlillərlə sübut olunur ki, hansı epizod düzdür, hansı səhvdir. Siz də mənimlə razılaşarsınız ki, son dövrlər hakimlərimizin səviyyəsi qalxıb. Sözsüz ki, səhvsiz çempionat və hakim yoxdur. Heç bir zaman da olmayıb. Sadəcə söhbət qərəzdən gedir. Çalışmaq lazımdır ki, hakimlər daha çox savadlansınlar və səhvlərə yol verməsinlər.
- Bu mövsüm oyunların nəticəsinə təsir edən hakim səhvləri olub?
- Olub və həmin hakim cəzalanıb.
- Hansı oyunda olub?
- Onu açıqlamağa ehtiyac yoxdur.
- Bizdə olan məlumata görə, “Qarabağ”ın iştirakı ilə keçən iki oyunda nəticəyə təsir edən ciddi səhv aşkarlanıb, Ağdam klubu hakim söhvlərinə görə xallar itirib.
- Təkcə “Qarabağ”ın yox, başqa komandaların oyunların da səhvlər üzə çıxıb.
- Heç olmasa, hakimlərin adlarını çəkə bilərsiniz?
- Buna ehtiyac yoxdur.
- Əksər federasiyalarda Hakimlər Komitəsi ilə Hakim-İnspektorlar Komitəsi birgə faəliyyət göstərir, bizdə isə ayrı. Onların axır ki, birləşməsinin vaxtının çatması fikri ilə razısınız?
- Bu haqda AFFA rəhbərliyi məlumatlandırılacaq. Şübhəsiz ki, həmin komitələr birdəşməlidir.
- Hakimlərin qərarların ləğv olunması tez-tez etiraza səbəb olur. Sizin PFL-in prezidenti kimi buna münasibətiniz necədir?
- Bəzən hakim özü etiraf edir ki, səhvə yol verib. Mənə elə gəlir ki, hakimin vərəqəsi o halda ləğv oluna bilər ki, hakim səhvən başqa futbolçuya vərəqə göstərib.
- AFFA Apelyasiya Komitəsinin çıxardığı qərarlar müəyyən komandalarda belə rəy yaradır ki, onlara qarşı qərəz var. Məsələn “Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev deyir ki, Azərbaycan xalqını təhqir edən “Simurq”un qapıçısına verilən dörd oyunluq cəza ikiyə endirilir, amma heç bir səbəb olmadan mənim oyunçum Mitreviskiyə sarı vərəqə verilir və ləğv olunmur. Siz bununla bağlı nə düşünürsünüz?
- Mən bayaq da dedim, gəlin, sualı lazımi ünvana çatdıraq.
- Antalyada olduğunuz müddətdə siz neçə oyuna baxmısınız?
- Elə oyunlarda oldum ki, heç klub rəhbərlərinin bundan xəbəri olmadı.
- Komandaların oyununda dəyişiklik gördünüz?
- Elə bir dəyişiklik hiss etmədim. Qarşıda gərgin oyunlar gözlənilir. Ona görə də komandalar ciddi şəkildə çalışırlar. Xüsusən də bu qış hələ yaddaqalan transferə rast gəlməmişəm.
- Transferdən söhbət düşmüşkən, sizə elə gəlmirmi ki, bu gün əksər klubları hansı futbolçunu almaq və satmaq maraqlandırır? Tez-tez baş məşqçiləri qovurlar. Bu hadisələr Azərbaycan futbolunu hara aparır?
- Mənim bu yaxınlarda çıxışım oldu. Həmin çıxışımda bildirdim ki, bəzən bəzi klublarımız öz işlərinə qeyri-peşəkar yanaşır. Özlərinə bəraət qazandırmaq üçün etdiyi səhvləri PFL-in üstünə atırlar. Amma elə deyil. Mən əvvəl klubda işləmişəm . Klubların işini yetərincə bilirəm. Bəzi klublarımız altılıq sisteminin düzgün olmadığını deyir. Bəziləri isə deyir, düzgündür, amma hansı səviyyədə futbolçu almağı qətiləşdirmək üçün qış fasiləsinə qədər altılıq müəyyənləşməlidir.
