Əfqan Talıbov: "İlk "altılığ"a iddialıyıq"

Əfqan Talıbov: "İlk "altılığ"a iddialıyıq"
GÜNDƏM 24 Noyabr 2012 / 17:25 2343
-  A +

"Qarabağ”ın oyununu təhlil etmişdik. Rəqibin hansı üslubda oynadığını, hansı keyfiyyətlərə malik olduğunu bilirdik. Mərkəzdə Riçard Almeydanı nəzarətdə saxlamaq üçün xüsusi oyunçu ayırmışdıq. Mən deyərdim ki, o futbolçu üzərinə düşən vəzifəni yerinə yetirdi".

Qol.Az-ın məlumatına görə, bu sözləri "Turan" klubunun baş məşqçisi Əfqan Talıbov “Qarabağ”la oyundan sonra (1:1) keçirilən mətbuat konfransında deyib.

Talıbov komandasının ilk "altılığ"a iddialı olduğunu bildirib: "Futbolçulara ilk hissədə sırf hesabı qorumaq tapşırığı vermişdim. Lazım olanda əks-hücumlara qoşulmalı idik. Komanda birinci hissədəki vəzifəni yerinə yetirə bildi. İkinci hissədə Ballonu meydana buraxdım. O da əlinə düşən ilk fürsətdə qol vurdu. “İnter”lə oyundakı səhvlər üzərində xeyli işləmişdik. İkinci hissədə daha yaxşı təsir bağışladıq. 1:1 pis nəticə deyil. Millinin oyunu ilə əlaqədar Popoviçə istirahət vermişdik. Bizim də ilk “altılıq” iddiamız var, niyə də olmasın? “Turan” buna qadir komandadır”.

Daha çox


Qarabağ FK
Son xəbərlər
15.09.26  11:31

PSJ-də itki

15.09.26  09:45

8 həftə oynamayacaq

topaz banner