“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun Qol.Az saytının Türkiyənin Antalya şəhərinə ezam olunmuş xüsusi müxbirinə müsahibəsi
- 20 günlük istirahətdən sonra futbolçularınızın durumu və komandanızın hazırlığının gedişatı sizi qane edirmi?
- Fiziki testin cavablarına da baxanda gördük ki, heç bir futbolçuda artıq çəki olmayıb. Əvvəlki toplanışlarda isə bunu şahidi olmuşuq. Hər şey normaldır.
- Kristian Torresin transferi barədə fikirlərinizi öyrənmək istərdim.
- Qarşıda bizi ağır qarşılaşmalar gözləyir. Ona görə də bizim hər oyunda tam heyətimiz olmalıdır. Torresin oyununu bir neçə ay idi izləyirdim. Onun 27 yaşı var, bizim oyun üslubuna yaxın çıxış edir. Buna görə də komandamıza dəvət etdim. “Rəvan”la razılığa gəlmişik. Məncə, pis transfer olmayacaq. Xarakteri də yaxşıdır. Əsl peşəkardır.
- Torresdən sonra daha hansı mövqeyə oyunçular alacaqsınız?
- Bir sol hücumameylli hücumçu axtarışındayıq. İki əcnəbi hücumçuyla anlaşsaq da, son anda razılığa gələ bilmədik. Bir futbolçu özü, digərinin isə klubu transferdən imtina etdi. Hazırda bir neçə variant var və cavab gözləyirik.
- Konkret olaraq, bundan sonra komandanıza necə oyunçu alınacaq?
- Minimum iki oyunçu almalığı nəzərdə tuturuq.
- Sol cinaha hücumçu almağınız o anlama gəlirmi ki, Vaqif Cavadovu bundan sonra sırf mərkəz hücumçusu kimi oynadacaqsınız?
- Yox . Sadəcə hər bir mövqedə rəqabətin olmasını istəyirik. Eyni səviyyəli futbolçuların sayı çox olmalıdır.
- Rauf Əliyevin başqa kluba transferi məsələsi nə yerdə qalıb?
- Açığı, son günlər danışıqlar haqda xəbərim yoxdur. Amma nəyə görəsə onun transferi gecikir.
- Əgər onun transferi baş tutmasa, yenidən “Qarabağ”a qayıtması mümkündür?
- Məncə, Raufun transferində problem olmayacaq. Çünki onu hazırda bir neçə klub istəyir. Onunla söhbətimiz oldu. Hər bir futbolçunun ən azı öz oyununu geri qaytarması üçün müəyyən dövrdə komandasını dəyişməyə ehtiyacı var. Əgər qarşıdakı altı ayda da Raufun oyunu alınmasaydı, bu, onun karyerasına böyük zərbə olardı.
- Yanvarın 29-da millinin təlim-məşq toplanışı başlayacaq. Bu, sizin hazırlıq prosesinə təsir göstərəcəkmi?
- Çox təsir edəcək. İndi elə bir dönəmdir ki, əsas heyəti formalaşdırırsan, bunun üzərində oyun qurursan, futbolçuları hansısa bir səviyyəyə çatdırırıq. Sonra onlar ayrı məşqçinin əlinin altına düşür, başqa rejimdə çalışır.
- Beş oyunçunuz millinin düşərgəsinə gedəcək. Oradan qayıtdıqdan sonra isə Premyer Liqada “Qəbələ” ilə ağır oyuna çıxacaqsınız.
- Belə hallar nəticəyə də təsir edə bilər. Çalışacağıq ki, problem yaranmasın.
- Elvin Musazadənin transferinə də toxunaq...
- Biz indiyədək çox oyunçuya şərait yaratmışıq. Niyə ona da yaratmayaq? Ona şans verəcəyik. İstədiklərimizi tələb edəcəyik. Qalan hər şey futbolçunun özündən asılıdır.
- Son günlər mediada Elvinin PFL prezidenti Ramin Musayevin oğlu olduğuna görə, “Qarabağ”a transfer edildiyi bildirilir. Bu fikirlərə münasibətiniz necədir?
