"Xoşbəxtlikdən, bu gərginlik hesaba təsir etmədi"

"Xoşbəxtlikdən, bu gərginlik hesaba təsir etmədi"
GÜNDƏM 23 Noyabr 2012 / 02:47 2245
-  A +

Avroliqanın qrup mərhələsinin V turu çərçivəsində Bakıda "Neftçi" ilə 1:1 bərabərə qalan "Partizan"ın futbolçusu Milan Smilyaniç oyunla bağlı fikirlərini bölüşüb.

Qol.Az-ın məlumatına görə, matçın 77-ci dəqiqəsində meydandan qovulan Aleksandr Mitroviç haqda danışan Smilyaniç onun barəsində bunları bildirib:

"Mitroviç yaxşı insandır. Ancaq gənc və təcrübəsizdir. Biz onun düzgün hərəkət etmədiyini bilirik. Onun özü də səhvini başa düşüb. Xoşbəxtlikdən, bu gərginlik hesaba təsir etmədi. Oyun 1:1 hesabı ilə başa çatdı. Mitroviç Serbiya futbolunun gələcəyidir. Biz də ona dəstək verməliyik".

 

Daha çox


Qarabağ FK
Son xəbərlər
15.09.26  11:31

PSJ-də itki

15.09.26  09:45

8 həftə oynamayacaq

topaz banner