Hazırda “Qarabağ”la birgə Antalyada təlim-məşq toplanışında olan Ağdam klubunun hücumçusu Vaqif Cavadov Qol.Az saytının Türkiyəyə ezam olunmuş xüsusi müxbirinə müsahibə verib
- Sən hər zaman və medianın və azarkeşlərin diqqətində olmusan. Bir futbolçu kimi səndən tələblər da çox olub. Bu mənada, 2012-ci ildə bu gözləntilərin qarşılığın verə bildinmi? Yaddan çıxarmayaq ki, ötən il də az tənqid olunmadın.
- 2012-ci il mənim üçün yaxşı il oldu. Həm milli komandada, həm də klubumda əsasən start heyətdə meydana çıxmışam. Çalışmışam ki, komandama əlimdən gələn köməyi edim. Amma istənilən futbolçunun eniş və yüksəliş dövrü olur. Ümumulikdə keçən il həm komandamın, həm də mənim yaxşı oyunlarımız oldu. Çalışacağam ki, 2013-cü ili daha uğurlu keçirim.
- O fikirlə razılaşırsan ki, “Tvente”dən qayıtdıqdan sonra bir müddən çıxış etdiyin “Bakı” ilə müqayisədə Qarabağ”da oyunun daha yaxşı alındı?
- “Bakı”da tam başqa bir heyət və ab-hava var idi. Denək olmaz ki, “Bakı”da pis oyunlar keçirmişəm. Ümumilikdə komanda şəklində yaxşı çıxış etmədik. Bunun da əsas səbəblərində biri məşqçi dəyişikliyi idi. “Qarabağ” isə komanda oyunu oynayır və topla yaxşı davranır.
- Amma “Bakı”da səni ehtiyatda da görürdük. O vaxtkı baş məşqçi Vinfred Şeferlə nə kimi problemin var idi?
- Bəzi amillər vardı ki, mən onları demək istəmirəm. Çünki bunlar artıq geridə qalıb. ”Bakı” yaxşı bir klubdur. İndi də düşünürəm ki, orada yaxşı mövsüm keçirmişəm. Amma mən deyərdim ki, hər bir futbolçunun öz komandası var. Hansı ki özünü orada daha yaxşı göstərə bilər. Mənim üçün də belə komandalardan biri “Qarabağ”dır.
- Bəlkə məhz elə “Qarabağ”dır?
- Bəlkə də.
- Ötən ilin bu vaxtı “Qarabağ”a qayıdanda demişdin ki, Azərbaycanda bir daha Ağdam komandasından başqa klubda çıxış etməyəcəksən.
- Əlbətdə, nə vaxta qədər ki, komandama lazımam, buradayam. Heç bir kluba getmək fikrim yoxdur. Çünki “Qarabağ”da mənim üçün hər şey yaxşıdır.
- Bir futbolçu üçün mühit amili böyük rol oynayır. “Qarabağ”ın mühiti sənin üçün doğmadır. Bu mənada, özünü başqa bir klubda, deyək ki, “Neftçi”, “İnter” və ya “Qəbələ”də görürsənmi?
- Yox, görmürəm. Hamısına böyük hörmətim var. Amma mən “Qarabağ”da oynayıram, bu komandanın uğurları haqda düşünürəm.
- “Bakı”da çıxış etdiyin dönəmdə də yaxşı oyun sərgələdiyini deyirsən. Amma mediada sən az tənqid olunmurdun. Ümumiyyətlə, indinin özündə də belə fikirlər var ki, əvvəlki oyunu sərgiləyə bilmirsən. Buna baxmayaraq, bəzən sənin haqqında onu da deyirlər ki, tənqidə dözümsüzsən, iradları qəbul etmək istəmirsən.
- Yox… Mən razıyam ki, 2010-cu ildə mənim oyunumda eniş olub. Həmin il zədələndiyim üçün “Tvente”də möhkəmlənə bilmədim, sonra “Bakı”ya gəldim. “Bakı”da uğur qazana bilmədik. Bu da komanda daxilindəki bəzi məsələlərlə əlaqədar idi. Əgər komandamız öndə olsaydı, bəldə bunlar danışılmazdı. 2011-ci ili isə Rusiyada keçirdim, əsasn ilk onlirlikdə yer alırdım. Tənqidə gəlincə, buna normal yanaşıram. Amma gərək qərəzli tənqid olmasın.
