Hazırda baş məşqçisi olduğu “Neftçi” klubu ilə Antalyada hazırlıq prosesində olan Böyükağa Hacıyev Qol.Az saytının bu vilayətə ezam olunmuş xüsusi müxbirinə müsahibə verib. Müsahibədə B.Hacıyev komandasının təlim-məşq toplanışı haqda danışıb, milli komandanın baş məşqçisinin qərarlarına etirazını bildirib, bəzi klubların ünvanına atmacalar atıb, eləcə də bir daha təkrar edib ki, Azərbaycanda “Neftçi”yə rəqib olan ikinci bir komanda yoxdur.
“BİR GÜNDƏ ÜÇ DƏFƏ MƏŞQ EDƏCƏYİK”
- Əvvəlcə ondan başlayaq ki, istirahətdən sonra futbolçularınızın durumu nə yerdədir?
- Yanvarın 2-dən Bakıda yerli futbolçularımız, 11-dən isə bütün komanda Antalyada məşqə başlayıb. Hər şey yüksək səviyyədədir. Futbolçuların hazırlığından razıyam. Gündə iki dəfə məşq edirik. İki gündən sonra isə həftədə dörd dəfə hər gün üç məşq edəcəyik.
- Oyun olan günləri də? Məsələn, yanvarın 19-da “Rotor”la görüşdən əvvəl məşq edəcəksiniz?
- Bəli, oyun günü iki məşq olacaq. Belə bir söz var: oyunları yorğunluq fonunda keçirmək. Onda futbolçunun hazırlığı daha aşkar görsənir.
- Sizin futbolçular bu fiziki yüklənməyə tab gətirə biləcək?
- Artıq bir çox futbolçumuz bu hazırlığı mənim rəhbərliyim altımda Avroliqada keçib. Unutmayın ki, bu hazırlıq dövrüdür. Futbolçular çempionatın oyunlarına qədər hazır olmalıdılar.
- Bəs qorxmursunuz ki, çox fiziki yüklənmə zədələrə gətirib çıxara bilər?
- Qətiyyən. Əgər bu məşqlər hamısı düzdürsə, məqsədyönlü, elmi şəkildə aparılırsa, heç bir zədədən söhbət gedə bilməz.
- Gələk transfer məsələsinə. Siz dəfələrdə demişdiniz ki, dekabrın 25-dən sonra komandadan gedənlər olacaq. Bu gün yanvarın 16-dır, Saşa Yunisoğludan başqa isə gedən yoxdur.
- Bu gün-sabah iki yüksək səviyyəli futbolçu “Neftçi”yə gəlməlidir. Oturub müzakirə apardıq və belə qərara gəldik ki, hansısa futbolçunu ehtiyatda saxlamaq düzdün deyil. O oyunçuları gətiririk ki, onlara ehtiyac var. Yeni transfer edəcəyimiz futbolçular Avropada oynayırlar, biri Çilidəndir.
- Mövqeləri nədir?
- Biri dayaq yarımmüdafiəçisidir.
- Bu o deməkdir ki, siz Flavinyoya əvəzləyici gətirirsiniz?
- Mən komandamda rəqabəti artırıram.
“MƏN HEÇ VAXT ƏFV ETMİRƏM”
- Bertuççi ilə İngiltərə klublarının maraqlanması haqda xəbərlər yayılıb.
- Bunu sizdən eşidirəm. Həm də komandadakı transfer söhbətlərinə qarışmıram. Kim hara gedir, kim hardan gəlir, mənim üçün maraqlı deyil. Mən klubumdan sadəcə futbolçu istəyirəm.
- Bayaqkı suala cavab vermədiniz. Saşa Yunisoğludan başqa “Neftçi”dən gedənlər olacaq?
- Cavid İmamverdiyev buna daha yaxındır. Bilirsiniz ki, o, bir sıra klubların maraq dairəsindədir.
- Siz demişdiniz ki, bəzi futbolçularla yolları ayıracağıq. Amma baş vermədi. Narazı qaldığınız futbolçuları bağışlamısınız?
