“Qarabağ”ın albaniyalı müdafiəçisi Ansi Aqollinin Qol.Az saytının Türkiyəyə ezam olunmuş xüsusi müxbirinə müsahibəsi
- 2012-ci ilin son bir neçə oyununu almacıq sümüyündən əməliyyat olunduğundan üzünə maska taxaraq keçirdin. Amma deyəsən, indi bu problemin aradan qalxıb.
- Doğrudur. Hazırda oyunlara maskasız çıxıram.
- Qış fasiləsindən sonra hazırkı durumun səni razı salır?
- Qane edir. Antalyada güclü hazırlıq prosesi keçirik. Məqsədimiz çempionatın oyunlarına güclü hazırlaşmaq və yüksək yerlər tutmaqdır.
- “Qarabağ” nə vaxt çempion olacaq?
- Mən üç ildən çoxdur Azərbaycanda oynayıram. Amma hələ ki, çempionluğu qazanmamışam. Əlimdə olsaydı, “Qarabağ”ın bu dəqiqə çempion edərdim. Azərbaycan Premyer Liqası çox ağır keçir. Hər oyuna final matçı kimi çıxırıq.
- Ötən il çempionatın bombardiri Bahadır Nəsimov haqda danışarkən onu güclü hücumçu saymadığını demişdin. Bəs, “Neftçi”nin digər hücumçusu olan Nikolas Kanales haqda fikrin necədir?
- Bahadırla bağlı fikrimi media çox şişirtdi. “Neftçi” yaxşı komandadır, orada zəif futbolçular çıxış edə bilməz. Kanales səviyyəli hücumçu olsa da, “Qarabağ”a qarşı oynaya bilmir.
- “Qarabağ”ın güclü müdafiə xəttinə görə?
- Söhbət ümumilikdə komandamızın oyunundan gedir. Biz “Neftçi” ilə bu mövsüm keçirdiyimiz hər iki oyunda qalib gəlmişik. Kanalesə isə oynamağa imkan verməmişik. Baş məşqçimizin doğru taktikası sayəsində “Neftçi”nin qarşısını almışıq. Amma bu o demək deyil ki, “Neftçi” pis komandadır. Əksinə ən yaxşı komandalardan biridir.
- “Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev isə deyir ki, sizinlə təkqapı oynayıblar. O, “Qarabağ”ı özlərinə rəqib bilmir.
- Son matçımızda onlara qalib gəldik. Müdafiədə ona görə oynadıq ki, üç gün əvvəl “Kəpəz”lə qarşılaşmışdıq, yorğun idik. “Neftçi” isə istirahət etmişdi. Futbol topla oynanır. Ola bilər ki, bütün doxsan dəqiqə topa nəzarət edəsən, amma uduzasan. “Neftçi”nin Azərbaycanda rəqibi olmaması haqda fikrə gəlincə, buna şərh verməyəcəyəm.
- Zaman-zaman sənin “Qarabağ”dan başqa komandaya keçəcəyin haqda xəbərlər yayılırdı. Ağdam klubunu tərk etmək fikrinə düşmüsənmi?
- Mənim bu klubla hələ iyun ayına qədər müqaviləm var. Mən albaniyalı olsam da, “Qarabağ”ı öz evim kimi bilirəm. “Qarabağ”ı tərk etmək öz evini tərk etmək kimi olardı. Mən istəyirəm, “Qarabağ”da daha uzun müddətə qalım. Amma mənimlə müqavilənin uzadılıb-uzadılmaması baş məşqçi və klub rəhbərliyinin qərarından asılıdır.
Futbolda yeni cəza: "Qara kart" göstəriləcək
“İnkişaf edirik və daha yaxşı oynayacağıq” - Filipe Kandido
“Səfərdə oynamaq daha çətindir” - Azər Bağırov
Ozan Canın komandası heç-heçə etdi
Baş məşqçi futbolçularını niyə çətin vəziyyətə salır?
"Sumqayıt" - "Şamaxı" matçında heç-heçə, "Kəpəz"dən qələbə
Nuriyevin komandası 9 qollu qələbə qazandı
"Kəpəz" "Qəbələ"ni belə məğlub etdi - Video
Meydanda qəfil yerə yıxıldı, xərəkdə aparıldı
“Mançester Yunayted”dən azarkeşlərə qarşı sərt addım
"Sumqayıt" - "Şamaxı": Heyətlər
İnfantino qərarından dönmədi
Həm ilk qollarını vurdu, həm də Messinin rekordunu yenilədi
"Bir-birimizi tamamlayırıq"
Millinin heyətinə kimlər çağrıldı?
"Kəpəz" - "Qəbələ": Heyətlər
La Liqanın ən yaxşısı seçildi
İnfantino FIFA prezidentliyinə yenidən namizəd olacaq
“Sabah”ın rəqibi futbolçusunu icarəyə verdi
Çempionlar Liqasında həftənin rəmzi komandası
"Arsenal" gürcüstanlı futbolçu transfer etdi
Mbappe Messi və Ronaldodan danışdı
“Hall Siti”nin futbolçusu qəzaya düşdü, avtomobili aşdı
Atası nigeriyalı, anası azərbaycanlı olan futbolçu - Video
Caka "Çelsi"yə niyə "yox" deyib?
Milli karyerasını başa vurdu
Mahirin paltardəyişmə otağında çılğın qələbə sevinci - Video
VAR 26 turda 113 qərar dəyişdirib
Millinin rəhbərliyi Emreli ilə nələrdən danışdı? - Şəkil
Fransa İnfantinoya qarşı namizəd hazırlayır
“Fiorentina” sonuncu pillədən qurtuldu