“Qəbələ” klubunun müdafiəçisi Vurğun Hüseynovun Qol.Az saytına müsahibəsi
- Uzun sürən zədədən sonra “Bakı” ilə Premyer Liqa oyununda meydana çıxdın. Öz oyununu necə dəyərləndirirsən?
- Zədədən sonra istədiyin kimi oynamaq olmur. Mən həmin gün yaxşı oynadığımı hesab etmirəm. Lakin məşqlər və qarşıdakı görüşlərdə optimal formamı toparlayacağımı düşünürəm. Çalışacağam ki, öz üzərimdə daha çox işləyib, formamı tez bərpa edim.
- Dalbadal dörd qələbədən sonra “Bakı”ya evdə məğlubiyyət gözlənilməz oldu. Uduzmağınızın səbəbini nədə görürsən?
- Oyuna pis başlamamışdıq. Ilk dəqiqələrdən rəqib qapısına saysız-hesabsız hücumlar etdik. Hətta ilk yarıda bir neçə real qol şansını dəyərlləndirə bilmədik. Məncə, həmin gün futbol tanrısı “Bakı”nın tərəfində idi. Real qol şanslarımızdan istifadə edə bilmədiyimiz üçün məğlub olduq.
- Çox sayda hücum təşkil etsənizdə sonluq istədiyiniz kimi olmadı. Belə görünürdü ki, qol vurmağa tələsirsiniz.
- Bəli, bu da vardı. Ancaq deməzdim ki, sırf tələskənlik üzündən istəyimizə çata bilmədik. Hücumçularımız bir az diqqətli olub şanslardan yararlanmalıydılar. Nə qədər qol epizodlarımız boşa getdi. Əlbəttə, hər hücumumuz qolla nəticələnə bilməz. Lakin istənilən halda ilk yarıda hesabı açsaydıq, qəlləbə bizim olardı.
- Səncə, rəqib sizi hansı göstəricilərdə üstələdi?
- “Bakı” müdafiə olunmaqla ümidini əks-hücuma bağlamışdı. Düzü, “Qəbələ” hər cəhətdən rəqibindən üstün oynadı. Sadəcə, həmin gün bəxt paytaxt təmsilçisinin tərəfində idi. Biz onlara oyun baxımından məğlub olmadıq. Vurduğu qolları da gördünüz. Biri qolu heç qapıya yaxınlaşmadan 35 metrdən vurdular.
- Matçdan sonra baş məşqçiniz sizə nə dedi?
- Oyundan dərhal sonra baş məşqçi Ramiz Məmmədov bizi bir yerə yığdı. Bildirdi ki, bu görüşdə əlinizdən gələni etməyə çalışdınız. Sadəcə, bir şey çatışmadı: qol vurmaq. O, əzmkarlığımız, sona qədər mübarizə aparmağımızdan razı qaldı. Dedi ki, futbolda qələbə ilə yanaşı məğlubiyyət də olur.
Əli HƏYATİ
UEFA Superkubokunda onlar qarşılaşacaqlar
PSJ yenə çempionlar çempionudur!
Onların qolları 8 illik həsrətə son qoydu
Zədəsinə görə mundialı buraxacaq
"Arsenal"dan final antirekordu
"Barselona"dakı gələcəyi bəlli oldu
Haverts Çempionlar Liqası tarixinə düşdü
ABŞ millisinin kapitanı oldu
Kuboka qədər milyonlar qazandılar
PSJ - "Arsenal": Heyətlər açıqlandı
"Real"dan Vinisiusa qarşı sərt mövqe
"Oğlum futbol oynamaq istəmir"
Çempionlar Liqasının finalından öncə kütləvi dava - Video
Aparıcı klubların hədəfinə düşdü
Azərbaycan millisi Fransaya qalib gələrək qrup lideri oldu
"Liverpul" Arne Slotla yolları ayırdı
Azər Bağırov "Kəpəz"dən getdi - Rəsmi
"Şamaxı"dan ayrılanların sayı 12-yə çatdı
Azərbaycan millisinin növbəti məşqi - Şəkillər
“Barselona” Qordonun transferini rəsmən açıqladı
Sterlinq narkotikə görə saxlanıldı
Çempionlar Liqasının finalı bu kanallarda
Otamendinin yeni klubu bəlli oldu
Yenidən A seriyasına yüksəldilər
“Nitsa” Liqa 1-də yerini qorudu
Kubokun finalında 2 qol, 2 qırmızı vərəqə
Messi 1-ci, Ronaldo 4-cü - Tarixin ən yaxşıları
Səudiyyə Ərəbistanından Salaha səxavətli təklif
"Şamaxı"da növbəti ayrılıq
Azərbaycan millisi İtaliyanı belə məğlub etdi - Video
"Rayo Valyekano"da baş məşqçi ayrılığı
PSJ ÇL-i qazansa, oyunçularına 1 milyon avro mükafat verəcək
"Kəpəz" kapitanı ilə müqaviləni uzatdı
Trippyerin yeni klubu məlum oldu