“Bakı” klubunun yarımmüdafiəçisi Aleksandar Şoliçin Qol.Az saytının Antalyaya ezam olunmuş xüsusi müxbirinə müsahibəsi
- Sizə verilən istirahətdən sonra özünü necə hiss edirsən?
- Çox əla. Burada məşqlərimiz cox güclü keçir. Bütün komanda təlim-məşq toplanışında ciddi çalışır. Ona görə də bu cür hazırlıq prosesində olmağa məmnunam.
- Dünən Bolqarıstanın “Etır” komandasıyla keçirdiyiniz yoxlama oyunu (1:1) haqda fikirlərin necədir?
- Məqsədimiz qələbə qazanmaq deyildi. Baş məşqçimiz baxışdakı futbolçular da daxil olmaqla, bütün oyunçuları yoxlayırdı. Nəzərə alaq ki, 2013-cü ildə ilk matçımız idi, oyunumuz yaxşı alındı, qok da vurduq.
- “Bakı”nın turnir cədvəlində mövqeyi sizin üçün ürəkaçan sayıla bilməz. Bu mənada, komandanızın ilk “altılığ”a düşmək şansını necə dəyərləndirirsən?
- Mən həmişə komandama inanmışam. “Bakı”nı hesabdan silmək hələ tezdir. Bizim vəziyyətimiz elədir ki, istəyimizə çatmaq üçün heç bir oyunda xal itirməyib yalnız qələbə qazanmalıyıq. Ona görə də əlimizdən gələni edəcəyik ki, “Bakı” birinci “altılığ”a düşsün. Əks halda, bu, komandamız üçün utancverici bir fakt olar.
- Komandanıza tranferi gözlənilən Kamran Ağayev və Rauf Əliyevdən nə gözləyirsən?
- İnanıram ki, onlar çox tezliklə komandamıza uyğunlaşacaq. Hər ikisi çox güclü oyunçudur, bizə kömək edəcəklərini düşünürəm.
- Qış fasiləsində sənə təkliflər gəlibmi?
- Mənə hər zaman təkliflər olub. İndinin özündə də dəvətlər var. Amma mən “Bakı”dan getmək istəmirəm. Bu klubun prezidenti mənə həmişə yaxşı olub. Mən “Bakı”nı qoyub başqa bir komandaya keçə bilmərəm. Burada özümü evimdəki kimi hiss edirəm. Karyeramı da məhz “Bakı”da başa vurmaq istəyirəm.
- Azərbaycandakı legionerlərin böyük əksəriyyətinin futboldan daha çox pulu düşünmələri haqda fikirlərə münasibətin necədir?
- Bəli, bu fikirlərdə müəyyən həqiqət var. Legionerlər pul qazanmalıdır. Bu təbiidir. Amma birinci növbədə yaxşı futbol oynamaq lazımdır. Şəxsən mən “Bakı”da pula görə oynamıram. Futbolçu komandasını hər zaman özünə arxa bilməlidir. “Bakı” mənim üçün məhz belə klubdur. Ona görə də “Bakı”nı pula görə tərk etmərəm.
Futbolda yeni cəza: "Qara kart" göstəriləcək
“İnkişaf edirik və daha yaxşı oynayacağıq” - Filipe Kandido
“Səfərdə oynamaq daha çətindir” - Azər Bağırov
Ozan Canın komandası heç-heçə etdi
Baş məşqçi futbolçularını niyə çətin vəziyyətə salır?
"Sumqayıt" - "Şamaxı" matçında heç-heçə, "Kəpəz"dən qələbə
Nuriyevin komandası 9 qollu qələbə qazandı
"Kəpəz" "Qəbələ"ni belə məğlub etdi - Video
Meydanda qəfil yerə yıxıldı, xərəkdə aparıldı
“Mançester Yunayted”dən azarkeşlərə qarşı sərt addım
"Sumqayıt" - "Şamaxı": Heyətlər
İnfantino qərarından dönmədi
Həm ilk qollarını vurdu, həm də Messinin rekordunu yenilədi
"Bir-birimizi tamamlayırıq"
Millinin heyətinə kimlər çağrıldı?
"Kəpəz" - "Qəbələ": Heyətlər
La Liqanın ən yaxşısı seçildi
İnfantino FIFA prezidentliyinə yenidən namizəd olacaq
“Sabah”ın rəqibi futbolçusunu icarəyə verdi
Çempionlar Liqasında həftənin rəmzi komandası
"Arsenal" gürcüstanlı futbolçu transfer etdi
Mbappe Messi və Ronaldodan danışdı
“Hall Siti”nin futbolçusu qəzaya düşdü, avtomobili aşdı
Atası nigeriyalı, anası azərbaycanlı olan futbolçu - Video
Caka "Çelsi"yə niyə "yox" deyib?
Milli karyerasını başa vurdu
Mahirin paltardəyişmə otağında çılğın qələbə sevinci - Video
VAR 26 turda 113 qərar dəyişdirib
Millinin rəhbərliyi Emreli ilə nələrdən danışdı? - Şəkil
Fransa İnfantinoya qarşı namizəd hazırlayır
“Fiorentina” sonuncu pillədən qurtuldu