Bu gün AFFA-nın inzibati binasında baş katib Elxan Məmmədovun rəhbərliyi ilə müxtəlif yaş qruplarından ibarət milli komandaların məşqçilərinin iştirakı ilə görüş keçirilib.
Qol.Az-ın qurumun saytına istinadən yaydığı xəbərə görə, görüşdə ilin yekunları müzakirə olunduqdan sonra növbəti il ərzində nəzərdə tutulan işlər barədə geniş fikir mübadiləsi aparılıb.
Texniki departamentin rəisi, U-21 yığma komandasının baş məşqçisi Bernhard Lippert, U-19 yığma komandasının baş məşqçisi Arif Əsədov, U-17 yığma komandasının baş məşqçisi Nikolay Adam, U-16 yığma komandasının baş məşqçisi Aslan Kərimov, U-15 yığma komandasının baş məşqçisi Təbriz Həsənov, milli və U-21 komandalarının baş məşqçisinin köməkçiləri Nazim Süleymanov, Etibar Tanverdiyev, Yaşar Vahabzadə və başqaları çıxış edərək növbəti il üçün keçirilməsi nəzərdə tutulan oyunlar və təlim-məşq toplanışları ilə bağlı fikir və təkliflərini bildirdilər.
Müzakirələrdən sonra müxtəlif yaş qrupları üzrə yığma komandalarda müəyyənləşən vahid sistemin bundan sonra da davam etdirilməsinin və selkeksionerlərin işinin gücləndirilməsinin vacibliyini bildirilib.
Sonda baş katib Elxan Məmmədov çıxış edərək AFFA rəhbərliyi adından hər bir məşqçinin qarşısına konkret vəzifələr qoyub.
Qeyd edək ki, bu vacib görüş ilin yekunlarına və növbəti il ərzində nəzərdə tutulan işlərin müzakirəsinə həsr olunmasına baxmayaraq, tədbirə A milli komandanın baş məşqçisi Berti Foqts qatılmayıb. Onun hazırda vətəni Almaniyada olduğu bildirilir.
Yuxarı
"Real"dan gedəcək?
Messidən sərt tələb
“Komandanın hazırkı vəziyyəti məni qane edir” - Rui Jorje
Qrizmann ilin ən yaxşı futbolçusu seçildi
34 yaşında karyerasını bitirdi
Azərbaycan millisi İraqla qarşılaşdı
Yığmamız Farer adalarına qalib gəldi
Yüksək maaşı İngiltərəyə dönüşünə mane olur
Yalnız ÇL-də çıxış edəcək kluba keçməyə hazırlaşır
"Xankəndi"nin evdəki ilk oyununa maraq necədir?
Azərbaycanın U-21 millisi Omana qalib gəldi
Vinisius baş məşqçidən narazı qaldı
“Mançester Yunayted” onu hədəfə aldı
“Araz-Naxçıvan”ın zədəli futbolçusundan xəbər var
Qazaxıstan millisinin baş məşqçisi ilə müqavilə uzadılmadı
Braziliya Sinqapura 7 qol vurdu
Nurmaqomedovlar həbsdən azad edildilər
Azərbaycan millisi seçmə mərhələdə ilk xalını qazandı
1-ci liqada oyunların saatı açıqlandı
Orsatonun gəlişindən sonra qayda pozuntularının sayı azalıb
Azərbaycanı dünya çempionatında təmsil edəcək şahmatçılar
Dünya çempionu vəfat etdi
Bu gün QOL.az saytının 18 yaşı tamam olur
"Arsenal" onunla razılaşdı
Gəncədə "Qarabağ"la oyuna böyük maraq var
1 qola görə mümkün pley-off-dan kənarda qaldıq