“Kəpəz” klubunun baş məşqçisi Mahmud Qurbanovun Qol.Az saytına müsahibəsi
- Premyer Liqanın XV turunda “Turan”a böyükhesabla məğlubiyyətin səbəbi nə oldu?
- Biz bu oyuna çox ciddi hazırlaşsaq da, çoxlu kobud səhvimiz oldu. Oyunçularım verdiyim tapşırıqları yerinə yetirmədilər. Demək olar ki, rəqibin bütün hücumları qolla nəticələndi. Heç nədən qollar buraxdıq.
- Konkret olaraq, hansı futbolçular verdiyiniz tapşırıqları yerinə yetirmədi?
- Ən çox qapıçı və müdafiəçilərin səhvi oldu. Biz başqa cür müdafiə olunmalıydıq. Müdafiədə daha diqqətli olmalıydı. Orta xətt oyunçuları da səhvlərə yol verirdi. Salif Ballonu zərərsizləşdirməyi tapşırmışdım. Onun da öhdəsindən gəlmədilər. Sanki oyunçularım yuxuda idi.
- Son vaxtlar “Kəpəz” öz səviyyəsində olan komandalara da uduzur.
- Azərbaycanda bir-iki klubu çıxmaqla qalan bütün komandalar eyni səviyyəli komandalardır.
- Oyundan sonra klub rəhbərliyi ilə danışdınız? Son vaxtlar sizin istefanızla bağlı fikirlər səslənir.
- Rəhbərliklə görüşməmişəm. Danışığımız olmayıb. İstefa məsələsinə gələndə, bilmirəm, bu şayiələri kim yayır. Mənim istefa vermək fikrim yoxdur. Oyundan sonra hirsli idim deyə, avtobusa minmədim. Yəqin buna görə belə söhbətlər yaranıb. Bu məsələ klub rəhbərliyi səviyyəsində həll olunur. Onlar desələr, çıxıb gedərəm.
- Qış fasiləsində hansı islahatları keçirmək fikrindəsiniz? Yəqin klubdan göndərilənlər olacaq.
- Çox islahat olmalıdır ki, “Kəpəz” komanda vəziyyətinə düşsün. Bəzi oyunçularımız hələ də futbolu anlamır. Əlbəttə, komandadan göndərilən futbolçular olacaq.
- Növbəti turda səfərdə “Qarabağ”la qarşılaşacaqsınız. Bu oyun barədə nə deyə bilərsiniz?
- “Qarabağ” əla komandadır. Bu komandaya qarşı oynamaq çox çətin olacaq. “Neftçi” ilə oyunlarına da baxdım. Çox güclü oyun oldu. Buna baxmayaraq, var gücümüzlə oynayacağıq. İnşallah, yaxşı nəticə qazanarıq.
Ramiq AĞAMƏMMƏDOV
"İmişli"dən "Şəfa"ya
2-ci liqada 4 oyun
Haalanddan yeni rekord
FİFA futbolçu müqavilələri ilə bağlı qaydaları dəyişir
"Qarabağ" güclü komandadır, amma qələbə qazana bilərdik"
126 illik antirekordu təkrarladılar
Murad Məmmədovun komandasından qələbə
Derbinin qalibi “Mançester Siti” oldu
"Hər iki komanda 1 xala layiq idi" - Qurban Qurbanov
Futbolçuya hücum edildi, oyun yarımçıq dayandırıldı
Premyer Liqada 100-ə çatdı
“Araz-Naxçıvan” - “Turan Tovuz” matçından - Video
“VAR-a gedəndə başqa qərar gözləyirdim” - Kurban Berdiyev
La Liqa klubu baş məşqçisini göndərdi
“Bir səhvə yol versəniz, ehtiyatda qala bilərsiniz”
"Zirə" - "Qarabağ": Heyətlər
Qol sevincinə görə üzr istədi
"Borussiya" baş məşqçisi ilə yolları ayırdı
"Araz-Naxçıvan" - "Turan Tovuz": Heyətlər açıqlandı
Ronaldodan azarkeşlərin çirkin təxribatına sərt reaksiya
Artetadan hakim qərarına sərt etiraz
Brozoviç Qətər klubuna keçir
"Sabahın ulduzları": 11-ci tur başladı
Bu gün Mançesterdə derbi var
Messi qol vurdu, bombardir oldu
"Tottenhem" belə uğursuz olmamışdı - 4 oyuna 0 qol
"Real"ın böyükhesablı qələbəsi - Video
"Arsenal" qalib gəldi, "Çelsi" "Hall Siti" ilə bacarmadı
Sumqayıtda vurulan 2 qol - Video