Türkiyə superliqasında yarışan “Qaziantepspor” klubunun baş məşqçisi Hikmət Karamanın Qol.Az saytının Antalyaya ezam olunmuş xüsusi müxbirinə müsahibəsi
- Hikmət bəy, Azərbaycan futbolu ilə bağlı nə kimi məlumatlarınız var?
- Futbolunuzla vaxtım olduqca maraqlanıram. Azərbaycan bizə qardaş ölkədir. Bəzən hazırlıq proseslərin, matçlarda sizin futbol adamlarınızla görüşürük. Elə bu gün “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovla görüşüb söhbət etdik. Milli komandanızın bəzi oyunlarını izləmişəm. Azərbaycan futbolunda inkişaf olduğunu görürəm. Azərbaycan futbolda söz sahibi ola bilər. Bunun üçün ilk növbədə infrastruktur yüksək səviyyədə olmalıdır. Azərbaycan klublarının rəhbərləri pullarını birinci növbədə bu sahəyə yönəltməlidirlər. Əlbəttə, futbol federasiyası məşqçilərin yetişməsi istiqamətində də səylərini artırmalıdır. Qismət olsa, Azərbaycana gəlib, orada bir neçə gün qalıb futbolla bağlı müzakirələr apararam.
- Yeri gəlmişkən, bir müddət əvvəl sizin Azərbaycandan təklif almağınız haqda məlumat yayılmışdı.
- Bəzən azərbaycanlı iş adamları ilə belə söhbətlərimiz olur. Bundan sonra mediaya xəbətlər sızır. Başqa bir ölkənin futboluna bir fayda vermək istərdim. Azərbaycanlılarla dil problemi olmadığından orada çalışmağın çətin olmayacağını düşünürəm.
- Hər halda, sizin konkret kimdən dəvət gəlmişdi?
- Bilirsiniz, bu təklif olur, sabah isə başqa şeylər baş verir. Azərbaycana ancaq Avropada böyük uğurlar qazanmaq üçün gələ bilərəm. Yoxsa, ancaq pul üçün çalışmaq... Bu, mənim prisipim deyil. Məni ancaq uğur və müəyyən etdiyim sistemi tətbiq etmək maraqlandırır.
- Bayaq qeyd etdiyiniz kimi, Qurban Qurbanovla görüşünüz oldu. Bildiyimə görə, 2009-cu ildə “Ankaragücü”ndə işləyəndə “Qarabağ”la yoxlama oyunu keçirmişdiniz. Azərbaycan təmsilçisi ilə bağlı fikirləriniz necədir?
- O zaman komandanı çox bəyənmişdim. Qurban Qurbanov yaxşı komanda qurmağı bacarıb. Azərbaycan bu cür məşqçilərə sahib çıxmalı, onlara dəyər verməlidir. Gənc məşqçilərin təcrübəsinin artırılması üçün konkret işlər görülməlidir. Yerli federasiya gənc mütəxəssiləri xaricə təcrübə keçməyə göndərməlidir. Çünki yerli məşqçilər öz futbollarını daha yaxşı bilirlər. Əsas odur ki, klub və federasiya rəhbərliyi onlara dəstək versin.
- “Qarabağ”la oyunda bu komandanın futbolçuları sizə necə təsir bağışladı?
- 3-4 oyunçu vardı ki, onları çox bəyəndim. Bildiyimə görə, bizə qarşı oynayan bir futbolçuları sonradan Hollandiyaya getdi (Vaqif Cavadov nəzərdə tutulur – red.). O, çox istedadlı oyunçudur. Bundan başqa, milli komandanızın matçlarında da xoşuma gələn futbolçular olub. Əslində bir həftəliyinə də olsa Azərbaycana gəlib çempionatınızın oyunları yaxından seyr etmək, futbol adamlarınızla daha geniş müzakirə aparmaq istərdim
- Milli komandamızın oyununa necə qiymət verərdiniz?
