AZAL klubunun qapıçısı Amil Ağacanovun Qol.Az saytına müsahibəsi
- Bildiyimiz kimi AZAL məşqləri bu gündən bərpa edib. Uzun fasilədən sonra ağır məşqlər çətinlik yaratmadı ki?
- Bu gündən məşqlərimizə start verilib. Düzünü deyim ki, uşaqlar canla-başla məşq edirlər. Sanki hər kəs məşq üçün çox darıxmışdı. Həmçinin, belə məsuliyyətlə çalışmağımızın səbəbi aydındır. Çünki bizi qarşıda vacib və ağır oyunlar gözləyir. Hardasa bir həftədən sonra Türkiyəyə yola düşəcəyik. Əlimizdən gələni edəcəyik ki, çempionat başlayana qədər mübarizəyə hazır olaq.
- Hazırda psixoloji cəhətdən özünü necə hiss edirsən. “Neftçi” ilə son oyundan sonra vəziyyətin yaxşı deyildi?
- Açığı, həmin oyundan öncə də mənim problemlərim vardı. O ki qaldı oyuna, pis çıxış etmədik. Mən deyərdim ki, “Neftçi”dən də üstün oynadıq. Sadəcə, bəzi məqamlarda əlimizə düşən imkanlardan yararlana bilmədik. Həm müdafiə, həm də mən qapıda o qədər də inamlı çıxış etmədim. Mətbuat konfransında baş məşqçimiz Vaqif Sadıqov məndən narazılıq etmişdi. Mən bunu çox normal qarşılayıram. V.Sadıqov bizim baş məşqçimizdir. Bu çatışmamazlıqları məhz o bizə söyləməlidir. Baş məşqçi də bu iradları bildirməsin, bəs kim desin?
- Hazırda Vaqif Sadıqovla münasibətləriniz necədir?
- Əla. Mənim onunla heç bir problemim yoxdur. Vaqif müəllim əsəbi olan zaman bu sözləri demişdir. Lakin oyundan sonra mənə birinci dəstək olan insan o oldu. Səmimi deyim ki, o əla insan, gözəl şəxsiyyət və təcrübəli mütəxəssisdir. Mən Vaqif müəllimə bir böyüyüm kimi çox hörmət edirəm. Məni Azərbaycana ilk tanıdan məhz o olub. Həmin vaxt məni U-21 milli komandasının heyətinə dəvət etmişdi. Buna görə də ona qarşı hörmətim sonsuz olacaq.
- Premyer Liqada 17 turdan sonra AZAL 22 xalla turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb. Səncə, komandan ilk “altılığ”a düşə biləcək?
- Bizim qarşıda hələ beş oyunumuz var. Bunların əksəriyyətini də evdə oynayacağıq. Bu qarşılaşmalardan maksimum xal götürməyə çalışacağıq. Təlim-məşq toplanışında bir qədər də toparlanaraq, tam hazır olmalıyıq. AZAL-ın bugünədək göstərdiyi oyuna nəzər salsaq, ilk “altılığ”a düşəcəyimizə ümid edirik. Çünki biz çox baxımlı futbol sərgiləyirik. Bir çox güclü, iddialı komandalara qollar vuraraq, qələbələr qazanmağı bacarmışdıq.
- Qış fasiləsi zamanı yerli və ya əcnəbi klublardan hər hansı təkliflər almısanmı?
- Həm iddialı, həm də orta səviyyəli komandalardan təkliflər gəlmişdi. Lakin əcnəbi klublardan təklif yox idi. Mən həmin yerli təklif göndərən komandalara yox cavabı verdim. Bildirdim ki, AZAL-da qalmaq istəyirəm. Çünki mən bu komandada artıq iki ildir ki, forma geyinirəm. Əlimdən gələni edəcəyəm ki, bu mövsüm komandam yüksək yerlərdən birini tutsun.
Əli HƏYATİ
Haalanddan yeni rekord
FİFA futbolçu müqavilələri ilə bağlı qaydaları dəyişir
"Qarabağ" güclü komandadır, amma qələbə qazana bilərdik"
126 illik antirekordu təkrarladılar
Murad Məmmədovun komandasından qələbə
Derbinin qalibi “Mançester Siti” oldu
"Hər iki komanda 1 xala layiq idi" - Qurban Qurbanov
Futbolçuya hücum edildi, oyun yarımçıq dayandırıldı
Premyer Liqada 100-ə çatdı
“Araz-Naxçıvan” - “Turan Tovuz” matçından - Video
“VAR-a gedəndə başqa qərar gözləyirdim” - Kurban Berdiyev
La Liqa klubu baş məşqçisini göndərdi
“Bir səhvə yol versəniz, ehtiyatda qala bilərsiniz”
"Zirə" - "Qarabağ": Heyətlər
Qol sevincinə görə üzr istədi
"Borussiya" baş məşqçisi ilə yolları ayırdı
"Araz-Naxçıvan" - "Turan Tovuz": Heyətlər açıqlandı
Ronaldodan azarkeşlərin çirkin təxribatına sərt reaksiya
Artetadan hakim qərarına sərt etiraz
Brozoviç Qətər klubuna keçir
"Sabahın ulduzları": 11-ci tur başladı
Bu gün Mançesterdə derbi var
Messi qol vurdu, bombardir oldu
"Tottenhem" belə uğursuz olmamışdı - 4 oyuna 0 qol
"Real"ın böyükhesablı qələbəsi - Video
"Arsenal" qalib gəldi, "Çelsi" "Hall Siti" ilə bacarmadı
Sumqayıtda vurulan 2 qol - Video
Futbolda yeni cəza: "Qara kart" göstəriləcək
“İnkişaf edirik və daha yaxşı oynayacağıq” - Filipe Kandido
“Səfərdə oynamaq daha çətindir” - Azər Bağırov
Ozan Canın komandası heç-heçə etdi
Baş məşqçi futbolçularını niyə çətin vəziyyətə salır?
"Sumqayıt" - "Şamaxı" matçında heç-heçə, "Kəpəz"dən qələbə
Nuriyevin komandası 9 qollu qələbə qazandı
"Kəpəz" "Qəbələ"ni belə məğlub etdi - Video
Meydanda qəfil yerə yıxıldı, xərəkdə aparıldı
“Mançester Yunayted”dən azarkeşlərə qarşı sərt addım
"Sumqayıt" - "Şamaxı": Heyətlər
İnfantino qərarından dönmədi
Həm ilk qollarını vurdu, həm də Messinin rekordunu yenilədi
"Bir-birimizi tamamlayırıq"
Millinin heyətinə kimlər çağrıldı?
"Kəpəz" - "Qəbələ": Heyətlər
La Liqanın ən yaxşısı seçildi
İnfantino FIFA prezidentliyinə yenidən namizəd olacaq
“Sabah”ın rəqibi futbolçusunu icarəyə verdi