- Əvvəlcə onu qeyd edim ki, Elvin “Qarabağ”a qədər “Neftçi”, “Simurq” və “Rəvan”da oynayıb. Son iki klubda çox oyun keçirib. Bizə onu təklif etdilər. Başqa gənc oyunçular kimi Elvinə da şans veririk. Onun potensialı var. Uzun illərdir oynayır. Ramin Musayevə gəlincə, biz onunla dostuq. Mənim məşqçi kimi yetişməyimdə böyük əməyi olub. Etiraf edirəm ki, Elvinin komandaya gətirilməsində bu amil rol oynayıb. Amma əgər dostumuzun və ya qeyri birisinin oğlu futbolçudursa, potensialı varsa, niyə bundan istifadə etməyək? Ümumiyyətlə, futbolçunun istedadı atasının adına görə itməməlidir.
- Siz doğmalılıq amili qeyd etdiniz. Bacınız oğlu Tural İsgəndərov da “Qarabağ”ın futbolçusudur. Onu heyətdə az-az görərik. Qohumluq amili onunla bağlı qərarınıza nə dərəcədə təsir edir?
- Əlbəttə, təsir edir. Hətta bir dəfə Turaldan soruşmuşdular ki, niyə U-21 millisində tez-tez oynayırsan, amma “Qarabağ”da yox. O da demişdi ki, “Qarabağ”da dayım yoxdu, ona görə (gülür). Amma belə etməməliyik. Potensialı varsa oynamalıdır. Olur ki, Turalla bir başqası eyni səviyyə oynayırsa, mən sonuncuya üstünük verirəm.
- Bəs bununla onun karyerasına zərbə vurduğunuzu düşünmürsünüz?
- Hər halda hər bir oyunda belə etmirəm. Amma daha çox digərlərinə üstünlük verirəm. Çünki o biri futbolçunu da düşünürəm axı.
Azərbaycan təmsilçilərinin ilk rəqibləri məlum oldu
Toral Bayramov oynadı, komandası “Şaxtyor”la heç-heçə etdi
Dzeko qalır
Messi komanda yoldaşlarına xüsusi hədiyyə verib
"Sumqayıt" "Kəpəz"lə heç-heçə etdi
"Şamaxı" Qətər klubuna böyük hesabla qalib gəldi
"Real" onunla razılaşdı
"Napoli" yetirməsi ilə yeni müqavilə bağladı
“Sabah” Finlandiyadadır
Türkiyə millisi Millətlər Liqasının qalibi oldu
"Qəbələ"dən ayrılan futbolçu Cənubi Koreya klubunda
Pirlo ilə bağlı araşdırma tələb olundu
PSJ-nin ulduzu yeni müqavilədən imtina etdi
Ərəblər onun üçün 132 milyon avro ödəməyə hazırdır
De Brüyne bu yay “Napoli”ni tərk edə bilər
Osimhen "Qalatasaray" rəhbərliyini sərt tənqid etdi
“Sabah”a KuPS-dan mesaj - Hələ hər şey bitməyib
Ferran Torresin hansı şərtlə satılacağı açıqlandı
Nəriman ehtiyatda qaldı
Messi “MLS ulduzlar matçı”nın heyətindən çıxarıldı
"Bayer"dən yeni transfer
"Bəzi yeni oyunçuların yolunu gözləyirik" - Kaxaber Sxadadze
"KuPS" "Sabah"la oyundan əvvəl qələbə qazandı
Mourinyo Vinisiusun gedişinə qarşı çıxdı
"Neftçi"nin qadınlardan ibarət komandası PAOK-a uduzdu
"Kəpəz"də zambiyalı futbolçu - Rəsmi
"Qəbələ" "Şəfa" ilə heç-heçə etdi
Azərbaycan klubu kamerunlu yarımmüdafiəçi aldı
"Əl-Hilal"dan 64 milyon avroluq transfer
Lukaş Fabianski karyerasını başa vurdu
Kamilo Duran "Milan"a da qol vurdu
Tanınmış hücumçu bu kluba keçdi
"Real"ın 100 milyonluq təklifi rədd edildi
Rəqibi təpiklədi, 5 illik cəza aldı
"Mançester Siti" Xusanovla müqaviləni uzatdı
Rodri "Real"la razılaşdı
"Everton" Qeyeni yola saldı
PSJ-dən "Atletiko"ya
Bakıdakı oyun avrokuboklarda TOP-5-ə düşdü
DÇ-2026-nın qəhrəmanının yeni klubu müəyyənləşdi
Urfan Abbasov "Kəpəz"də
“Qarabağ” azarkeşləri üçün biletlər satışa çıxarılır
Donnarumma uşaqlıq sevgilisi ilə evləndi - Şəkillər
Azərbaycanı dünya çempionatında təmsil edəcək hakimlər
Messinin Braziliya kökləri üzə çıxdı