“Bakı” klubunun müdafiəçisi Şəhriyar Əliyevin Qol.Az saytına müsahibəsi
- Komandanın birinci dövrədəki çıxışını necə dəyərləndirərdin?
- Bilirsiniz, çox vacib qarşılaşmalarda heç nədən lazımlı xallar itirdik. Bir az bəxtimiz gətirmədisə, digər tərəfdən təhlükəli vəziyyətləri qola çevirə bilmədik. Bu isə hücumçumuzun olmamasıyla əlaqədardı. Yaxşı vuran ayağımız olsaydı, daha yaxşı pillələrdə qərarlaşardıq. Lakin indi də heç də gec deyil. Qarşıda bizi beş oyun gözləyir. Bu qarşılaşmalardan maksimum nəticə ilə ayrıla bilsək, hər şey bizim üçün yaxşı olacaq.
- Səncə, bu nə dərəcədə realdır? Sizi AZAL, “Simurq” kimi çətin komandalarla oyunlar gözləyir...
- Biz bu görüşlərin məsuliyyətini yaxşı anlayırıq. Biz az komandanı gücləndirə bilsək, vəzifəmizin öhdəsindən gələ biləcəyik. Belə götürəndə, biz də, zəif komanda deyilik. Qış fasiləsinə qədər ən az məğlub olan komandalardan biri də bizik. Sadəcə, fasilədə güclənməyə ehtiyacımız var.
- "Bakı"da hansı mövqelərin güclənməsinə ehtiyac olduğunu düşünürsən?
- Düzdü, bu mənim işim deyil. Lakin mən “Bakı”ya ürəkdən bağlı bir futbolçuyam. Bu klubun acısına üzülür, uğruna çox sevinirəm. Fikrimcə, bizim ən böyük problemimiz hücumçuyla bağlıdır. Çünki oyunlarda da görürdünüz ki, hücumlar, təhlükəli vəziyyətlərimiz çox olsa da, son nöqtəni qoyan forvardımız yox idi. Əgər belə bir futbolçumuz olsaydı, indi liderlər qrupunda da qərarlaşardıq.
- Yəni, sözlərindən belə çıxır ki, “Bakı” bu pilləyə layiq deyil?
- Əlbəttə ki, layiq deyil. Biz “Bakı” klubu olaraq hər zaman yüksək yerlər uğrunda mübarizə aparmışıq. Çünki buna potensialımız imkan verir. Həm də rəhbərliyin bizə yaratdığı gözəl şəraitin qarşılığında hələ biz futbolçular bir şey edə bilməmişik. Zeynal müəllim komandanın yüksəklərdə olması üçün gecə-gündüz çalışır. Ancaq "qara zolağ"a düşməyimiz də işlərimizi çətinə saldı.
- Necə düşünürsən, Avrokuboklara vəsiqə qazanmaq kubok oyunlarından daha real görünmür?
- Düzdü, ötən mövsümdə də, Avrokuboklara vəsiqəni kuboku götürməklə qazanmışdıq. Elə bu ildə buna daha iddialıyıq. Lakin rəhbərlik qarşımıza hər iki cəbhədə maksimum nəticə qazanmağı məqsəd qoyub. Hər ikisi üçün mübarizə aparmalıyıq ki, sonda birini qazana bilək.
- Qış transfer pəncərəsi açıldıqdan sonra bir çox həmkarlarına yerli və əcnəbi klublardan təkliflər gəlir. Sənə necə təkliflər gəlib?
- Düzünü deyim ki, qulağıma səslər gəlir. Eşitmişəm ki, bir neçə klub məni komandasında görmək istəyir. Lakin mən hələ heç bir klub haqda düşünmürəm. Çünki bütün fikrimi mənə əziz olan, bu yerə çatmağımda əvəzsiz rol oynayan “Bakı” komandasına yönəltmişəm. Mənim bu komandaya borcum çoxdur. Əlimdən gələni edəcəyəm ki, bu mövsüm yüksək yerlərdən birini tutaq. Oyunuma gəlincə isə bunu sizlər daha yaxşı qiymətləndirə bilərsiniz. Çox çalışıram ki, gündən-günə artırım. Yəqin ki, əziyyətimin bəhrəsini görəcəyəm.
Əli HƏYATİ
Haalanddan yeni rekord
FİFA futbolçu müqavilələri ilə bağlı qaydaları dəyişir
"Qarabağ" güclü komandadır, amma qələbə qazana bilərdik"
126 illik antirekordu təkrarladılar
Murad Məmmədovun komandasından qələbə
Derbinin qalibi “Mançester Siti” oldu
"Hər iki komanda 1 xala layiq idi" - Qurban Qurbanov
Futbolçuya hücum edildi, oyun yarımçıq dayandırıldı
Premyer Liqada 100-ə çatdı
“Araz-Naxçıvan” - “Turan Tovuz” matçından - Video
“VAR-a gedəndə başqa qərar gözləyirdim” - Kurban Berdiyev
La Liqa klubu baş məşqçisini göndərdi
“Bir səhvə yol versəniz, ehtiyatda qala bilərsiniz”
"Zirə" - "Qarabağ": Heyətlər
Qol sevincinə görə üzr istədi
"Borussiya" baş məşqçisi ilə yolları ayırdı
"Araz-Naxçıvan" - "Turan Tovuz": Heyətlər açıqlandı
Ronaldodan azarkeşlərin çirkin təxribatına sərt reaksiya
Artetadan hakim qərarına sərt etiraz
Brozoviç Qətər klubuna keçir
"Sabahın ulduzları": 11-ci tur başladı
Bu gün Mançesterdə derbi var
Messi qol vurdu, bombardir oldu
"Tottenhem" belə uğursuz olmamışdı - 4 oyuna 0 qol
"Real"ın böyükhesablı qələbəsi - Video
"Arsenal" qalib gəldi, "Çelsi" "Hall Siti" ilə bacarmadı
Sumqayıtda vurulan 2 qol - Video
Futbolda yeni cəza: "Qara kart" göstəriləcək
“İnkişaf edirik və daha yaxşı oynayacağıq” - Filipe Kandido
“Səfərdə oynamaq daha çətindir” - Azər Bağırov
Ozan Canın komandası heç-heçə etdi
Baş məşqçi futbolçularını niyə çətin vəziyyətə salır?
"Sumqayıt" - "Şamaxı" matçında heç-heçə, "Kəpəz"dən qələbə
Nuriyevin komandası 9 qollu qələbə qazandı
"Kəpəz" "Qəbələ"ni belə məğlub etdi - Video
Meydanda qəfil yerə yıxıldı, xərəkdə aparıldı
“Mançester Yunayted”dən azarkeşlərə qarşı sərt addım
"Sumqayıt" - "Şamaxı": Heyətlər
İnfantino qərarından dönmədi
Həm ilk qollarını vurdu, həm də Messinin rekordunu yenilədi
"Bir-birimizi tamamlayırıq"
Millinin heyətinə kimlər çağrıldı?
"Kəpəz" - "Qəbələ": Heyətlər
La Liqanın ən yaxşısı seçildi
İnfantino FIFA prezidentliyinə yenidən namizəd olacaq
“Sabah”ın rəqibi futbolçusunu icarəyə verdi