Mənə elə gəlir ki, artıq dekabr ayına qədər klublarımız bilməlidilər ki, hansı futbolçunu alacaqlar. Səviyyəli futbolçu alanda onu yoxlamağa da ehtiyac olmur. Ancaq mən hələ ki, klublarımızda ciddi transferə rast gəlmədim.
Səbəbini bilmirəm. Ancaq bu, məni narahat edir. Klublarımızda belə bir xəstəlik var. Gözləyirlər, hansı klub nə edirsə, o biri onu təkrarlayır. Heç biri fikirləşmir ki, yeni bir şey edim.
- O fikirlər razısınız ki, bu vəziyyətin yaranmasının bir səbəbi də klubların ətrafında həddən artıq menecerin olmasıdır?
- Mən sizinlə razı deyiləm. Çünki Azərbaycanda cəmi üç peşəkar, öz işini bilən futbol agenti var. Üç nəfər menecer Azərbaycan futboluna nə edə biləcək? Əfsuslar olsun ki, bizim menecerlər peşəkar iş gömürlər. “Kiminsə xətrinə dəymiyim”, “kimsə mənə yaxşı oğlan desin”… Belə şeyləri fikirləşib iş görürlər.
- Oğlunuz Elvin Musazadənin “Qarabağ”a gəlişi son günlər müzakirə mövzusuna çevrilib. Bu transferə bir ata və PFL rəhbəri kimi münasibətiniz necədir?
- PFL prezidenti kimi istəsəydim, “Neftçi”dən xahiş edərdim. Çünki Elvin uşaqlıqdan “Neftçi”də futbol oynayıb. Oğlumla mənim aramda onun transferi ilə bağlı söhbət olmayıb. Mən onun futbolçu olmasına etiraz etmişəm. Uşaqlıqdan onda başqa istedadlar görürdüm. Ancaq o futbola olan istəyini bildirdi. Bir ata kimi isə deyə bilərəm ki, əgər bu gün o, “Rəvan”dan ayrılıbsa, istənilən kluba keçməyə haqqı var. Mən onun ətrafında yaranan söhbətlərə məhəl qoymuram. Yəqin ki, onun problemlə üzləşməsi mənə görədir. Mən həmişə düzgünlüyün tərəfdarı olmuşam. Heç vaxt vəzifəmdən istifadə etməmişəm və edə də bilmərəm. Çünki bu, mənim xarakterimə uyğun deyil. Elvinin “Qarabağ”a keçməsini onun müqavilə bağlandığı gün bilmişəm. Birinci mətbuatdan eşitdim ki, Elvin Musazadə “Qarabağ”la müqavilə bağlayıb. Mən oğlumun futbol həyatına qarışmıram.
- Sizin statusunuz, PFL prezidenti olduğunuza görə yaranan söhbətlər oğlunuzun oyununa təsir göstərə bilər?
- İnanmıram. Çünki o, elə söhbətlərə fikir verən uşaq deyil.
- Yəqin ki, ata-bala oturub bu haqda söhbət etmisiniz.
-O mənim övladımdır. Xarakterini bilirəm. Oyuna çıxmağa beş dəqiqə qalmış nə desələr də, ona təsir edə bilməz.
- Yeri gəlmişkən, Elvinin “Qarabağ”dakı ilk oyunu sizə necə təsir bağışladı?
- Normal. Qeyri- adi bir şey görmədim. Qurban müəllim sağ olsun, gətirdi “Qarabağ”a. “Rəvan”da ona şans verilmirdi. Mən Elvinin “Qarabağ”a keçməsinə həm də ona görə heç nə demədim ki, Qurban Qurbanov Azərbaycanda gənclərə yetərincə qiymət verir.
- Oyun zamanı sizdən soruşmuşduq ki, Elvinin “Qarabağ”dakı ilk oyuna qol vurmağına sevinirsiniz? Dediniz ki, yox, çempionatda vuranda sevinəcəm.