- Mən heç vaxt əfv etmirəm. Oyunlarda özlərini doğrultmayan futbolçular komandadan göndəriləcək.
- Qış fasiləsindəki oyunları nəzərdə tutursunuz?
- Bəli.
- Qapıçınız Saşa Stamenkoviçin oyunundan dəfələrlə narazılıq etmisiniz. Yeni qapıçı gətirəcəksiniz?
- Yaxın günlərdə bu məsələyə aydınlıq gələcək.
- Kamran Ağayevi transfer edəcəksiniz?
- Mən deyə bilmərəm. Sadəcə, klubumdan qapıçı istəmişəm.
- Yerli qapıçı, yoxsa əcnəbi?
- Yerli.
- İlk öncə ağla Kamran Ağayev gəlir. Amma onun “Bakı” ilə anlaşdığı deyilir.
- Kamran hələ heç kimlə müqavilə imzalamayıb.
“AFFA-da İKİ NƏFƏR “NEFTÇİ”NİN ƏLEYHİNƏ İŞLƏYİR”
- Yanvarın 29-da milli komandanın növbəti təlim-məşq toplanışı başlayır. Bu hazırlıq sizin planlarınıza nə dərəcədə təsir edəcək?
- Bu gün Foqtsun gördüşü işlər düzgün deyil. Hazırlığın qızmar çağında o, futbolçuları özü ilə aparır və 6-7-si geri qaytarır. Fevralın 9-da isə çempionatın oyunları başlayır. Sizi elə gəlmirmi ki, bu, açıq-aşkar qərəzdir?
- “Neftçi”yə qarşı?
- “Neftçi” də daxil olmaqla bütün klublara qarşı. Foqts istəyir ki, bütün Azərbaycan məşqçilərini susdursun. Qarşıdakı hazırlığa Mahir Şükürov, Rəşad Sadiqov və Emil Babayev milliyə çağırılıb. Cəmi üç futbolçu. Mən təlim-məşq toplanışını bir kənara qoyuram. Ümumiyyətlə, “Neftçi”dən milli komandaya az futbolçu dəvət olunur.
- O fikirlə razısınız ki, Foqts “Neftçi”yə qarşı qısqanclıqla yanaşır?
- Təkcə Foqts deyil. Orda, AFFA-da iki nəfər başqa adam da var ki, “Neftçi”nin əleyhinə işləyir. “Neftçi”nin bugünkü uğurları bir sıra insanı sevindirmir.
- “AFFA-dakı iki adam” deyəndə kimi nəzərdə tutursunuz: qurumun rəhbərliyini, yoxsa?
- Bunu mən deməyəcəyəm. İstəsələr, onları jurnalistlər tapa bilərlər.
- Axı, kimə lazımdır ki, “Neftçi”nin yaxşı futbolçusu millidə olmasın?
- Niyə Tərlan Quliyev, Elvin Yunuszadə, Cavid İmamverdiyev milli çağırılmır? Məqsəd nədir?
- Sizin fikirləriniz həm də bu anlama gəlirmi ki, dediyiniz iki adam Berti Foqtsu istiqamətləndirir?
- Foqtsa millinin hazır siyahısı gəlir. O özü siyahı hazırlamır.
- Cox ciddi ittiham deyilmi?
- İndiyədək görmüsünüz ki, mən ciddi və həqiqət olmayan bir fikir səsləndirim?
- Kim hazırlayır siyahını?
- Siz jurnalistlər araşdırın.
“NEFTÇİ”DƏ QALMAĞIMIN BİR ƏSAS SƏBƏBİ DƏ SADIQ SADIQOVLA MƏLUM BÖLGƏDƏN OLMAĞIMIZDIR”
- Gəlin, bir az da başqa mövzuda danışaq. Rusiya klubuna keçməyinizlə bağlı söhbət təmiz qurtarıb?
- Bəli.
- O zaman “Neftçi”də qalacaqsınız? Klubunuzun prezidenti Sadıq Sadıqov bu gün bizimlə söhbətində dedi ki, biz Hacıyevin xidmətində maraqlıyıq. Hətta zarafatla onu da qeyd etdi ki, Böyükağa Hacıyevin müqaviləsində “Neftçi”yə gəlmə tarixi var, amma getmə tarixi yoxdur.
