Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
Qol.Az-ın qurumun saytına istinadən yaydığı xəbərə görə, iclasda Premyer Liqanın son turunda baş verən hadisələrlə bağlı qərar verilib.
“Kəpəz” – “Xəzər Lənkəran” görüşünün 80-ci dəqiqəsində yerli azarkeşlər tərəfindən meydançaya kənar əşya atıldığı üçün klub 2000 manat cərimə olunub. “Kəpəz” klubu ev oyunları zamanı təhlükəsizlik tədbirlərini gücləndirmək tapşırılıb. Analoji hadisənin baş verəcəyi təqdirdə kluba qarşı daha ciddi sanksiyalar tətbiq ediləcək.
Oyun başa çatdıqdan sonra “Xəzər Lənkəran”ın futbolçusu Kamal Bayramov azarkeşləri təhqir etdiyi üçün futbolçu üç oyunluq cəzalanır, klub 2000 manat cərimə olunub.
Premyer Liqasının XIV turunun “Qarabağ” – “Turan” matçında Tovuz klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.
AZAL – “Sumqayıt” matçında “Sumqayıt” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.
“Bakı” – “Neftçi” matçında “Neftçi” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimələnib.
Oyunun 87-ci dəqiqəsində “Bakı” klubunun futbolçusu Novruz Məmmədov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu iki oyunluq cəzalanır, klub 2000 manat cərimə olunub.
“Rəvan” – “Qəbələ” matçının 44-cü dəqiqəsində “Qəbələ” klubunun futbolçusu Rəşad Abdullayev kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu iki oyunluq cəzalanır, klub 2000 manat cərimə edilib.
Oyunun 70-ci dəqiqəsində “Rəvan” klubunun futbolçusu Ekrem Hodziç kobud oyuna görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanıb, klub 200 manat cərimə olunub.
"Real"dan gedəcək?
Messidən sərt tələb
“Komandanın hazırkı vəziyyəti məni qane edir” - Rui Jorje
Qrizmann ilin ən yaxşı futbolçusu seçildi
34 yaşında karyerasını bitirdi
Azərbaycan millisi İraqla qarşılaşdı
Yığmamız Farer adalarına qalib gəldi
Yüksək maaşı İngiltərəyə dönüşünə mane olur
Yalnız ÇL-də çıxış edəcək kluba keçməyə hazırlaşır
"Xankəndi"nin evdəki ilk oyununa maraq necədir?
Azərbaycanın U-21 millisi Omana qalib gəldi
Vinisius baş məşqçidən narazı qaldı
“Mançester Yunayted” onu hədəfə aldı
“Araz-Naxçıvan”ın zədəli futbolçusundan xəbər var
Qazaxıstan millisinin baş məşqçisi ilə müqavilə uzadılmadı
Braziliya Sinqapura 7 qol vurdu
Nurmaqomedovlar həbsdən azad edildilər
Azərbaycan millisi seçmə mərhələdə ilk xalını qazandı
1-ci liqada oyunların saatı açıqlandı
Orsatonun gəlişindən sonra qayda pozuntularının sayı azalıb
Azərbaycanı dünya çempionatında təmsil edəcək şahmatçılar
Dünya çempionu vəfat etdi
Bu gün QOL.az saytının 18 yaşı tamam olur
"Arsenal" onunla razılaşdı
Gəncədə "Qarabağ"la oyuna böyük maraq var
1 qola görə mümkün pley-off-dan kənarda qaldıq