- Azərbaycan millisində inkişaf var. Bunu inkar etmək olmaz. Amma bu inkişaf daha sürətlə getməlidir. Bununla bağlı qəti fikir söyləmək üçün orada nə kimi işlərin getdiyini bilmək lazımdır.
- Milli komandada əcnəbi məşçilərin işləməsinə necə baxırsınız? Azərbaycanda Berti Foqtsu az tənqid etmirlər.
- Tənqidlər həmişə olub: bizdə də, sizdə də. Foqts əcnəbidir, fərqli mədəniyyəti təmsil edir, dünyagörüşü ayrıdır, dil problemi var. Onun çətinlik çəkməsi təbiidir. Foqts Almaniyada uğur qazanmış məşqçidir. Ona hörmət etmək lazımdır. Qısa zamanda böyük uğur qazanmaq çox çətindir. Məncə, Foqtsun ətrafında olan azərbaycanlı məşqçilərin ona verdikləri məlumatdan da çox şey asılıdır. Çünki ona doğru məlumat verilsə, mütləq daha faydalı işlər həyata keçirəcək.
Uğursuz mövsüm "Nyukasl"a baha başa gələ bilər
Bu stadion Mirça Luçeskunun adını daşıyacaq
İspaniya çempionatı matçlarının yeri dəyişdirilir?
Millinin yeni baş məşqçisi bəlli oldu
DÇ-2026 matçlarını rekord sayda hakim idarə edəcək
Salah "Qalatasaray"a keçir?
“Bu matçın xeyrini gələcəkdə görəcəyik”
"Qızıl top" namizədləri: Keyn, Mbappe...
Azərbaycan millisi Gürcüstana uduzdu
ÇL-də həftənin rəmzi komandasında kimlər var?
Lider "Şəfanın" qələbəsindən - Video
"Yuventus" Spalletti ilə bağlı qərar verdi
ÇL-də həftənin ən yaxşı oyunçusu bilindi
Azərbaycan millisinin məşqçisi Norveç klubunun düşərgəsində
"Çelsi" baş məşqçini göndərə bilər
"Barselona" Avropada liderdir
1-ci liqada 2 turun oyun cədvəli açıqlandı
"Milan" Qoretzkaya müqavilə təklif etdi
Tahir Gözel "Azərsun Holdinq"in yeni rəhbəri oldu
Tərlan Quliyev mükafatlandırıldı
İki komandaya texniki məğlubiyyət verildi
“Karvan-Yevlax” - “Kəpəz” oyununun hakimləri açıqlandı
Andrey Demçenko cəzalandırıldı
AFFA-dan klublara cəza və cərimələr
1 açıqlama, 15 min manat cərimə - Video
Luis Enrike: "PSJ-ni "Enfild"də əzab-əziyyət gözləyir"
Arne Slotdan etiraf
Avrokubokların oyunları bu kanallarda
Arda Turandan "AZ Alkmaar" oyunu öncəsi - Açıqlama
20 il sonra “Kamp Nou”da
Rəşad Abdullayev: “Türkiyə futbolundan çox şey öyrənməliyik”
ÇL-də həftənin ən yaxşısı adına namizədlər
Oyun bitən kimi paltardəyişmə otağına qaçdı - Video
Konfrans Liqasında 1/4 final başlayır
"Qalatasaray"ın qələbəsi - Video
Avroliqada 1/4 finalın ilk oyunlarına yekun vurulur
UEFA yarışlarında Luçeskunun xatirəsinə ehtiram - Şəkillər
PSJ "Liverpul"a, "Atletiko" "Barselona"ya qalib gəldi
Avropa Liqasında 1/4 finala start verildi
Dünyanın ən yaxşı "tək klublu" futbolçuları kimlərdir?
“Barselona” bir matça görə 10 milyon qazana bilər
Klub futbolçusuna görə yığmanı FİFA-ya şikayət etdi
Çempionşip klubunun apellyasiya şikayəti rədd edildi
"Yuventus" "Liverpul"un qapıçısına göz dikdi
“Cəbrayıl”ın 3 qollu qələbəsindən - Video