- Sənə qarşı haqlı tənqid çox olub, yaxsa qərəzli?
- Onu deyə bilmərəm. Çünki medianı çox izləmirəm. Keçən mövsüm komandamda adətən start heyətdə meydana çıxmışam. Yəqin ki, oyunum alınmasa, belə olmazdı. Mənə elə gəlir ki, tənqidlərə ən yaxşı cavab oynamağımdır.
- 2009-cu ildəki Vaqif Cavadovu bir də nə vaxt görəcəyik?
- Mən artıq zədədən sonra öz formamı yığıram. Ağır zədədənsonra hər bir futbolçuya bərpa olunmaq üçün vaxt lazımdır. Yavaş-yavaş formaya düşürəm.
- Rauf Əliyevin “Qarabağ”dan gedişi son günlər ən çox müzakirə olunan mövzudur. Bu haqda sənin fikirlərin necədir?
- Media Raufu çox tənqid etdi. Amma ona təsəlli vermək daha yaxşı olardı. Çünki yuxarıda qeyd etdiyim kimi, hər bir futbolçunun yaxşı və pis dövrü olur. Nədənsə, legionerləri bu qədər tənqid etmirlər. Nəyə görə?
- Legionerlər də tənqid olunur. Amma yerli futbolçu və millinin oyunçusu olduğu üçün Raufun üzərində medianın nəzarəti güclüdür.
- Raufdan çox yazdılar ki, qol vura bilmir. Bu da ona pis təsir edirdi. Bəlkə də onun qol vura bilməməsinin bir səbəbi də tənqidlərə fikir verməyi idi, sərbəst ola bilmirdi.
- Mətbuat Raufu öz oyununa görə yox, qol vurmadığına görə tənqid edirdi. Hər halda, etiraf edilməlidir ki, o, bir hücumçu kimi rəqibin müdafiçilərini təzyiq altında saxlayırdı. Amma əsas problem onun bu çempionatın geridə qalan 18 oyununda bir dəfə də fərqlənə bilməməsidir. Səncə, bu, normal bir şeydi?
- Düzdü, qış fasiləsinə kimi qol vurmadı. Amma çempionatın ikinci mərhələsində, ilk altılıqda vura bilərdi axı. Yəni dediyim odur ki, hər bir futbolçuda belə hal baş verə bilər.
- Rauf Əliyevin gedişatında Vaqif Cavadov amili nə dərəcədə rol oynadı? Yəni Qurban Qurbanov əsas heyətdə səni meydana buraxdı və onun etimadını doğrultdun.
- Biz Raufla dostuq. Mən həmişə sol cinahda oynamışam. Sonra baş məşqçi qərara gəlmişdi ki, öndə oynayım. Biz qol vurmaq üçün heç vaxt bir-birimizlə rəqabət aparmamışıq. Hər ikimiz komandamızın uğurları üçün çalışmışıq. Mən bütün hallarda Raufa inanıram. Onun yeni komandasında öz sözünü deyəcəyini ümidim böyükdür. Onun “Qarabağ”dan getməsinə gəlincə, hər bir futbolçu komandasını dəyişə bilər. Bu, normal haldır. Futbol həyatı elədir ki, tez-tez klub dəyişə bilərsən. Karyeranı bitirəndən sonra heç kimin yadına da düşməyə bilərsən.
- Bayaq Azərbaycanda oynayan legionerlərin az tənqid olunması haqda danışdın. Sənin bizdə çıxış edən əcnəbi hücumçular haqda fikirlərin necədir?
- Elə komandalar var ki, legionerləri səviyyəlidir. Belə olanda çempionatımız güclənir. Amma elə legionerlər də var ki, yerli futbolçulardan zəifdir. Buna baxmayaraq, onları əsas heyətdə oynadırlar.
- Xüsusi fərqləndirəcəyin legioner hücumçular kimlərdir?