- Sadıq müəllimlə işləmək mənim üçün həddən artıq xoşdur. Bir daha deyirəm, məni “Neftçi”dən qovmayınca, heç bir komandaya getməyəcəyəm. Hardan təklif olur-olsun, məni bu yaşımda pulla aldatmaq olmaz. Bir də bilirsiniz ki, Sadıq Sadıqovla mən məlum bölgədənik. “Neftçi”də qalmağımda ən böyük faktorlardan biri də budur.
- Siz “Sadıq müəllim qovmasa...” fikrini yenə işlətdiniz. Mövsümün sonu klubunuzun prezidentinin qarşınıza qoyduğu böyük hədəfə - ardıcıl üçüncü dəfə çempionluğa nail olmasanız necə olacaq? Qalacaqsınızmı “Neftçi”də?
- O zaman mən özüm gedəcəyəm. Mən “get” sözünü gözləmərəm.
- Hətta çempionatda ikinci yeri tutsanız belə?
- Bəli.
- Sizə elə gəlmirmi ki, “Neftçi”nin üçüncü dəfə çempion olmasını çox böyük bir arzuya çevirmisiniz. Bu baş verməsə, dünya dağılacaq?
- O əsgər əsgər deyil ki, general olmaq istəməsin.
- “Neftçi” futbolumuzda general olub axı...
- “Rütbəmiz”ə üçüncü ulduzu da əlavə etmək istəyirik. Unutmayın ki, biz çempion olsaq, artıq bu dəfə Çempionlar Liqasının qrupunda oynayacağıq.
- Siz məhz buna görə çempion olmaq istəyirsiniz?
- Əlbəttə.
- Daha Avropa Liqasında oynamağı bəyənmirsiniz?
- Sözümüzü bir dəfə deyirik (gülür).
“SİZDƏN SORUŞURAM, AZƏRBAYCANDA “NEFTÇİ”DƏN YAXŞI OYNAYAN KOMANDA VAR?”
- “Neftçi” bu mövsüm Azərbaycan Premyer Liqasında hansı komandaya uduzub ikinci olsa, bunu faciəyə çevirməz? Elə bir komanda göstərə bilərsiniz?
- Mənim də sizə sualım var: bu gün Azərbaycanda “Neftçi”dən yaxşı oynayan komanda var?
- Ən azı “Neftçi”yə bu mövsümdə hər ik oyunda qalib gələn komanda var: “Qarabağ”.
- Hər iki 45 dəqiqədə təkqapı oynamışıq onlarla, bir qol vurublar bizə.
- Amma, necə deyərlər, ən yaxşı oyun tablodakı nəticədir.
- Nə olar ki... Qurban (“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov nəzərdə tutulur – red.) mənə yaxındır. Gözləsin məni. Mən futbolda heç kimi bağışlamıram. Futbolda təsadüf bir dəfə olur.
- Mən sizinlə razılaşmıram. Fikrim budur ki, “Neftçi”ni bu çempionatda “Qarabağ” və “İnter” qabaqlaya bilər.
- Tam rahat ola bilərsiniz. İnşallah, fevralın 9-da çempionat başlayır. Ondan sonra danışarıq, görüşərik. Bu gün Azərbaycanda “Neftçi”yə bir rəqib varsa, o da onun özüdür.
“KAXA AZARKEŞLƏRİ TƏHQİR EDİR”
- Siz sonuncu fikri artıq neçəncı dəfədir ki, təkrarlayırsınız. Niyə rəqiblərinizi aşağılayırsınız?
- Mən bütün rəqiblərimizə hörmətlə yanaşıram... Yazın da, niyə yazmırsınız? Azərbaycan futbolunda gürcü cütlüyü at oynatmağa çalışır.
- Yazılıb də.
- Azərbaycan futbolunu iki gürcü məşqi “fırlayır”. Bir-biri ilə qardaşlaşıblar.
