Hazırda “Qarabağ”la birgə Antalyada təlim-məşq toplanışında olan qapıçı Fərhad Vəliyev Qol.Az saytının Türkiyəyə ezam olunmuş xüsusi müxbirinə müsahibə verib.
- 2012-ci il sənin üçün uğursuz olması fikriylə razısan?
- Futbolda, bəli. Çünki demək olar ki, ehtiyatda çox qaldım.
- Buna səbəb nə idi? Öz oyununda geriləmə oldu, yoxsa əvvəlcə Boyan Pavloviç, sonra da bir müddət Miro Vardoviçlə rəqabətə tab gətirə bilmədin?
- Keçən mövsüm qapını daha çox Pavloviç qorudu. Mən onunla rəqabət aparırdım, məşqimi də edirdim. Amma bu futboldur. Heç kim belə hallardan sığortalanmayıb.
- Oynamadığın dövrdə səndə bədbinlik, ruh düşkünlüyü yaranmışdı.
- Doğrudur. Bir tərəfdən “Qarabağ”da ehtiyatda oturmaq, o biri tərəfdən milliyə dəvət almamağım mənə təsir etmişdi. Amma sonradan özümdə güc tapdım, ikiqat səylə çalışmağa başladım.
- “Qarabağ”da ehtiyatda oturan vaxt millinin baş məşqçisi Berti Foqtsa sənə klubunu dəyişməyi təklif etmişdi, özün də mətbuata Ağdam komandasından getmək istədiyini açıqlamışdın. Bununla bağlı baş məşqçiniz Qurban Qurbanov və ya klubunuzun rəhbərliyi ilə söhbətin olmuşdu?
- Yox. Keçən qış fasiləsində Türkiyənin birinci liqa və Azərbaycan Premyer Liqasında çıxış edən bəzi komandalardan dəvət alsam da, qəbul etmədim. Çünki iddialı klublar deyildi.
- İddialı olsa, gedərdin?
- Bəli. Bundan başqa, Azərbaycandan kənarda da oynamaq istəyirdim. Amma o dövrdə klubumla müqaviləm vardı. Sonradan isə əsas heyətə düşə bildim.
- “Qarabağ”da əsas heyətə düşməyin özündə yenidən güc toplamağının nəticəsidir, yoxsa yeni transferiniz Miro Vardoviçlə sabiq qapıçınız Boyan Pavloviç arasındakı səviyyə fərqi?
- Onların hər ikisi yaxşı qapıçıdır. Sadəcə, yay təlim-məşq toplanışında ikiqat çalışmağa başladım. Bu mövsümün əvvəlində oynamasam da, səbr etdim. Şükür Allaha ki, baş məşqçimiz mənə şans verdi. Yəqin ki, formada olmasaydım, bu etimadı qazanmazdım. Hazırkı çıxışlarım mənə “Qarabağ”da yaxşı oynadığım vaxtları xatırladır. Həmin gücdəyəm.
- Yaxşı formada olduğunu deyirsən. Amma Berti Foqts səni bu dəfə də millinin təlim-məşq toplanışına çağırmadı.
- Mən adımı Foqtsun siyahısında görmək istəyirdim. Amma nə etmək olar, baş məşqçi belə qərar verib. Deməli, daha artıq çalışmalı və sabit oynamalıyam ki, millinin qarşıdakı görüşlərinə dəvət alım.
- Foqtsun son qərarı sənə necə təsir etdi?
- Çempionatın son qarşılaşmalarından sonra milliyə çağırılacağımı fikirləşirdim. Amma siyahıda adımı görməyəndə çox təəssüfləndim.
- Bu mövsüm “Qarabağ”ın qarşısına çempionluq vəzifəsi qoyulub. Sən şanslarınızı necə görürsən?
- Bu çempionat çox gərgin keçir. İddialı klubların hamısı çempion olmaq istəyir. Biz də həmçinin. Yəqin ki, bu qış fasiləsində baş məşqçimiz daha yaxşı çıxış etməyimiz üçün komandaya yeni legionerlər cəlb edəcək.
- “Qarabağ”a yeni hücumçu və yarımmüdafiəçinin gətirilməsinin vacibliyi haqda tez-tez danışılır. Bəs səncə, qapıçı transferinə ehtiyac var?
- Xeyr.
- Bu gün üçün Azərbaycan çempionatında kimi özün üçün təhlükəli futbolçu sayırsan?
