Bu gün “Qəbələ” klubu ilə rəsmi müqaviləyə imza atan Ceyhun Sultanov Qol.Az saytının suallarını cavablandırıb
- “Qəbələ” ilə bir illik müqavilə imzaladın. İlkin təəssüratların necədir?
- İnanıram ki, uğurlu olacaq. Belə bir komandada oynamaq mənim üçün həm şərəfli, həm də çox sevindiricidir. Çalışacağam ki, komandamın yüksək yerlərdən birini tutması üçün əlimdən gələn köməkliyi edim.
- Bəs komandanın təlim-məşq prosesinə nə vaxt qoşulacaqsan?
- Bu gün Mingəçevir şəhərinə yola düşəcəyəm. Çox güman ki, sabahdan artıq komandayla birlikdə məşq edəcəyəm.
- “Qəbələ”yə keçmək təşəbüssü kim tərəfindən oldu?
- “Qəbələ” potensialı yüksək olan komandadır. Həm də şəraitinə görə Azərbaycanda ən yaxşı klublardan biridir. Təşəbbüs isə baş məşqçi Ramiz Məmmədov tərəfindən oldu. O məni öz komandasında görmək istədi.
Mən Ramiz müəllimlə vaxtı ilə bir komandada oynamışam. Lakin onun baş məşqçiliyi altında altında çıxış etməmişəm. Bununla belə, bilərəm ki, öz futbolçularını daim nəzarətdə saxlamağı sevir, oyunçuları matça yaxşı kökləməyi bacarır. O, həm də əla bir psixoluqdur. Qarşısına qoyduğu məqsədə çatmağı sevir.
- “Qəbələ”də sənin mövqeyində rəqabət apara biləcək səviyyəli futbolçular az deyil. Bu, səni narahat etmir?
- Mən hər zaman rəqabətlə üzləşmişəm. Bundan çəkinmirəm. Əlimdən gələni edəcəyəm ki, rəqabətdə qalib gəlim.
- Necə düşünürsən, bu mövsüm “Qəbələ” ilk “altılığ”a düşməklə yanaşı, yüksək yerlər tuta biləcəkmi?
- Onsuz da bütün iddialı komandalar yüksək yer uğrunda mübarizə aparır. Lakin mən öz komandama çox inanıram. “Qəbələ”nin potensialı çempion olmaq üçün də yetərlidir. İnanıram ki, ən azı Avroliqaya vəsiqə qazanacağıq. Mənim də ən böyük istəklərimdən biri budur.
Əli HƏYATİ
Haalanddan yeni rekord
FİFA futbolçu müqavilələri ilə bağlı qaydaları dəyişir
"Qarabağ" güclü komandadır, amma qələbə qazana bilərdik"
126 illik antirekordu təkrarladılar
Murad Məmmədovun komandasından qələbə
Derbinin qalibi “Mançester Siti” oldu
"Hər iki komanda 1 xala layiq idi" - Qurban Qurbanov
Futbolçuya hücum edildi, oyun yarımçıq dayandırıldı
Premyer Liqada 100-ə çatdı
“Araz-Naxçıvan” - “Turan Tovuz” matçından - Video
“VAR-a gedəndə başqa qərar gözləyirdim” - Kurban Berdiyev
La Liqa klubu baş məşqçisini göndərdi
“Bir səhvə yol versəniz, ehtiyatda qala bilərsiniz”
"Zirə" - "Qarabağ": Heyətlər
Qol sevincinə görə üzr istədi
"Borussiya" baş məşqçisi ilə yolları ayırdı
"Araz-Naxçıvan" - "Turan Tovuz": Heyətlər açıqlandı
Ronaldodan azarkeşlərin çirkin təxribatına sərt reaksiya
Artetadan hakim qərarına sərt etiraz
Brozoviç Qətər klubuna keçir
"Sabahın ulduzları": 11-ci tur başladı
Bu gün Mançesterdə derbi var
Messi qol vurdu, bombardir oldu
"Tottenhem" belə uğursuz olmamışdı - 4 oyuna 0 qol
"Real"ın böyükhesablı qələbəsi - Video
"Arsenal" qalib gəldi, "Çelsi" "Hall Siti" ilə bacarmadı
Sumqayıtda vurulan 2 qol - Video
Futbolda yeni cəza: "Qara kart" göstəriləcək
“İnkişaf edirik və daha yaxşı oynayacağıq” - Filipe Kandido
“Səfərdə oynamaq daha çətindir” - Azər Bağırov
Ozan Canın komandası heç-heçə etdi
Baş məşqçi futbolçularını niyə çətin vəziyyətə salır?
"Sumqayıt" - "Şamaxı" matçında heç-heçə, "Kəpəz"dən qələbə
Nuriyevin komandası 9 qollu qələbə qazandı
"Kəpəz" "Qəbələ"ni belə məğlub etdi - Video
Meydanda qəfil yerə yıxıldı, xərəkdə aparıldı
“Mançester Yunayted”dən azarkeşlərə qarşı sərt addım
"Sumqayıt" - "Şamaxı": Heyətlər
İnfantino qərarından dönmədi
Həm ilk qollarını vurdu, həm də Messinin rekordunu yenilədi
"Bir-birimizi tamamlayırıq"
Millinin heyətinə kimlər çağrıldı?
"Kəpəz" - "Qəbələ": Heyətlər
La Liqanın ən yaxşısı seçildi
İnfantino FIFA prezidentliyinə yenidən namizəd olacaq