- Ona qalsa, “Neftçi”yə dəstək verilməsi haqda da fikirlər az deyil.
- Onda niyə heç bir səbəb olmadan sarı vərəqə alan “Neftçi”nin oyunçusu İqor Mitreskinin sarı vərəqəsi ləğv olunmur, amma Azərbaycan xalqını təhqir edən “Simurq”un qapıçısının dörd oyunluq cəzası ikiyə endirilir? Kaxa (“İnter”in baş məşqçisi Kaxaber Sxadadze nəzərdə tutulur – A.B.) qalib gələndə əl-qol hərəkətləri ilə stadiona toplaşan azarkeşləri təhqir edir. Niyə ona cəza verilmir? Azərbaycan futbolunda çox oyun gedir.
- Siz demək istəyirsiniz ki, hansısa gizli qüvvə “Neftçi”nin çempionluğuna mane ola bilər?
- O qüvvələr nə qədər istəyir mane olsun, biz onsuz da çempion olacağıq. Hamı bilsin ki, “Neftçi” nə oyun alır, nə də oyun satır.
Aydın BAĞIROV
Uğursuz mövsüm "Nyukasl"a baha başa gələ bilər
Bu stadion Mirça Luçeskunun adını daşıyacaq
İspaniya çempionatı matçlarının yeri dəyişdirilir?
Millinin yeni baş məşqçisi bəlli oldu
DÇ-2026 matçlarını rekord sayda hakim idarə edəcək
Salah "Qalatasaray"a keçir?
“Bu matçın xeyrini gələcəkdə görəcəyik”
"Qızıl top" namizədləri: Keyn, Mbappe...
Azərbaycan millisi Gürcüstana uduzdu
ÇL-də həftənin rəmzi komandasında kimlər var?
Lider "Şəfanın" qələbəsindən - Video
"Yuventus" Spalletti ilə bağlı qərar verdi
ÇL-də həftənin ən yaxşı oyunçusu bilindi
Azərbaycan millisinin məşqçisi Norveç klubunun düşərgəsində
"Çelsi" baş məşqçini göndərə bilər
"Barselona" Avropada liderdir
1-ci liqada 2 turun oyun cədvəli açıqlandı
"Milan" Qoretzkaya müqavilə təklif etdi
Tahir Gözel "Azərsun Holdinq"in yeni rəhbəri oldu
Tərlan Quliyev mükafatlandırıldı
İki komandaya texniki məğlubiyyət verildi
“Karvan-Yevlax” - “Kəpəz” oyununun hakimləri açıqlandı
Andrey Demçenko cəzalandırıldı
AFFA-dan klublara cəza və cərimələr
1 açıqlama, 15 min manat cərimə - Video
Luis Enrike: "PSJ-ni "Enfild"də əzab-əziyyət gözləyir"
Arne Slotdan etiraf
Avrokubokların oyunları bu kanallarda
Arda Turandan "AZ Alkmaar" oyunu öncəsi - Açıqlama
20 il sonra “Kamp Nou”da
Rəşad Abdullayev: “Türkiyə futbolundan çox şey öyrənməliyik”
ÇL-də həftənin ən yaxşısı adına namizədlər
Oyun bitən kimi paltardəyişmə otağına qaçdı - Video
Konfrans Liqasında 1/4 final başlayır
"Qalatasaray"ın qələbəsi - Video
Avroliqada 1/4 finalın ilk oyunlarına yekun vurulur
UEFA yarışlarında Luçeskunun xatirəsinə ehtiram - Şəkillər
PSJ "Liverpul"a, "Atletiko" "Barselona"ya qalib gəldi
Avropa Liqasında 1/4 finala start verildi
Dünyanın ən yaxşı "tək klublu" futbolçuları kimlərdir?
“Barselona” bir matça görə 10 milyon qazana bilər
Klub futbolçusuna görə yığmanı FİFA-ya şikayət etdi
Çempionşip klubunun apellyasiya şikayəti rədd edildi
"Yuventus" "Liverpul"un qapıçısına göz dikdi
“Cəbrayıl”ın 3 qollu qələbəsindən - Video