- Həmin oyunda Elvindən bir neçə dəqiqə əvvəl gənc bir oyunçu qol vurmuşdu (Toğrul Bilallı nəzərdə tutulur – red.). Səmimi deyirəm, mən onlar arasında fərq qoymadım. Çünki o oyunçu Elvindən kiçikdir. Mən onu Azərbaycan futbolunun gələcəyi görürəm.
- Siz oğlunuzun “Qarabağ”a geçməsinə görə nə vaxt sevinəcəksiniz?
- Millidə oynayanda.
- Onu millidə görürsünüz?
- Özünü göstərərsə, yəqin ki, düşəcək. Bu onun özündən asılıdır. Azərbaycanda tapşırmaqla milliyə heç kim düşmür.
- Amma suala cavab vermədiniz: oğlunuzu millidə görürsünüz?
- Hələ yox.
- “Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev iddia edir ki, milliyə futbolçular Berti Foqts çağırmır, ona hazır siyahı gəlir.
- Bu fikirlə razı deyiləm.
Uğursuz mövsüm "Nyukasl"a baha başa gələ bilər
Bu stadion Mirça Luçeskunun adını daşıyacaq
İspaniya çempionatı matçlarının yeri dəyişdirilir?
Millinin yeni baş məşqçisi bəlli oldu
DÇ-2026 matçlarını rekord sayda hakim idarə edəcək
Salah "Qalatasaray"a keçir?
“Bu matçın xeyrini gələcəkdə görəcəyik”
"Qızıl top" namizədləri: Keyn, Mbappe...
Azərbaycan millisi Gürcüstana uduzdu
ÇL-də həftənin rəmzi komandasında kimlər var?
Lider "Şəfanın" qələbəsindən - Video
"Yuventus" Spalletti ilə bağlı qərar verdi
ÇL-də həftənin ən yaxşı oyunçusu bilindi
Azərbaycan millisinin məşqçisi Norveç klubunun düşərgəsində
"Çelsi" baş məşqçini göndərə bilər
"Barselona" Avropada liderdir
1-ci liqada 2 turun oyun cədvəli açıqlandı
"Milan" Qoretzkaya müqavilə təklif etdi
Tahir Gözel "Azərsun Holdinq"in yeni rəhbəri oldu
Tərlan Quliyev mükafatlandırıldı
İki komandaya texniki məğlubiyyət verildi
“Karvan-Yevlax” - “Kəpəz” oyununun hakimləri açıqlandı
Andrey Demçenko cəzalandırıldı
AFFA-dan klublara cəza və cərimələr
1 açıqlama, 15 min manat cərimə - Video
Luis Enrike: "PSJ-ni "Enfild"də əzab-əziyyət gözləyir"
Arne Slotdan etiraf
Avrokubokların oyunları bu kanallarda
Arda Turandan "AZ Alkmaar" oyunu öncəsi - Açıqlama
20 il sonra “Kamp Nou”da
Rəşad Abdullayev: “Türkiyə futbolundan çox şey öyrənməliyik”
ÇL-də həftənin ən yaxşısı adına namizədlər
Oyun bitən kimi paltardəyişmə otağına qaçdı - Video
Konfrans Liqasında 1/4 final başlayır
"Qalatasaray"ın qələbəsi - Video
Avroliqada 1/4 finalın ilk oyunlarına yekun vurulur
UEFA yarışlarında Luçeskunun xatirəsinə ehtiram - Şəkillər
PSJ "Liverpul"a, "Atletiko" "Barselona"ya qalib gəldi
Avropa Liqasında 1/4 finala start verildi
Dünyanın ən yaxşı "tək klublu" futbolçuları kimlərdir?
“Barselona” bir matça görə 10 milyon qazana bilər
Klub futbolçusuna görə yığmanı FİFA-ya şikayət etdi
Çempionşip klubunun apellyasiya şikayəti rədd edildi
"Yuventus" "Liverpul"un qapıçısına göz dikdi
“Cəbrayıl”ın 3 qollu qələbəsindən - Video