“Qarabağ” klubunun futbolçusu Emin İmaməliyevin Qol.Az saytına müsahibəsi
- Artıq icarə əsasında oynadığın “Kəpəz” klubundan ayrıldın. Hazırda nə işlə məşğulsan?
- Hazırda heç nə ilə məşğul deyiləm. “Qarabağ”la birlikdə Antalya təlim-məşq toplanışına getmədim. Səbəblərini bilmədiyim üçün söyləyə bilməyəcəyəm. Lakin müqavilə ilə “Qarabağ”a məxsusam. Yanvarın 14-də ikinci komandayla birlikdə məşqlərə başlayacağam.
- Türkiyə səfərindən öncə "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovla hər hansı söhbətin olub?
- Baş məşqçiylə söhbətimiz oldu. Mənə dedi ki, oyunçu çox olduğundan belə məsləhətdir. Özümə yeni klub axtarmağımla bağlı heç nə demədi. Belə söhbətimiz olmayıb. Sadəcə, onu dedilər ki, Türkiyədən qayıtdıqdan sonra komandaya qoşulacaqsan.
- Bəs “Kəpəzdən” ayrıldıqdan sonra yerli və ya əcnəbi klublardan təkliflər almısan?
- Düzünü deyim ki, bir-iki klubdan təkliflər almışam. Bunlardan biri iddialı, digəri isə ortabab klublardandır. Adlarını açıqlamaq istəməzdim. Çünki mən elə bir insanam ki, hər şey qətiləşdikdən sonra danışmağı üstün tuturam. Ancaq əcnəbi klublardan təkliflər hələ də gəlməkdədir. Sadəcə, onları dəyərləndirmək üçün kifayət qədər vaxtım olduğunu düşünürəm. İstəyirəm ki, sonda düzgün və sərfəli olan təklif üzərində dayanım.
- Aldığımız məlumata görə, Türkiyənin birinci liqasında çıxış edən “Konyaspor” və “Adanaspor” səninlə yaxından maraqlanır. Bu, nə dərəcədə doğru məlumatdır?
- Siz məni lap çaşdırdınız. Bu məlumatı mən və menecerimdən başqa heç kəs bilməməliydi. Bu məlumatı haradan öyrənə bilmisiniz. Bəli, adlarını doğru çəkdiniz. Danışıqlarımız hələ də davam etməkdədir. İnşallah, danışıqlarımız alınarsa, Türkiyədə çıxış etmək lap yerinə düşərdi. Əsas məqsədim xarici klubların birində daha uzun müddətli legioner həyatı yaşamaqdır. Bir çox yerli futbolçularımız əcnəbi ölkədə 1 ildən artıq qala bilməyiblər. Mən bu rekordu yeniləmək haqda düşünürəm.
- Hazırda 32 yaşın var. Belə baxanda futbolçu üçün ən təcrübəli dönəm hesab edilir. Bundan sonra daha bir neçə il yaxşı səviyyədə futbol oynayacağına inanırsan?
- Bu yaş məsələsi yalnız bizim ölkədə belə qabardılır. Avropa ölkələrini götürsək, bütün güclü klublarda komandanın əsas, aparıcı futbolçularının çoxusunun yaşı 30-dan yuxarıdır. Mənim hazırda 32 yaşım var. Özümü heç də yaşlı futbolçu hesab etmirəm. Mənim elə əsl oynayan vaxtımdır. Həm Avropa, həm də yerli klublarımıza nəzər salsaq, görərik ki, bütün uğur qazanan klubların heyətindəki futbolçularının əksəriyyətinin yaşı 30-u ötüb. Elə biri yerli “İnter” klubunu misal göstərmək olar. Elə İtaliya” İnteri”ndə çıxış edən Xavyer Zanettini götürün. Klub 38 yaşlı futbolçuya üç illik müqavilə təklif edib. Sadəcə, baş məşqçilər futbolçulara şans verməlidirlər. Fikrimcə, komandaya gənc futbolçulardan daha çox təcrübəli oyunçular xeyir verir. İnşallah, yeni müqavilə bağlayacağım klubda çıxış edərkən bunu bir daha sübut edəcəm.
- Sonda “Kəpəz”dəki çıxışını dəyərləndirərdin?
- Mən elə “Kəpəz”də çıxış edərkən özümə daha çox inanmağa başladım. Gördüm ki, hələ yüksək səviyyədə bir neçə il oynaya bilərəm. Baxmayaraq ki, Gəncə təmsilçisi zəif və daha çox təcrübəsiz gənclərdən qurulmuşdu. Təcrübəsiz futbolçularla yüksək səviyyədə çıxış etmək çox çətindir. Lakin fikirləşirəm ki, iddialı klublar mənim təcrübəmdən daha çox yararlana bilərlər.
Əli HƏYATİ
UEFA Superkubokunda onlar qarşılaşacaqlar
PSJ yenə çempionlar çempionudur!
Onların qolları 8 illik həsrətə son qoydu
Zədəsinə görə mundialı buraxacaq
"Arsenal"dan final antirekordu
"Barselona"dakı gələcəyi bəlli oldu
Haverts Çempionlar Liqası tarixinə düşdü
ABŞ millisinin kapitanı oldu
Kuboka qədər milyonlar qazandılar
PSJ - "Arsenal": Heyətlər açıqlandı
"Real"dan Vinisiusa qarşı sərt mövqe
"Oğlum futbol oynamaq istəmir"
Çempionlar Liqasının finalından öncə kütləvi dava - Video
Aparıcı klubların hədəfinə düşdü
Azərbaycan millisi Fransaya qalib gələrək qrup lideri oldu
"Liverpul" Arne Slotla yolları ayırdı
Azər Bağırov "Kəpəz"dən getdi - Rəsmi
"Şamaxı"dan ayrılanların sayı 12-yə çatdı
Azərbaycan millisinin növbəti məşqi - Şəkillər
“Barselona” Qordonun transferini rəsmən açıqladı
Sterlinq narkotikə görə saxlanıldı
Çempionlar Liqasının finalı bu kanallarda
Otamendinin yeni klubu bəlli oldu
Yenidən A seriyasına yüksəldilər
“Nitsa” Liqa 1-də yerini qorudu
Kubokun finalında 2 qol, 2 qırmızı vərəqə
Messi 1-ci, Ronaldo 4-cü - Tarixin ən yaxşıları
Səudiyyə Ərəbistanından Salaha səxavətli təklif
"Şamaxı"da növbəti ayrılıq
Azərbaycan millisi İtaliyanı belə məğlub etdi - Video
"Rayo Valyekano"da baş məşqçi ayrılığı
PSJ ÇL-i qazansa, oyunçularına 1 milyon avro mükafat verəcək
"Kəpəz" kapitanı ilə müqaviləni uzatdı
Trippyerin yeni klubu məlum oldu
"Ağstafa Gəncləri" 2-ci liqadakı yerini qorudu
Bu yay "Barselona"dan gedir
"Əl-Nəsr" Jorje Jesusun ayrılığını açıqladı
"Karvan-Yevlax" baş məşqçisi ilə yolları ayırdı
"Qarabağ"ın legioneri milliyə çağırıldı
ÇL-i qazansalar, hər futbolçuya 1 milyon veriləcək
"Barselona" 100 milyonluq rəsmi təklif göndərdi
İtaliya klubu Tedesko ilə danışıq aparır
La Liqanı tərk etsələr də, Demiçelislə müqavilə uzadıldı