- “Neftçi”dən Nikolas Kanalesin qeyd etməmək olmaz. Hazırda o, çempionatımızın bombardiridir. Pis hücumçu deyil. Amma ona o imkanları yaradan yarımmüdafiəçilər də var. Kanales elə bir hücumçudur ki, ötürmə almasa, çox az qol vurar. Özü fərdi qaydada az imkan yaxalaya bilər.
- Gələk “Qarabağ”a. Qış fasiləsindən sonra özünü necə hiss edirsən?
- İstirahətimiz yaxşı keçdi. Yeni ili ailəmlə birgə keçirdim. 20 gündə yaxşı dincələ bildik. Antalyaya yaxşı əhval-ruhiyyədə gəlmişik. Mənə elə gəlir, burda yaxşı hazırlıq keçəcəyik və “altılıq”da problemlə üzləşməyəcəyik. İlk “altılıq”da maksimum nəticə üçün oynayacağıq.
- Yəni çempionluq üçün?
- Arada bəzi klublara keçməyimi nəzərə almasaq, mən 2007-ci ildən “Qarabağ”dayam. Neçə ildi çempion olmuruq. Buna yaxınlaşsaq da, sonda üçüncü ya dördüncü yerləri tutmuşuq. Amma bu il daha istəkliyik. Çalışacağıq ki, birinci yeri tutaq.
Azərbaycan təmsilçilərinin ilk rəqibləri məlum oldu
Toral Bayramov oynadı, komandası “Şaxtyor”la heç-heçə etdi
Dzeko qalır
Messi komanda yoldaşlarına xüsusi hədiyyə verib
"Sumqayıt" "Kəpəz"lə heç-heçə etdi
"Şamaxı" Qətər klubuna böyük hesabla qalib gəldi
"Real" onunla razılaşdı
"Napoli" yetirməsi ilə yeni müqavilə bağladı
“Sabah” Finlandiyadadır
Türkiyə millisi Millətlər Liqasının qalibi oldu
"Qəbələ"dən ayrılan futbolçu Cənubi Koreya klubunda
Pirlo ilə bağlı araşdırma tələb olundu
PSJ-nin ulduzu yeni müqavilədən imtina etdi
Ərəblər onun üçün 132 milyon avro ödəməyə hazırdır
De Brüyne bu yay “Napoli”ni tərk edə bilər
Osimhen "Qalatasaray" rəhbərliyini sərt tənqid etdi
“Sabah”a KuPS-dan mesaj - Hələ hər şey bitməyib
Ferran Torresin hansı şərtlə satılacağı açıqlandı
Nəriman ehtiyatda qaldı
Messi “MLS ulduzlar matçı”nın heyətindən çıxarıldı
"Bayer"dən yeni transfer
"Bəzi yeni oyunçuların yolunu gözləyirik" - Kaxaber Sxadadze
"KuPS" "Sabah"la oyundan əvvəl qələbə qazandı
Mourinyo Vinisiusun gedişinə qarşı çıxdı
"Neftçi"nin qadınlardan ibarət komandası PAOK-a uduzdu
"Kəpəz"də zambiyalı futbolçu - Rəsmi
"Qəbələ" "Şəfa" ilə heç-heçə etdi
Azərbaycan klubu kamerunlu yarımmüdafiəçi aldı
"Əl-Hilal"dan 64 milyon avroluq transfer
Lukaş Fabianski karyerasını başa vurdu
Kamilo Duran "Milan"a da qol vurdu
Tanınmış hücumçu bu kluba keçdi
"Real"ın 100 milyonluq təklifi rədd edildi
Rəqibi təpiklədi, 5 illik cəza aldı
"Mançester Siti" Xusanovla müqaviləni uzatdı
Rodri "Real"la razılaşdı
"Everton" Qeyeni yola saldı
PSJ-dən "Atletiko"ya
Bakıdakı oyun avrokuboklarda TOP-5-ə düşdü
DÇ-2026-nın qəhrəmanının yeni klubu müəyyənləşdi
Urfan Abbasov "Kəpəz"də
“Qarabağ” azarkeşləri üçün biletlər satışa çıxarılır
Donnarumma uşaqlıq sevgilisi ilə evləndi - Şəkillər
Azərbaycanı dünya çempionatında təmsil edəcək hakimlər
Messinin Braziliya kökləri üzə çıxdı