“Qarabağ”ın direktoru Əmrah Çəlikəl rəhbərlik etdiyi klubun qış fasiləsindəki transfer faəliyyəti ilə bağlı Qol.Az saytının Türkiyənin Antalya şəhərinə ezam olunmuş xüsusi müxbirinə müsahibə verib
- Rauf Əliyevin “Bakı”ya keçidi məsələsində vəziyyət nə yerdədir?
- Bu dəqiqəyə qədər bizə bununla bağlı heç bir klubdan təklif daxil olmayıb. Bilirik onu təkcə “Bakı” yox, başqa klublar da heyətində görmək istəyir. Bunlardan biri də “Bakı”dır. Ancaq dediyim kimi, nə rəsmi, nə də qeyri-rəsmi təklif almışıq. Əlbəttə, əgər olarsa, biz bunu müzakirə edəcəyik və üst rəhbərliyimizin də razılığı ilə komandadan buraxacağıq. Hazırda isə Rauf “Qarabağ”a məxsus futbolçudur.
- Raufun tranferində əsas sözü klubunuz deyəcək. Danışıqlarda razılığa gələ bilməsəniz, futbolçunuzun taleyi necə olacaq?
- Yəqin ki, siz məsələnin maddi tərəfini nəzərdə tutursunuz. Axı, bizim bugünə qədər kimsə ilə görüşümüz olmayıb ki, konkret nə qədər pul istədiyimizi də deyək. Raufun istədiyi komandaya keçidi üçün öz tərəfimizdən köməyimizi göstərəcəyik, problem yaratmayacağıq. Çünki o, bizim yetirməmizdir. “Qarabağ”ın məşqçilərinin Raufun üzə çıxmasında böyük əməyi var. Əlbəttə, kluba mənəvi gəliri qaytarmaq mümkün deyil. Ancaq az da olsa, bu transferdən maddi gəlir əldə olunacaq. Sadəcə, bu məsələ klublar arasında müzakirə olunmalıdır.
- Yeri gəlmişkən, bu transferdə əsasən “Bakı”nın adı hallanır. Deyirsiniz ki, bizə müraciət edilməyib. Bu halda indiyədək klubların “Qarabağ”ın özü ilə danışıqlar aparmamısını necə dəyərləndirirsiniz?
- “Qəbələ”nin bizə müraciət etməsi haqda xəbərim yoxdur. Biz kiçik bir camiəyiq. Kim-kimlə görüşür, sabah məlum olur. Xaricə transfer mövzusu olsaydı, vəziyyət başqa cür olardı. Demək istədiyim odur ki, hər çür təkliflərə açıgıq. Sadəcə, bizə bir müddət əvvəl deyilib ki, Raufla maraqlanırıq. Rauf peşəkar futbolçudur. Onun çox komanda heyətində görmək istəyər. Amma dediyim kimi, konkret müzakirə aparılmalıdır.
- Rauf Əliyev hələ “Qarabağ”da oynayanda komandanıza yeni hücumçunun alınmasının vacibliyi haqda fikirlər səslənirdi. Bəs bundan sonra necə olacaq? Belə demək olarmı ki, qış fasiləsində komandanıza artıq bir yox, iki hücumçu alacaqsınız?
- O haqda mən bir söz deyə bilmərəm. Bununla bağlı baş məşqçimiz Qurban Qurbanov qərar verməlidir. Əgər o iki hücumçu almaq istəsə və bu, bizim büdcəmizə uyğun olsa, əlbəttə, transferlər gerçəkləşdiriləcək. Şükür Allaha ki, indiyədək komandamızın istəyinə sponsorlarımız tərəfindən yox deyilməyib.
- Hər gün Antalyada baş məşqçinizlə müzakirə aparırsınız. “Qarabağ”a qış fasiləsində neçə futbolçunun gətiriləcəyini dəqiqləşdirmisiniz?
- Bununla bağlı yekun qərar qəbul olunmayıb. Seçimlərimiz davam edir. Bizim büdcəmizdən asılı olaraq, rəhbərliyimizin də razılığı ilə baş məşqçimiz istədiyi futbolçular alınacaq. Əsas odur ki, doğru qərar verək. Əlbəttə, biz azarkeşlərimizi də başa düşürük. Amma reallığa gələndə, qarşımıza çıxan hər futbolçunu “Qarabağ”a gətirə bilmərik. Biz bir milyon qaçqını təmsil edirik. Bizim “Azərsun” kimi sponsorumuz var. Atdığımız hər addımın hesabını verməliyik. Qurban müəllim də bu məsuliyyəti gözəl bildiyi üçün araşdırmalarını davam etdirir. Ona görə də düşünürəm ki, istədiyimiz transferləri həyata keçirə biləcəyik.