- Çəkindiyim hücumçu yoxdur. Təhlükəli hesab etdiyim bir futbolçu isə var: komanda yoldaşım Vüqar Nadirov. Onun güclü zərbələrindən ehtiyat edirəm. Zərbələri dəqiq olur, istiqamətini tez-tez dəyişir. Məşqlərdə də tez-tez buna şahid oluram.
- Bəs, 15 qolla Premyer Liqamızın bombardiri olan “Neftçi”nin hücumçusu Nikolas Kanales haqda fikirlərin necədir?
- Kanales ölkəmizə gəldiyi ilk vaxtlardan sübut elədi ki, səviyyəli hücumçudur. Düzdür, baxırsan ki, təhlükəli hücumların qurulmasında iştirak etmir. Amma mövqe seçimi və qol duyumu yüksək səviyyədədir.
- Hücumçulardan söz düşmüşkən, Rauf Əliyevin “Qarabağ”dan ayrılmasını necə qarşıladın?
- Mən Raufu ən yaxşı hücumçularımızdan biri kimi görürəm. Onun komandamızdan getməsinə təəssüfləndim. “Qarabağ”da qalıb bizimlə çempionluq qazanmasını istərdim.
- Sonda. Bu mövsüm üçün həfədin nədir?
- Mən hələ çempion olmamışam. “Qarabağ”la qızıl medal qazanmaq istərdim. Bundan başqa, çalışacağam, daha yaxşı formada olum və yenidən milliyə dəvət alım.
Uğursuz mövsüm "Nyukasl"a baha başa gələ bilər
Bu stadion Mirça Luçeskunun adını daşıyacaq
İspaniya çempionatı matçlarının yeri dəyişdirilir?
Millinin yeni baş məşqçisi bəlli oldu
DÇ-2026 matçlarını rekord sayda hakim idarə edəcək
Salah "Qalatasaray"a keçir?
“Bu matçın xeyrini gələcəkdə görəcəyik”
"Qızıl top" namizədləri: Keyn, Mbappe...
Azərbaycan millisi Gürcüstana uduzdu
ÇL-də həftənin rəmzi komandasında kimlər var?
Lider "Şəfanın" qələbəsindən - Video
"Yuventus" Spalletti ilə bağlı qərar verdi
ÇL-də həftənin ən yaxşı oyunçusu bilindi
Azərbaycan millisinin məşqçisi Norveç klubunun düşərgəsində
"Çelsi" baş məşqçini göndərə bilər
"Barselona" Avropada liderdir
1-ci liqada 2 turun oyun cədvəli açıqlandı
"Milan" Qoretzkaya müqavilə təklif etdi
Tahir Gözel "Azərsun Holdinq"in yeni rəhbəri oldu
Tərlan Quliyev mükafatlandırıldı
İki komandaya texniki məğlubiyyət verildi
“Karvan-Yevlax” - “Kəpəz” oyununun hakimləri açıqlandı
Andrey Demçenko cəzalandırıldı
AFFA-dan klublara cəza və cərimələr
1 açıqlama, 15 min manat cərimə - Video
Luis Enrike: "PSJ-ni "Enfild"də əzab-əziyyət gözləyir"
Arne Slotdan etiraf
Avrokubokların oyunları bu kanallarda
Arda Turandan "AZ Alkmaar" oyunu öncəsi - Açıqlama
20 il sonra “Kamp Nou”da
Rəşad Abdullayev: “Türkiyə futbolundan çox şey öyrənməliyik”
ÇL-də həftənin ən yaxşısı adına namizədlər
Oyun bitən kimi paltardəyişmə otağına qaçdı - Video
Konfrans Liqasında 1/4 final başlayır
"Qalatasaray"ın qələbəsi - Video
Avroliqada 1/4 finalın ilk oyunlarına yekun vurulur
UEFA yarışlarında Luçeskunun xatirəsinə ehtiram - Şəkillər
PSJ "Liverpul"a, "Atletiko" "Barselona"ya qalib gəldi
Avropa Liqasında 1/4 finala start verildi
Dünyanın ən yaxşı "tək klublu" futbolçuları kimlərdir?
“Barselona” bir matça görə 10 milyon qazana bilər
Klub futbolçusuna görə yığmanı FİFA-ya şikayət etdi
Çempionşip klubunun apellyasiya şikayəti rədd edildi
"Yuventus" "Liverpul"un qapıçısına göz dikdi
“Cəbrayıl”ın 3 qollu qələbəsindən - Video