Mano Menezeslə yollarını ayıran Braziliya millisinin yeni baş məşqçisi bəlli olub.
Qol.Az-ın məlumatına görə, Braziliya yığmasını bundan sonra Luis Felipe Skolari çalışdıracaq.
"Barselona"nın sabiq baş məşqçisi Pep Qvardiolanın Braziliya millisini çalışdırmaqdan imtina etməsindən sonra federasiya Skolari ilə anlaşıb. Skolari ən azı 2014-cü ildə Braziliyada keçiriləcək dünya çempionatının sonuna qədər baş məşqçi postunda qalacaq. Onun millidəki gələcək taleyi isə Braziliyanın mundialdakı çıxışından asılı olacaq.
Qeyd edək ki, Skolari 2002-ci ildə Yaponiya və Cənubi Koreyada keçirilən dünya çempionatında Braziliya yığmasına qızıl medalları qazandırmışdı.
AFFA-da yeni təyinatlar
AFFA "Kəpəz"i cərimələdi
PSJ-də itki
Kivu: "Mükəmməl deyilik"
8 həftə oynamayacaq
Rüfətin komandası uduzdu
Mbappe sabiq klubuna təzminat ödəyəcək
"Fərqi yoxdur, "Mançester Yunayted"dir, ya da "Şəfa" - Video
"İlk qolu buraxana qədər oyundan razı idim" - Zaur Həşimov
Çempion debütantı belə məğlub etdi - Video