- Qış fasiləsində komandanıza qoşulacaq futbolçular birbaşa müqavilə bağlamağa gələcək, yoxsa baxışa?
- Hər ikisi də ola bilər.
- Rauf Əliyevdən başqa komandanızdan gedən futbolçu olacaqmı?
- Bu gün üçün başqa oyunçu ilə yolları ayıracağımız gözlənilmir. Amma əsas komandaya cəlb olunan bəzi yeni gənc futbolçularımız var ki, oyun təcrübələrini artırmaq üçün onları başqa klublara icarəyə verməyi düşünürük.
- Bəxtiyar Soltanovu “Simurq”a icarəyə verdiniz. Emin İmaməliyev haqda qərarınız necə olacaq?
- Onların hər ikisinin mövsümün sonunadək “Qarabağ”la müqaviləsi var. Bəxtiyar artıq “Simurq”dadır. Demək olar ki, o, artıq bizim futbolçu deyil. Eminə gəlincə, hazırda əvəzedici heyətimizdədir. Əgər Emin qarşıdakı altı ay üçün Qurban Qurbanovun planlarına daxil olsaydı, yəqin ki, bu gün əsas komandayla birgə Antalyaya təlim-məşq toplanışına gətirilərdi.
UEFA Superkubokunda onlar qarşılaşacaqlar
PSJ yenə çempionlar çempionudur!
Onların qolları 8 illik həsrətə son qoydu
Zədəsinə görə mundialı buraxacaq
"Arsenal"dan final antirekordu
"Barselona"dakı gələcəyi bəlli oldu
Haverts Çempionlar Liqası tarixinə düşdü
ABŞ millisinin kapitanı oldu
Kuboka qədər milyonlar qazandılar
PSJ - "Arsenal": Heyətlər açıqlandı
"Real"dan Vinisiusa qarşı sərt mövqe
"Oğlum futbol oynamaq istəmir"
Çempionlar Liqasının finalından öncə kütləvi dava - Video
Aparıcı klubların hədəfinə düşdü
Azərbaycan millisi Fransaya qalib gələrək qrup lideri oldu
"Liverpul" Arne Slotla yolları ayırdı
Azər Bağırov "Kəpəz"dən getdi - Rəsmi
"Şamaxı"dan ayrılanların sayı 12-yə çatdı
Azərbaycan millisinin növbəti məşqi - Şəkillər
“Barselona” Qordonun transferini rəsmən açıqladı
Sterlinq narkotikə görə saxlanıldı
Çempionlar Liqasının finalı bu kanallarda
Otamendinin yeni klubu bəlli oldu
Yenidən A seriyasına yüksəldilər
“Nitsa” Liqa 1-də yerini qorudu
Kubokun finalında 2 qol, 2 qırmızı vərəqə
Messi 1-ci, Ronaldo 4-cü - Tarixin ən yaxşıları
Səudiyyə Ərəbistanından Salaha səxavətli təklif
"Şamaxı"da növbəti ayrılıq
Azərbaycan millisi İtaliyanı belə məğlub etdi - Video
"Rayo Valyekano"da baş məşqçi ayrılığı
PSJ ÇL-i qazansa, oyunçularına 1 milyon avro mükafat verəcək
"Kəpəz" kapitanı ilə müqaviləni uzatdı
Trippyerin yeni klubu məlum oldu
"Ağstafa Gəncləri" 2-ci liqadakı yerini qorudu
Bu yay "Barselona"dan gedir
"Əl-Nəsr" Jorje Jesusun ayrılığını açıqladı
"Karvan-Yevlax" baş məşqçisi ilə yolları ayırdı
"Qarabağ"ın legioneri milliyə çağırıldı
ÇL-i qazansalar, hər futbolçuya 1 milyon veriləcək
"Barselona" 100 milyonluq rəsmi təklif göndərdi
İtaliya klubu Tedesko ilə danışıq aparır
La Liqanı tərk etsələr də, Demiçelislə müqavilə uzadıldı